Icma.az
close
up
RU
Hollivud ulduzu seçim qarşısında qalıb

Hollivud ulduzu seçim qarşısında qalıb

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ben Afflek
Aktyor Ben Afflek barəsində yayılan yeni xəbərlərin həqiqətə çox yaxın olduğunu söyləyib. Kino ulduzu Hollivudu tərk edə biləcəyini etiraf edib: "Artıq karyeramda ləğv olunmağımın bir addımlığındayam".
Reyting.az
-ın məlumatına görə, amerikalı estrada ulduzu, müğənni, kino aktrisa Cennifer Lopezdən boşanması fonunda artıq bir müddətdir ki, mətbuatdan gizlənən məşhur aktyor jurnalistlərlə nadir hallarda təmas qurur. Bununla belə, Ben Afflek kino biznesi ilə bağlı verdiyi müsahibədə gözlənilmədən puldan narahat olduğunu etiraf edib və çoxdandır Hollivudu tərk etmək barədə düşündüyünü bildirib.
Onun sözlərinə görə, kino sahəsində olan hər kəs bu cür qeyri-müəyyənliyə məruz qalır, istər aktyorlar, istər də ssenaristlər və rejissorlar olsun.
Məşhur aktyor "Deadline" nəşrinə deyib:
"Telefonumuzun zəngi qəfildən kəsilə də bilər. Deməli, indidən pulları götürməyin vaxtıdır. Amma bir çox hallarda bu addım bəzən insanların ziddiyyətli məqsədlərə bağlanmasına da gətirib çıxara bilər".
Ben Afflek söyləyib ki, istənilən bir filmin uğursuz ola biləcəyinə görə də aktyorlar avans hesablamağa öyrəşiblər, lakin belə uğurlu filmin rekordları qıran kassası ilə müqayisə edəndə ödəniş ədalətli olmaya da bilər. O, həmçinin əlavə edib ki, aktyor kimi Ben Afflek hər zaman oynadığı rolu qiymətləndirməyi bacaracaq.
"Bunun nə zaman bitəcəyini bilmirəm və bəlkə də aktyor kimi ləğv edilməkdən bir addım uzaqdayam və ya bir daha filmlərə çəkilməkdən addım-addım uzaqlaşıram, nə deyim?.. Daha uzaqdayammı, ya daha yaxınam və ya hələ ki, mən kino aktyoru kimi lazımam, bu barədə konkret qərarlı deyiləm. Üstəlik, axı mənim ailəm var və məni irəlidə bəzi işlər gözləyir. Təbii ki, insanlar daim öz maraqlarına uyğun olanı etməyə çalışırlar", - deyən Hollivudun kino ulduzu hələ də seçim qarşısında qaldığını vurğulayıb.
Ben Afflekin dediyinə görə, o, Hollivudun digər ulduz aktyoru olan Mett Deymonla birlikdə biznes sahəsinə daha çox ədalət gətirməyə çalışır. Afflekin fikrincə, hər bir aktyor çalışmalıdır ki, nə kinostudiya, nə də ekran əsərində zəhməti olan aktyorlar filmin kassada uğur qazanmasında, eləcə də uğursuzluq halında uduzmasınlar.
"Yeni franşizanı yaratmaq, həmçinin yeni insanları layihəyə cəlb etmək həmişə heç kimin ağlına gəlməyən orijinal məzmunlu ideyalar tələb edir. Yalnız əvvəllər olduğu kimi işlədiyinə arxalana bilməzsən. Çünki hər vaxt müəyyən bir risk var. Aktyorlar, biz kino adamları isə bu iki ifrat nöqtəni tarazlamağa çalışmalıyıq",- deyən Afflek müsahibə zamanı ona verilən sualı belə cavablandırıb.
Bundan daha əvvəl isə Hollivud aktyoru Ben Afflek növbəti görüşlərə getməyə və yenidən münasibətlər qurmağa hər vaxt hazır olacağını, lakin bununla belə, indən sonra müxtəlif kino studiyalar qarşısında özünün düşündüyü qeyri-adi şərtləri irəli sürəcəyini bildirmişdi.
Oqtay QORÇU

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://reyting.az
archiveBu xəbər 23 Noyabr 2024 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri