Hollivud ulduzu Rusiyada biznes qurdu
Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Məşhur Hollivud döyüş filmlərindəki rolları ilə tanınan rus-amerikalı aktyor Stiven Siqal oğlu Dominik ilə birlikdə Rusiyada biznes qurub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“Hikari” adlı MMC 26 avqust tarixində qeydiyyata alınıb.
Məlumatda qeyd olunur ki, şirkət kommersiya fəaliyyəti və idarəetmə sahəsində məsləhət xidmətləri göstərmək ixtisaslaşması ilə yaradılıb.
Şirkətin həmtəsisçilərindən olan iş adamı Mixail Zamarin verdiyi açıqlamada bildirib ki, “Hikari” MMC satış fəaliyyəti ilə yanaşı çirkli plastik tullantıların emalı ilə də məşğul olacaq.
Qeyd edək ki, daha əvvəl Stiven Siqalın Rusiyadakı digər biznes fəaliyyətindən çıxdığı bildirilmişdi.
Baxış sayı:71
Bu xəbər 27 Avqust 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















