Icma.az
close
up
RU
Homoseksual olduğuna görə işdən çıxarılan yazıçı Kamran Nəzirlinin təqdimatında

Homoseksual olduğuna görə işdən çıxarılan yazıçı Kamran Nəzirlinin təqdimatında

Kulis.az-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir Homoseksual olduğuna görə işdən çıxarılan yazıçı Kamran Nəzirlinin təqdimatında.

Qriqori Klimov haqqında qısa arayış:

ABŞ-da mühacir həyatı yaşamış və 2007-ci ildə Nyu York şəhərində vəfat etmiş rus yazıçısı və jurnalisti Qriqori Petroviç Klimov (əsl adı: İqor Borisoviç Kalmıkov) ilk dəfə Tarix və Sosiologiyanı interpretasiya edərək marginal konsepsiya yaratmış, onu “Ali Sosiologiya” (“degenerologiya”) adlandırmışdır. Onun əsərlərinin mövzusu da əsasən bu konsepsiyaya əsaslanır və əksəriyyəti antisemit, homofob, konspiroloji və yevangelist məzmunludur. Kazak generalının nəvəsi İqorun anası kazak, atası isə alman mənşəli olub. 1944-cü ildə Hərbi-Xarici Dillər institutunu bitirərək 1-ci Belarus cəbhəsi qərargahına ezamiyyətə göndərilir. Berlində küçə döyüşlərində iştirak edir, sonra Moskvaya geri çağrılır. 1945-ci ilin iyulunda onu Almaniyaya, sovet hərbi qoşunlarının Baş Qərargahına göndərirlər. Burada o, tərcüməçi kimi işləyir. 1947-ci ilin noyabrında işdə məişət zəminində baş verən münaqişə nəticəsində Kalmıkov amerikalıların nəzarəti altında olan əraziyə qaçır. Burada Amerika əks-kəşfiyyatçıları onu həbs edirlər, altı ay həbsdə yatdıqdan sonra onu azadlığa buraxırlar. Beləliklə, 1947-1949-cu illərdə İqor “Ralf Verner” adı altında Ştutqart şəhərində çox acınacaqlı həyat sürür. Onun yeganə gəlir mənbəyi Almaniyada çıxan jurnalların birinə yazdığı məqalələrdən gələn qonorarlar olur. Sovet hərbçilərinin Almaniyadakı əxlaqından bəhs edən silsilə oçerklərinə DTK-dan yayınmaq üçün “Qriqori Klimov” imzasını qoyur. Bu oçerklərdə əsas fikir də buydu ki, “dağıdılmış Almaniyadakı həyat kommunist Rusiyasındakı həyatdan daha yaxşıdır”, çünki “Qərbdə söz, fikir azadlığı var, sən düşündüklərini yaza bilirsən.”

Klimov sonralar Münxenə köçür, Harvard Layihələrinə qoşulur, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi tədqiqatlarda Amerika psoxoloqlarıyla birgə iştirak edir, sovet adamlarının psixoloji durumunun öyrənilməsi Layihələrində çalışır. Klimov müxtəlif vaxtlarda “Azadlıq”, “Azad Avropa” radiostansiyalarında işləyir, SSRİ-də olan mühacirlər cəmiyyətlərində fəaliyyət göstərir.

Nəhayət, o, günlərin bir günü Federal Təhqiqat Bürosuna öz rəhbəri Milrudun homoseksual olduğu barədə məlumat ötürür, buna görə onu işdən çıxarırlar. Və məhz bu hadisədən sonra o, 1955-ci ildə Nyu Yorka köçür, FBR-lə əlaqələrini kəsir, ömrünü ədəbiyyata və elmə həsr edir.

Onun əsərlərinin motivləri əsasında filmlər çəkilmiş, yazıçı bir çox nüfuzlu mükafatlara layiq görülmüşdür. “Sovet Müdriklərinin Protokolları” tarixi, psixoloji, sosioloji romandır.

“Sovet Müdriklərinin Protokolları” nı həm də elmi-publisistik və analitik roman adlandırmaq olar. Əsərdə tarixi faktlarla sosioloji tədqiqatların sintezini və analitik təhlilini nəzərə alsaq, onu bütün gələcək nəsillər üçün mühüm bilgi mənbəyi hesab etmək olar. Və ən mühüm mesaj da bundan ibarətdir ki, sən demə, əzəldən dünyanı Şərə xidmət edən, psixi cəhətdən sağlam olmayan, hakimiyyət hərisi və genetik pozğunluğa malik olan “legionerlər” (bu söz “İncil”dən götürülüb, psixoloji və əqli cəhətdən qüsurlu olan adamlara aiddir) idarə ediblər,


Müəllif onları “paranoiklər” adlandırır…

Kulis.az kitabın ən maraqlı hissələrini Azərbaycan dilində ilk dəfə Kamran Nəzirlinin tərcüməsində təqdim edir.

“Və mən gördüm ki, qadının ölümü daha ağırdır, çünki o – bir tordur, və ürəyi isə cələdir...”
Çar Solomon (Ekkl. 7:26)

…Elmi-tədqiqat institutnun (ETİ-13) professorları 2000 illik xristianlıq sivilizasiyasının yüksəliş, çiçəklənmə və tənəzzül dövrlərini analiz edirdilər. Qəribə də olsa, xristianlığın çiçəklənmə dövrü orta əsr inkvizasiya dövrüylə üst-üstə düşürdü, halbuki inkvizasiya dövründə Allahdan daha çox Şeytanla maraqlanır, cadugərləri və əcinnələri daha fəal təqib edirdilər.
Orta əsrlər inkvizasiyasını araşdırıb biləndə ki, sən demə, İncildəki Şeytanın adı degenerasiyadır, ya da nəsil pozulmasıdır, ETİ-13-ün professorları başladılar həmin şeytanı arşınla ölçməyə.
İncildə bu barədə demək olar ki, yayğın, qeyri-müəyyən şəkildə yazılır: “Mənim adım Legiondur, çünki biz çoxuq” (Mark, 5:9). Bu legionun dəqiq təsvirini 1948-ci ildə amerikalı doktor Kinsinin statistikası verib və o, nəinki Amerikada, bütün dünyada atom bombası kimi partlamışdı. Sən demə, ABŞ kimi sivil bir ölkədə əhalinin təxminən 37 faizi bu və ya digər formada həmin legiondan ibarətdir, yəni hər üç adamdan biri. Belə çıxır ki, İncil düz yazıb: “mənim adım Legiondur.”
Bu mühazirələri Ali Sosiologiya üzrə elmlər doktoru, professor Kalmıkov oxuyurdu; o, qara sosiologiyanın bir neçə gizli qanunlarını aşkara çıxarmışdı, indi bu, sovet inkvizasiyası üçün Allahın Qanununu əvəz edirdi.

Professorun paqonlarında DTK-nın 13-cü şöbəsinin general-leytenant ulduzları parıldayırdı.
- Yoldaşlar, doktor Kinsi yalnız bu Şər ağacının kökü və ya gövdəsi sayılan homoseksuzllığı hesablamışdır. Doktor Kinsiyə görə, 37 faizin yalnız 4 faizi əsl legionerdir, yəni onlar bütün həyatı boyu homoseksuallıqla məşğul olan səmimi və açıq-saçıq homoseksuallardır. Qalan 33 faiz bu işlə qismən, arabir məşğul olublar, daha doğrusu, 5 il, 3 il, 1 il, ya da bir dəfə məşğul olublar, ya da elə bunu yuxuda arzulayıblar. Bu da homoseksuallığın qismən və gizli formasıdır. “Legion” adlanan bu adamlar öz növbəsində ya homoseksuallığa namizəddir, ya təsadüfən mübtəla olublar, ya da onu arzulayanlardı. Lakin Degenerasiya Şeytanı təkcə cinsi pozğunluqdan ibarət deyil, həm də ruhi xəstəliklərdən qidalanır. Sizə artıq deyildiyi kimi, bu mövzuya dair Amerikada hər cür statistika mövcuddur.

Müəyyən dərəcədə rəsmi sayıla bilən Amerika statistikasına görə, ABŞ əhalisinin 18,5%, yəni hər 6 nəfərdən biri kliniki cəhətdən psixi xəstədir və psxiatrik müalicə olunmalıdı. Bu da eyni problemin iki üzüdür; əgər doktor Kinsinin 37%-ni 18,5% psixopatla müqayisə etməli olsaq, onda belə çıxır ki, prinsipcə legionerlərin ikisindən birinin həm cinsi pozğunluğu var, həm də başı xarabdır.

Etiraf edək ki, degenerasiya prosesinin Şeytan adlandırılması əbəs yerə deyil. Bu məsələ çox dolaşıqdır, alçaq və hiyləgər prosesdir, hər cür sağlam məntiqə ziddir. Misal üçün, doktor Kinsinin 37%-dən danışarkən, siz təbii ki, düşünəcəksiz: 33% gizli legionerlərdən fərqli olaraq, 4 % açıq-saçıq legioner ryhən xəstədi. Əslində isə, əksinədir. Məhz 33% legioner arasında daha çox ruhi xəstə var. Məşhur doktor Freyd deyir ki, ruhi xəstəliklərin əksəriyyəti (xroniki başağrısı olanlar da) məhz insanın qəlbindəki ağrılı emosiyaların təsirindən doğulur. Və Freyd belə bir məsləhət görür: bu cinləri çölə çıxarın getsin! Freyd bu cinləri bədəndən psixoanalizin köməyilə qovurdu.

Lakin psixoanalizin həvarisi Freyddən fərqli olaraq, İncilin həvariləri bu işin öhdəsindən daha yaxşı gəlirdilər. Misal üçün, həvari Matvey (12:43-45) bu barədə belə deyir: “İnsanın bədənindən cin çıxandan sonra gedib susuz yerləri dolaşır, dinclik axtarır, lakin onu tapmır. O zaman deyir: “Çıxdığım yerə, öz evimə qayıdıram... O zaman gedib özüylə bərabər daha yeddi ruh götürür, bu ruhlar onun özündən daha pisdir, və onlar insanın bədəninə girib orda məskən salırlar. Və bunlar insan üçün birincidən daha pis olurlar.”
Buna görə də deyirlər: şeytanı qapıdan qov, pəncərədən girəcək. Bu səbəbdən freydizm təkcə katolik kilsəsi tərəfindən yox, həmçinin Kommunist Partiyası tərəfindən də qadağandır.

Təcrübə göstərir ki, əksər hallarda Freyd yox, həvari Matvey haqlıdır. Biz burda sizdən elə ilahiyyatçılar düzəldəciyik ki, heç özünüzü tanımayacaqsınız!

Degenerasiya şeytanı büsbütün ziddiyyətlər yumağıdır. Təbii olaraq belə zənn etmək olardı ki, insanlar nə qədər ağıllıdırsa, onların bir o qədər az psxiloji xəstəlikləri olur. Əslində isə tamamilə əksinədir. Müəyyən sosial qrup nə qədər savadlıdırsa, bir o qədər də psixoloji xəstədir.

Ötən mühazirələrdən bilirsiniz ki, dahilərin əksəriyyəti psixopatdır. Bütün bunlar aillələrə də təsir edir. Misal üçün, Albert Eynşteyn, əlbəttə, dahi insandır, lakin onun oğlu Edvard dəlixanada yatıb.

Prinsipcə nəslin pozulması cəmiyyətin yuxarı təbəqəsindən gəlir. Yəni, sosial satatuslu nərdivan nə qədər yüksəkdirsə, cinsi pozğunluq və ya nəsil pozğunluğu da bir o qədər yüksək olur. Əgər ABŞ əhalisinin 37% legionerdisə, o zaman intellektual təbəqə arasında nə qədər legioner olacaq?

Şərti olaraq əhalinin başında duran intelektualları 5% götürək, daha doğrusu, əsas aparıcı elitanın sayını 11 milyon nəfər götürək (1980-ci il üzrə). O zaman bu elit intelektuallar arasında legionerlərin sayı 50% dən çox olacaq. Bax elə buna görə də belə bir damğalı söz birləşməsi yaranıb: çürük ziyalılar.

Bəs ziyalı sayılan şairlər, yazıçılar, jurnalistlər və digər cızmaqaraçı insanlar necə olsun?

Doktor Kinsinin 37% lik siyahısında bu adamların sayı daha çoxdur, 75% çatır. Buna görə də filosof Kyerkoqor deyir ki, bizim zəmanədə şeytan mətbəə rənginə boyanıb. Və elə buna görə də SSRİ-də “dissidentlik” mətbuatdan, çap məhsullarından başladı, bu şair və yazıçıların sırasında Pasternak, Soljenitsın, Maksimov və başqaları da vardı.
Degeneratlar (cismani və ruhi pozğunluq əlamətləri olan adamlar) barədə danışarkən təbii olaraq belə zənn etmək olardı ki, bunlar anormallar üçün nəzərdə tutulmuş evlərdə oturan hansısa ağıldan kəm adamlardır. Əslində isə, tam əksinədir.

Hakimiyyət kompleksiinə görə çox vaxt hələ zənci cadugərlərindən və Sibir şamanlarından bu yana Kinsin siyahısındakı legionerlər böyük adamların məbədlərində, rəhbərlərin, fürerlərin, prezidentlərin və Baş nazirlərin kreslolarında otururlar. Əvəzində isə onların qohumları və uşaqları çox vaxt ağıldan kəmlərin evlərində və ya dəlixanalarda yerləşdirilir. Məsələn, Makedoniyalı İsgəndər böyük adam olub, amma qardaşı əbləh idi; Mao Tze-dunun oğlu Mao An-çin dəlixanada yatıb. Nədənsə prezident Kennedi Ağ Evdə oturub atom bombasıyla oynadığı zaman bacısı Rozmari artıq 20 il idi ki, dəlixanadaydı. Amerika Mərkəzi Kəşfiyyat idarəsinin rəisi, bizim həmkarımız Allen Dallesin oğlu da nədənsə dəixanada yatıb. Dövlət Katibi olan qardaşı Foster Dallesin oğlu isə rahiblik edib, katolik kilsəsinə, Romaya gedib, hətta atasının dəfninə gəlməkdən belə imtina edib, daha doğrusu, atasının fəaliyyətinə və qəbrinə nümayişkaranə tüpürüb. Stalinin qızı Svetlana da atasının fəaliyyətinə və qəbrinə tüpürüb Amerikaya qaçdı. Böyük rəhbər ataların övladları necə də bədbəxtdilər! Hə, bunu da deyim ki, Çerçilin qızı Diana da özünü öldürüb.

İndi belə bir sual doğur: bəs onda dünyanı kim idarə edir? Bax, buna görə də İncildə deyilir ki, şeytan bu dünyanın kralı və hakimidir. Allah isə o biri dünyanın hakimidir. Bütün bu qaranlıq məsələlər Sovet İttifaqının kimlər tərəfindən idarə olunduğunu göstərir.

Filosoflar deyir ki, şeytan fövqəl ifrata meyillidir. Misal üçün, siz artıq dahiliklə dəlilik arasındakı qarşılıqlı əlaqəni bilirsiz. Belə bir qarşılıqlı əlaqə həmin legionerlərin zahiri görünüşündə də mövcuddur.

Bir tərəfdən degenerezasiya-legionlaşdırma nəsilpozulmanın hər cür eybəcərliklərinə və qüsurlarına səbəb olur, digər tərəfdən isə bu legionerlərin əksəriyyətini siz Hollivud ulduzları, gözəlçələri arasında da görə bilərsiniz, onların arasında xoşbəxt izdivaca nadir hallarda rast gəlmək olar. Buna görə də Hollivud təkcə gözəlçələri ilə deyil, həm də çoxsaylı qalmaqallı boşanma hadisələri ilə məşhurdur.

Konkret misal gətirim. 20-ci illərdə Hollivudun kişi aktyoru Rudolf Valentino ilahi dünya yaraşıqlısı hesab olunurdu, bütün qadınlar ondan ötrü cino gedirdi. Baxın, mən Bred Şteyqerin 1966-cı ildə Nyu Yorkda nəşr olunmuş “Valentino” kitabına nəzər salıram. Orda açıq-aşkar qeyd olunur ki, Valentino əslində kişi deyildi. O qadınlarla əlaqədə tamam impotent olub. Lakin onun iki saxta nigahı olub, yəni gözdən pərdə asmaq üçün, həm də özü kimi saxta və sonsuz legioner qadınlarla. Valentino uşaqbazlarla əylənməyə maraq göstərir, lakin bu onun xoşuna gəlmir. Daha doğrusu, Valentino Hollivudun ən yaraşıqlı kişi bütü olsa da, əslində axta hermafrodit, yəni xonsay idı. Lakin Valentino ömrünün və şöhrətinin çiçəkləndiyi vaxtda mədə xorasından öləndən sonra ona aşiq olan isterikalı çoxsaylı qadınlar intihar etdilər. Belə intiharlar epidemiya kimi yayılmışdı.

İndi mən şeytanın İncildəki bir neçə formulasını dialektik materializm nöqteyi-nəzərindən açacam. Beləliklə, Yevangeliyada deyilir ki, “şeytan yalançıdır və yalanın atasıdır” (Yəhya 8:44). Gəlin görək səbəbi nədir? Səbəbi odur ki, cinsi pozğunluğun miqyası, bəsit şəkildə desək, lüğətdə olmayan söyüşlərin miqyasına tuş gəlir. Bu da doktor Freydin “ağız seksi” formulasına tamamilə uyğundu. Yəni, legionerlər ilk baxışdan absurd və mənasız görünən söyüşlərdə ifadə olunanları eynən edirlər. Amma gəlin görək onlardan hansı birisi bunu etiraf edər? Əlbəttə, heç biri. Təkcə elə bu artıq yalan doğurur. Bu yalanın arxasında çoxsaylı uğursuz isdivaclar, ailə faciələri, məşəqqətli boşanmalar və hər cürə uğursuz övladlar gizlənir ki, bunları anlayanda artıq dəyişmək və ya düzəltmək də gec olur. Götürək rus ana söyüşünü. Psixopatologiyada buna yaxın qohumlar arasında cinsi əlaqə, Edip kompleksi və ya analıq kompleksi uyğun gəlir. Və bu kompleks də homoseksuallıqla sıx bağlıdı. Burada degenerat dərhal başlayacaq yalan danışmağa ki, ana söyüşü və ədəbsizliyi rus dilində tatarların yürüşü nəticəsində ortaya çıxıb. Tutaq ki, belədir. Bəs niyə eyni ana söyüşləri və ədəbsizliyi ingilis dilində də mövcuddur? Alman dilində də həmçinin! Axı oralarda tatar basqınları olmayıb! Buna cavab vermək əvəzinə degeneratlar başlayırlar əsəbləşməyə və söyüş söyməyə.

Bu legionun izinə düşdükcə siz daim yalana rast gələcəksiniz, ya birbaşa, ya bilavasitə, ya tam, ya da qismən yalan danışacaqlar. Alimlər, professorlar, elmlər doktorları tez-tez yalan danışıb vicdansıszlıq edəcəklər. Bəzən elə bu yalana görə biz həmin şəxsin vicdansız olduğunu biləcəyik.

Əksər hallarda bu legionerlər, hər biri ayrı-ayrılıqda və hamılıqla hər şeyi rədd edəcəklər: doktor Kinsinin statistikasını da (halbuki anonim anketlərə özləri də xaç qoyublar!), legionların sayını, ümumiyyətlə degenerasiyanın mövcudluğunu da inkar edəcəklər.

Bax, buna görə də Yevangeliyada deyilir ki, şeytan yalançıdır və yalanın atasıdır, çünki o, yalanın törədicisidir. Bu formulanı da yadda saxlayın. O sizə hətta ailə həyatında lazım ola bilər.
İndi şeytanın daha bir İncil formulasını açacam. Yevangeliyada deyilir ki, şeytan “bu dünyanın knyazıdır” (Иоан, 14:30 и 16:11), o biri dünyanın isə Allahıdır.” » (2 Кор., 4:4). Bu nədir belə?

Dialektik xristianlıq baxımından məsələ belə görünür: çoxdan inqilab görməyən yaxşı sivil cəmiyyətdə (sosial qatların alt-üst olmadığı Qərbdə və SSRİ-də olduğu kimi), belə cəmiyyətlərin yuxarı başında ziyallılar və mətbuat arasında doktor Kinsinin legionundakı legionerlər bir qayda olaraq çoxluq təşkil edəcək.

Qərb demokratiyası çərçivəsində parlamentdə yer alanların əksəriyyəti legionerdi, onlar demokratikcəsinə sizin səslərinizi üstələyəcək. Və buna görə də legionerlər məhz bu cür demokratiya tərəfdarıdı. Əslində isə, mahiyyətcə bu, demokratiya deyil, şeytankratiyadır. Bu prinsip üzrə Rusiyada Kerenskinin Fevral inqilabı planlaşdırılmışdı; Kerenski ölümündən qabaq yazdığı xatirələrində etiraf etmişdi ki, o, hələ 1912-ci ildə gizli legioner cəmiyyətlərinin üzvü olub. Elə buna görə də həmin demokratiya barədə belə deyirlər: çürük demokratiya. Belə bir mənzərə qədim Yunanıstanın və antik Romanın süqutu dövründə də olub. İncilin həvariləri bu barədə yazıblar.

Kommunizmin həvarisi Karl Marks da legioner idi, bütün bunları görmüşdü, Qərbdə inqilab olacağını qabaqcadan demişdi. Lakin bir sıra tarixi təsadüflər nəticəsində inqilab Rusiyada baş verdi, yəni həvari Marksın dediyi yerdə olmadı. Bu da sizə xalis marksizmin daha bir aspekti. Buna görə də biz neomarksistləri dəlixanaya salırıq, ya da qovuruq xaricə. Görürsüz də, yoldaşlar, bunlar necə sadəcə baş verir? Amma bütün bunları dərk etmək üçün əvvəlcə gərək İncildəki açarları tapasan, - deyə yeni Sovet inkvizasiyasının general-professoru yezuit kimi istehzayla güldü:

- Biz burda sizdən elə ilahiyyatçılar, elə filosoflar yetişdirəcəyik ki, heç özünüzü belə tanımayacaqsız. Biz sizə yeni Sovet ilahi Qanununu və özümüzün yeni Sovet Allahını təqdim edəcəyik. Hələlik isə bunu yadda saxlayın: Allah – Şeytanın əksidir! Və Allahı anlamaq üçün əvvəlcə gərək Şeytanı yaxşı tanıyasan.

Fasilədə tələbələr dəhlizə çıxdılar, çiqaret çəkə-çəkə mühazirədən aldıqları təəssüratlarını bölüşürdülər. Tələbələrdən biri – SSRİ Elmlər Akademiyasının prezidenti öz tələbə yoldaşı SSRİ Ali Məhkəməsinin sdrinə pıçıldadı:

- Bilirsən də bu professor kimdi? Gizli dövlət müşaviri...Nyu Yorkda, BMT-də Sovet missisiyasında işləyir... Onun sözü BMT-dəki Sovet missiyasının başçısı üçün qanundur. Elə Vaşinqtondakı səfirimiz üçün də. Nə isə... Bu adam Amerikada bizim Qırmızı Keşişin nunsisidir.

- Hə...Bizim Qırmızı Papanın qvardiyasındandı...- Ali Məhkəmənin sədri başını buladı.- Və görünür, onlar öz işlərini Vatikandan daha yaxşı bilirlər.

- Elədi...Ha vaxtsa Moskvaya üçüncü Roma deyirdilər. Dördüncü yoxdu, deməli, Romada Roma Papası, Moskvada da Qırmızı Papa oturur…


Fasilədən sonra Papanın nunsisi davam elədi:

- İndi isə gəlin doktor Kinsinin statistikasını dərindən təhlil edək. Bizim zəmanədə bu statistika daha mötəbər soraq kitabçası sayılır. Bunu təkcə Qərbdə yox, Sovet İttifaqında da qəbul edirlər. Doktor Kinsinin əsas xidməti bundadır ki, 4 % lik xalis homoseksuallardan savayı, yuxarıda qeyd etdiyimiz kimi, 37% qismən homoseksual da mövcuddur. Əvvəllər biz buna fikir verməmişdik. Lakin əsas Şər məhz bu 37 faizin içində gizlənir. Buna görə də filosoflar deyirlər ki, Şeytan görünüb üzdə olanda və bizi qorxudanda təhlükəli deyil; Şeytan o zaman təhlükəlidir ki, biz onu görmürük. Şeytanın vəkilləri bu statistikanı inkar etməyə çalışırlar, deyirlər ki, burda rəqəmlər şişirdilib, guya adamlar anketlərdə özləri özlərinə şər atıb. Lakin məntiqlə təxmin etmək olar ki, məhz əksinədir. Adamlar xoşagəlməz halı gizlətməyə çalışırlar. Əslində isə çox ehtimal ki, doktorun siyahısına düşən homoseksualların sayı 37 faizdən də çoxdur. Lakin biz elə bu rəqəmi 37 faiz kimi götürək. Şeytanın vəkillərinə gəlincə, deyə bilərik ki, onlar izi itirməyə çalışırlar. Buna görə də filosoflar deyir ki, Şeytan daim sübut etməyə çalışır ki, o, mövcud deyil, o, Heç Kim və Heç Nədir.

Doktor Kinci və onun əməkdaşları öz seksual tədqiqat institutnda 12 000 nəfər arasında sorğu aparmışlar. Maraqlıdır ki, kişilərlə qadınlar arasındakı sorğuların nəticəsi tamam fərqlidir. Kişilərin 37 faizi homoseksualdırsa, qadınlar arasındakı homoseksuallar 13 faizdir, yəni kişilərdən təxminən 3 dəfə azdır. Deməli, kişilər arasında homoseksualların ümumi sayı (bu işlə müvəqqəti məşğul olanlarla bərabər) təxminən 50 faiz, qadınlar arasında isə bu rəqəm 28 faizdir, yəni kişilərdən iki dəfə az. Statistikada niyə bu qədər fərq alınıb? Görəsən doğrudanmı qadınlar arasında homoseksuallar azlıq təşkil edir?

Amma məntiq deyir ki, degenerasiya kişilər və qadınlar arasında eyni dərəcədə yayılmalıdır. Bəz nə baş verir? Bir çox alimə görə, əslində bu rəqəm tərsinə olmalıdır. Misal üçün, məşhur degeneroloq Havelok Ellis hesab edir ki, lesbiyankalar pederastlardan daha çoxdur. Homoseksuallıq üzrə tanınmış mütəxəssis doktor Maqnus Hirşfeld (yeri gəlmişkən, həkim özü də homoseksualdır) təsdiq edir ki, doğurdan da lezbiyankalar daha çoxdur. Bəs hardadı həqiqət? Həqiqət hardasa ortalama rəqəmdədir. Sadəcə olaraq deyək ki, doktor Kinsinin ortalama rəqəmi (həm kişilər, həm də qadınlar üçün) 37 faizdir, bunun da 4 faizi açıq-aşkar homoseksuallardır, qalanı isə gizli məşğul olur.

O qadınlar ki, kişilərlə hüquqlarının bərabərliyi uğrunda hay-küylə mübarizə aparır, onlar bir qayda olaraq lezbiyankalardır. Baxın, biz də onlara hüquq bərabərliyi veririk.
Rəqəmlərdəki fərqə gəlincə, bu, görünür, aşağıdakı kimi izah edilir: kişilər cinsi əlaqədə aktiv rol oynayırlar. Kinsinin siyahısındakı kişilər normal qadını aldada bilməzlər. Həmin kişilərin ya impotensiyası, ya cinsi zəifliyi, ya da müxtəlif cür fransız hoqqabazlığı olur. Normal qadın dərhal onlardan ayrılır, ona ah-uf edəcək, ufuldayacaq, lakin bütün bunları yalandan edəcək. Bu yalan statistikada da özünü göstərir. Və deməliyəm ki, Həvvanın ən alçaq günahlarından biri də budur!

Həvvanın günhalarını daha yaxşı anlamaq üçün Amerika statistikasını daha diqqətlə nəzərdən keçirməliyik. Gəlin doktor Vittelsin Nyu Yorkda çıxan (1953) “Amerika qadınlarının seksual həyatı” kitabına baxaq. Kitabın tirajı milyondan çoxdur. 119-cu səhifədə belə bir statistika yer alıb: orta təbəqənin 1200 subay qadını arasında (orta yaş 37) sorğu aparıblar. Nəticə belədir: 20% qadının fiziki lezbiyan əlaqəsi var, 51 faizinin isə lezbiyanlığa güclü emosional ehtirası var. Beləliklə, 20+51=71. Deməli, 71% qadın homoseksin nə demək olduğunu bilir. Sonra elə o qədər də ərli qadınlar arasında sorğu aparıblar. Nəticə belədir: nigaha qədər qadınların 15% lezbiyanka, 32% qadının isə nigaha qədər bu işlə məşğul olmağa güclü ehtirası olub. Deməli, 15+32=47% ərli qadın homoseksualizmlə tanışıdır.

Baxın, əksər uğursuz izdivaclara, əzablı boşanmalara və hər cür qüsurlu və problemli uşaqların doğulmasına səbəb elə budur. Əgər siz, normal insansınızsa, ailələrinizdə baş verən bu cür şeytani hadisələrin səbəbini anlamalısınız.

Bir daha statistikaya müraciət edək: hazırda SSRİ-də RSFSR-in Səhiyyə Nazirliyinin Psixiatriya İnstitutunun nəzdində “Seksologiya və seksopatologiyanın problemli Laboratoriyası” fəaliyyət göstərir. Burada doktor Kinsinin də statistikasından istifadə edirlər. Laboratoriyanın seksopatoloqu professor Posvyanski 1968-ci ildə bildirib ki, “boşanmaların yarıdan çoxu ər-arvad arasında intim münasibətlərin disharmoniyası üzündən baş verir”.

“Disharmoniya” nədir bəs? Bir qayda olaraq, bu, gizli və ya aşkar homoseksuallığın nəticəsidir; yəni, doktor Vittelsin 15% və 32%, doktor Kinsinin isə 37%-lik göstəriciləri məsələsidir.
1966-cı ildə Leninqrad Universitetinin sosiologiya üzrə professoru Xarçev uzunmüddətli tədqiqatları nəticəsində yazmışdı ki, gənclər arasında cinayətkarların 80% ayrılan və dağılan ailələrin uşaqlarıdır. Nə üçün? Səbəb aydındır: irsi eybəcərlik!

1976-çı ildə ABŞ-da hər iki nigahdan biri boşanma ilə nəticələnirdi, SSRİ-də isə hər üç nigahdan biriydi. (1975-ci ildə 2,6 milyon nigaha 750 min boşanma düşürdü). SSRİ-nin iri şəhərlərində - Moskva, Leninqrad, Kiyevdə demək olar ki, hər iki nigahdan biri boşanma ilə nəticələnmişdi. Sanki Amerikaya çatmaq istəyirik.
1977-ci ildə Sovet sosioloqu Y. Rurikov yazır ki, “SSRİ-də hər il 700-800 uşaq atasız böyüyür, yəni onları tək ana böyüdür.” Səbəb? Əksər hallarda boşanmalardı. Xatırladım ki, Kornel Universitetinin Tibb Mərkəzinin məlumatına görə, 1962-ci ildə Nyu Yorkda boşananlar arasında çoxsaylı psixi xəstələr var. Boşanan 24 kişidən (günahkar tərəf) 24-ü psixi xəstədir. Boşanan 14 qadından (günahkar tərəf) 13-ü psixdir. Səbəb? İrsi eybəcərlik.

Nyu Yorkda çıxan “Wall Street Journal” ciddi bir qəzetin 27/4/1970-ci il tarixli nömrəsində doktor ginekoloq Masters və doktor-psixoloq Conson bildirirlər ki, Amerikada nigaha girənlərin 50%-dən çoxu “seksual qüsurluluqdan” əziyyət çəkir, burda əsas rolu impotent kişi və qadının “soyuqluğu” oynayır.

Paralel olaraq, 1976-cı ildə ABŞ-da demək olar ki, hər iki nigahdan biri boşanmayla bitirdi. Yəni, yuxarıda qeyd etdiyimiz 50%-dir…

Qırmızı Papanın nunsisi və Həvvanın günahları üzrə mütəxəssis bığaltı güldü, sonra əlavə elədi:

- Yeri gəlmişkən, nədənsə yalnız kişilərin impotent olmasından danışırlar. Lakin əslində elə qadınlar arasında da çoxsaylı impotent mövcuddur. İntəhası, buna nədənsə “qadın soyuqluğu” deyirlər. Bununla belə, həmin impotent qadın ayaqlarını aralayan kimi, ona guya “yararlı” deyirlər, əslində isə bu aldanışdır, o, soyuqdur, elə bu da Həvvadan gəlir, onun günahlarından biridir.

Auditoriyadakı kişilər arasında bir uğultu qopdu, maraq dolu baxışlar professora zilləndi.

- Bəzi soyuq qadınların cinsi orqanlarındakı uşaqlıq yolunda bartolinlər, yəni yağ vəziləri işləmir, bu dəmir qapıdan təkcə siz yox, heç Adəmin özü də keçə bilməz. Və burda da asanca aldanış ola bilər: Həvvadan törəyən bu qancıqlar oralarına cənnət vazelini də sürtə bilərlər, əlbəttə, Adəmdən gizlin. Əvvəlcə, ərə getmək istəyəndə, daha sonra isə ər bunu aşkar edəndə, özü başlayır oranı sulamağa. Bütün bu aldanışların nəticəsi pis olur. Cənablar, Allahı beləcə asan yolla aldatmaq mümkün deyil...

Bu yerdə Həvvanın günahları üzrə mütəxəssis üzünü qırışdırdı, adama elə gəlirdi ki, bütün bu halları o, özü də yaşayıb. Auditoriyada canlanma hiss olundu.

- Yoldaş professor, cinslərin müharibəsi atom bombasından daha maraqlıdı...- kimsə yerdən söz atdı. - Adəm və Həvva arasındakı münasibətlərdən daha ətraflı danışmaq mümkündü?

- Sovet İttifaqında da belə bir statistika aparılır. Bizdə bunun üçün seksual patologiya üzrə 6 eksperimental klinika fəaliyyət göstərir. Misal üçün, 1974-cü ildə SSRİ-də Leninqrad seksoloqu doktor Abram Svyadoşanın “Qadın seksopatologiyası” kitabı çıxıb. Burada yoldaş Abram cəsarətlə bildirir ki, SSRİ-də orqazmı qadınların yalnız 18% hiss etmir, çürüyən Fransada 40%, İngiltərədə isə bu rəqəm 41% təşkil edir. Adama elə gəlir ki, seksual cəbhədə kommunizm tam qələbə çalıb. Ardınca doktor Svyadoş qürur hissiylə bildirir ki, sovet qadınlarının 44% bir cinsi akt zamanı bir dəfədən çox orqazm yaşayır, onlardan 16% isə hər cinsi aktda demək olar ki, bir dəfə orqazm yaşayır. Nə isə, yaşamaq daha da gözəl olub, eşq olsun sovet qadınına! Lakin statistika çox vaxt hiyləgər olur! 44%-n üstünə 16% gəlin, bərabərdir 60%. Elədirmi? Bəs 40% necə olsun? Deməli, qadınların 40% orqazmın nə olduğunu bilmir? Yəni, eynilə Fransadakı kimi.

Yeri gəlmişkən, mən bu yaxınlarda Soljenitsının “Xərçəng korpusu” kitabını çox maraqla oxudum. Məsələ bundadır ki, onun kitabı psixiatrlar üçün çox maraqlıdır. Soljenitsın xatırladır ki, 20-ci illərdə SSRİ-də doktor Fridlyandın “Sivgi əzabları haqqında” kitabı populyar idi, burada cinsi pozğunluqdan bəhs olunur. Soljenitsın ehtiyatla izah edirdi:”Özünü axtaran qadınların tarixçələri... kateqoriyadan kateqoriyaya keçir...”Ah, bu Soljenitsın! Gör bir necə dumanlı və bulanıq yazır! “Kateqoriyalara keçid” nə deməkdi axı? Sizə konkret misal çəkəcəm: ər arvadıyla 20 il yaşayır. Sanki hər şey müəyyən mənada normal görünür. Lakin arvad 40 yaşa çatanda birdən ayılır və başlayır xəyallar aləminə cummağa, ərini atıb gedir. Ər düşünür: ”Balzakın təsvir etdiyi yaş dövrüdü! Bəlkə qıraqda bir sevgili tapıb özünə?” Əslində isə qadın özünə məşuq yox, məşuqə tapıb! Aralarından su belə keçmir. Bütün bunlar “dostluq” pərdəsi altında baş verir. Bununla belə, onları lezbiyanka adlandırmaq da çətindir, belə ki, “balzakvari yaş dövründə” qadınların bu sevgisi fiziki yaxınlıqdan daha çox, emosional yaxınlıq hesab olunur, daha doğrusu, buna “dostluq” deyilir. Onda bəs niyə ərini atır bu qadın? Əgər ərə desən ki, sənin arvadın başqa bir qadına bağlanıb, dünya dağılsa, buna inanmaz. “Necə? 20 illik evlilikdən sonra?” Bəli, sadəcə, onun arvadı “keçid kateqoriyasına” aiddir - ya aşkar, ya da gizli cinsi əlaqə! Bu da doktor Vittelsin ərli qadınlar araında apardığı sorğunun nəticəsi barədə statistika, yəni, 15%+32%=47%. Və deməli, Həvvanın qancıqlarının 47%-nin yumurtalıqlarını qurd basıb. Buna görə də ABŞ-da hər iki nigah boşanmayla bitir. Görün bunun arxasında nə qədər əzab və məşəqqət gizlənir! Elə buna görə də müdrik çar Solomon “Ekkleziast Kitabı”nda (İncilin (Tanaha) yeddinci Kitabı) yazır:”Və mən qadının ölümünün daha əzablı olduğunu anladım, çünki o, bir hörümçək torudur, onun ürəyi cələdir, əlləri zəncirdir; Allah qarşısında xeyirxah olan adam ondan xilas olacaq, günahı olan isə qadın tərəfindən ovlanacaq”(Ekkleziast Kitabı, 7:26).

Və müqəddəs İyeronim qısaca və aydın deyir: “Yaxşı qadın əqrəbin neştəridir, şeytandan əmələ gəlib!”

Bu yerdə Qırmızı Papanın nunsisi rişxəndlə gülümsündü, dedi:

- Lakin, etiraf etmək lazımdı ki, şeytandan əmələ gəlmiş qadınsız yaşamaq da dəhşətli dərəcədə darıxdırıcı olardı...

Növbəti mühazirəni DTK generalı, professor Bıkov oxudu; o, Sovet inkvizasiyasının saray həkimiydi, paqonlarında zəhərli fincanın başına dolanan ilan şəkilləri parıldayırdı.

- Yoldaşlar, Həvvanın günahlarından sonra Adəmin günahları barədə danışacağıq. Məşhur filosof Fridrix Nitsşe əbəs yerə deməyib:”Qadın Allahın ikinci səhvidir”. Bəs birinci səhvi kimdi?

Belə çıxır ki, Adəmdir.

Bir neçə kəlmə də Nitceşinin özü barədə: Nitsşe ömrünün son 11 ilini dəlixanada keçirib. Onun atası və hər iki babası protestant keşişi olub. Nitsşenin atası ruhi xəstəydi, o da dəli olmuşdu. Nitsşe bütün həyatı boyu miqrendən əziyyət çəkib, bu da çox pis əlamətdi. Şəxsi həyatda o, asket idi, yəni zahid. Qadınlara bir neçə dəfə evlənmək təklifi edirdi və rədd cavabı alanda buna sevinirdi. Onun həqiqətən sevdiyi yeganə qadın rus yəhudisi Lu Salome olmuşdu; sonralar bu qadın Rilkeylə, daha sonra isə Freydlə yaxınlıq etmişdi. Belə bir məlumat da var ki, Nitsşe öz kiçik bacısı Elizabetlə də cinsi əlaqədə olub; sonralar Elizabet məşhur bir antisemitə ərə gedir, sonda həmin antisemit özünü öldürür. Həmin ailə üzvləri arasında cühudbazlar, cühudsevərlər, homo və monoseksuallar, ruhi və psixoloji xəstələr, bir sözlə, dəlilər və ağıllılar vardı.

Nitsşenin atası və hər iki babası pastor olsa da, özü qızğın ateist idi; o, bu barədə maraqlı bir əsər də yazıb – “Antixrist” (“Dəccal”) adlanır.
Bütün bunları bilmək faydalıdır, bu nitsşelərin kökündən “fövqəlbəşər insan” kimi axmaq bir zəhərli nəzəriyyəsi törənmiş, elə həmin nəzəriyyə əsasında sonralar nasizm və hitlerizm doğulub.

Gəlin indi də Adəmin əsas günahı sayılan təcavüzkarlığı təhlil edək; daha dəqiq desək, bu, öz qardaşını öldürən Kainin günahıdır. Lakin freydçilər əminliklə deyirlər ki, təcavüzkarlıq qismən sadizmlə bağlı olan homoseksuallıqla sıx əlaqəlidir. Burdan da Nitsşenin “hakimiyyətə canatma”sı, rəhbərin kompleksi və təcavüzkarlıq kimi nəzəri müddəaları ortaya çıxır. Baxaq görək, bu, belədirmi?

Mən 1964-cü ildə Nyu Yorkda çıxan 750 səhifəlik qalın bir kitaba nəzər salıram, “İonafandan Cühuda qədər” adlanır; onu Noel Hard adlı bir müəllif yazıb. Bu kitab dünya tarixində bütün məşhur pedarastlardan soraq verir. Çox ciddi bir kitabdır, ən mötəbər mənbələrə istinad edilərək yazılıb. Qəribə də olsa, burada bəşəriyyət tarixində qatı təcavüzkar, istilaçı, işğalçı, dağıdıcı və tiran kimi yadda qalan böyük şəxsiyyətlərin hamısı yer alıb. Təcavüzkarlıqla homoseksuallıq arasındakı əlaqənin olması da buradan aydın görünür. Yoldaş SSRİ Silahlı Qüvvələrinin marşalları, generalları və admiralları, düşməni tanımaq üçün qulaqlarınızı açın və eşidin: kitabı başdan vərəqləyirik, İncildəki İonafandan başlayır. İonafanın kim olduğunu çətin ki, biləsiniz. Lakin yəqin hamınız onun dostu David barədə, İncildəki məşhur çar Davidi deyirəm, eşitmisiz. Bu həmin Daviddir ki, təcavüzkarcasına Qoliafa qalib gəlib. İndi baxın, Davidin altıulduzlu bayrağı İsrailin bayrağıdır, təcavüzkarcasına dalğalanır, özünü Davidə oxşatmaq istəyir, bütün ərəb dünyasına qarşıdır.

Davidin və İonafanın tarixçəsi belədir: David əvvəlcə çoban olub, İonafan isə çar Saulun oğluydu. Sonradan onlar pedarastlıq ediblər, dost olublar. Beləliklə, çoban David çar sarayına yol tapır, özü da dal qapıdan. Daha sonra isə David İonafanın bacısı Melohe ilə evlənir. Davidin bu gedişlərini bügünkü müasir cəmiyyətdə də tez-tez müşahidə etmək olar.
İncildə Davidlə İonafanın sevgisinin açıq-aşkar təsvirlərini görmək olar: ”Mənim qardaşım İonafan....sənin mənə qarşı olan sevgin bütün qadınların sevgisindən üstün idi” (2 Çar.1:26).
Növbəti homo təcavüzkar məşhur Makedoniyalı İskəndər olub. Artıq onun atası, makedoniyalı çar 2-ci Filip pedarast idi. İskəndər öz karyerasını atasını öldürməklə başlayır. İskəndər böyük işğalçı olsa da, onun qardaşı sadəcə əbləh idi.

İskəndər bütün həyatı boyu müharibə edib, qədim dünyada böyük bir imperiya yaradıb. 33 yaşında ölüb, ya qızdırmadan, ya da içkiyə qurşandığına görə. Ömrünün son iki günü o, sərxoş olaraq öz sevdiyi oğlanın - Mediusun evində nəşələnib.

Kitabın növbəti səhifəsini vərəqləyək: məşhur Karfagen sərkərdəsi Hamilkar və onun oğlu Hannibal da homoseksual olublar. Eynilə makedoniyalı İskəndər və atası Filip kimi. Hamilkar Qasdrubal adlı kiminsə yatağına girirmiş, sonuncu sonradan onun oğlu Hanniballa sevişib, daha sonra isə qızıyla evlənib. Bu anoloji gedişlər Çar Davidin gedişlərinə bənzəyir. Bu da sizin ali cəmiyyətiniz… Bunun arxasınca Romayla qanlı Punik müharibələri, Hannibalın Alp yürüşləri və digər işğalçı və təcavüzkar müharibələri gəlir...
Bu qəbildən olan siyahıda sərkərdə və diktator Yuli Sezarın da adı var: onun haqqında belə deyirmişlər: “o, bütün qadınların əri, bütün kişilərin arvadıdır”. Yəni, ikicinsli olub, doktor Kinsinin 33%-lik siyahısındakı kimi. Belə bir məlumat da var ki, Sezar “kesareva” üsuluyla doğulub, buradan da həmin tibb termini yaranıb. Bu da onu göstərir ki, onun anası bioloji cəhətdən bir o qədər də normal qadın olmayıb. Yeri gəlmişkən, rus sözü “çar”ın KÖKÜ “Sezar” sözündən götürülüb.

Roma tarixində homoseksualların qısa siyahısını davam etdirək: sərkərdə və dövlət xadimi, Kleopatranın məşuqu Mark Antoni də oğlan uşaqları ilə cinsi əlaqədə olurmuş. İmperator Avqust da eləcə, onun çoxlu davamçıları olub, adı da Avqust ayı ilə bağlıdır. İmperatorun ölümündən sonra Roma Senatı onu Yuli Sezarla birlikdə Romanın rəsmi Allahları siyahısına salıb. Cavanlıqda isə Yuli Sezar həmin bu Avqustu daldan zorlayırmış.

Avqustdan sonra Romanı idarə edən imperator Tiberi olub, o da homoseksual idi; Tiberi sadist amansızlığı və qeyri-adi zorakılığı və pozğunluğuyla ad çıxartmışdı. Homo-imperator Avqustun nəticəsi imperator Kaliqula da homoseksual idi; təbii ki, açıq-aşkar sadist idi, dəlilik edirmiş. O deyirmiş ki, Roma xalqının bir başı olsaydı elə bircə zərbəylə kəsib atardım. Kaliqula öz bacılarıyla cinsi əlaqədə olurdu, qohumlarını öldürürdü, allahların statuyalarına öz başının bənzərini düzəltdirib qoydururdu. Nəhayət, Kaliqula 29 yaşında şəxsi mühafizəçisi (o da homoseksual idi) öldürülüb.

Kaliquladan sonra imperator Klavdiy olmuşdu; onun da damarlarından axan qan imperator Avqustun, homoseksual sərkərdə Mark Antoninin və homoseksual imperator Tiberinin qanlarıyla qarışıq idi. O da homoseksual, bir qədər də ağıldan kəm adam olub. Lakin ədalət naminə deyək ki, Klavdiy təcavüzkar deyildi, əcdadlarına nisbətən Romanı yaxşı idarə edə bilirdi. Eynilə bizim imperator Birinci Pavel kimi.

İmperator Klavdiy əsasən nimfomaniyaya mübtəla olmuş arvadı Messalinaya görə şöhrət qazanmışdı; arvadının saysız-hesabsız məşuqları vardı. Nəhayət, Klavdiy arvadının başını kəsir, öz bacısı qızı Aqrippinayla evlənir, yəni imperator Kaliqulanın bacısıyla. Həmin qadın isə açıq-aşkar öz qardaşıyla cinsi əlaqədə olurmuş. Bədbəxt Klavdiy, yağışdan çıxıb yağmura düşmüşdü!

Aqrippina Klavdini dilə tutur ki, əvvəlki nigahdan, yəni Nerondan olan oğlunu oğulluğa götürsün. Sonra bu qadın öz oğlunu hakimiyyətə gətirmək üçün Kalvdini zəhərli göbələklərlə zəhərləyib öldürür. “Mtsensk əyalətinin Ledi Makbeti” (Nikolay Leskovun 1864-cü ildə yazdığı əsər nəzərdə tutulur) əsərindəki Katerina obrazı kimi...
Beləliklə, növbəti homoseksual imperator məşhur Neron gəlir hakimiyyətə. Onun da qanı əvvəlki homoseksuallar Avqust, Mark Antoni və Kaliqulanın qanıyla qarışıq idi. Hələ uşaqkən Neronu ehtiras xəstəliyinə tutulmuş Messalina zəhərləmək istəyir. Sonralar Neron elə həmin Messalinanın qızı Oktaviylə evlənir. Lakin arvadıyla yatmaq əvəzinə Neron öz doğma anası Aqrippinayla cinsi əlaqədə olur. Baxın, bu da sizə tarixdən əyani misallar. Rus dilində bu gün bildiyiniz ana söyüşünün kökü burdan qaynaqlanır; görün bu adamlar nə işlərlə məşğul olublar!

Sonra Neron Poppiy Sabina adlı yəhudi bir qadınla sevişir; Sabina da öz rəqibini, yəni Neronun anasını sıradan çıxartmaq üçün Neronu məcbur edir ki, anası Aqrippinanı öldürsün. Neron da öz anasını öldürür. Deyirlər ki, Aqrippina öz qatilini, yəni oğlunu görən kimi, donunun ətəyini qaldırıb deyir: ”Mənim oramdan vur, oranı vur, o yeri ki, sənin kimi yırtıcı ordan çıxıb!”. Ardınca Neron Messalinanın qızını, qanuni arvadı Oktaviyanı öldürür.

Neron həm də Romanı yandırmağıyla tarixdə qalıb; onun yanğından xoşu gəlirmiş, ləzzət ala-ala lirada çalırmış, öz şeirlərini oxuyurmuş (şairə bax da!). Sonradan o, yanğının törədilməsində xristianları günahlandırırb; o zamanlar xristianlar yəhudilərin sadəcə bir sektasıydı. Neron onları amansızcasına təqib edirdi. Yeri gəlmişkən, o, eyni zamanda yəhudi qadını Poppiylə evlənmişdi, sonralar onu da hamiləlik vaxtı qarnına xəcər soxub öldürmüşdü.

Poppi Sabinanı öldürəndən sonra Neron Sporus adlı cavan bir oğlanla sevişir, onunla rəsmi nigaha girir. Burada o, fəal pedarast rolunu oynayır. Lakin o həm də passiv pedarast olmaq istəyirdi. Bu zaman Neron açıq-aşkar rəsmi şəkildə digər bir pedarast Doriforusun “arvadı” olur. Bütün bu təfsilatlı məlumatları o dövrün Roma salnaməçiləri təsvir edib.
Nəhayət, Neron məcbur olub ki, intihar etsin, özünü öldürüb. Lakin, baxın, bu tiran və yırtıcı adam Romanı 14 il idarə edib!

Neronun (54-68 b.e.) ardınca gələn bütün xırda Roma imperatorları da homoseksual olublar. Kitabda onların siyahısı verilir:

İmperator Serviy Qalba (68-69)
İmperator Mark Oto (69)
İmperator Avl Vitelli (69)

Sonra imperator Tit (79-81) gəlir; onun atası imperator Vespasian (69-79) rekord qazanıb: o, Romanın bütün tarixində ilk imperator olub ki, homoseksual deyildi. Lakin onun oğlu imperator Tit artıq homoseksual idi!
İmperator Domisian (81-96), Titin qardaşıydı, o da homoseksual idi.
İmperator Mark Nerva (96-98)
İmperator Trayan (98-117), imperator Nervanın oğulluğu olsa da, homoseksual idi.
İmperator Adrian (117-38)

İmperator Kommod (180-92), imperator Mark Avrelinin (161-180) oğlu. Ata normal olsa da, oğul homoseksual idi.
İmperator Karakalla (211-17).
İmperator Helioqabal (218-222). Lakin bu adam şən əhval-ruhiyyəli homoseksual idi. Misal üçün, o bütün ali dövlət vəzifələrini ağıla görə yox, adamın cinsi orqanının ölçüsünə görə paylayırmış. Öz demokratiyasını sübut etmək üçün Romanın bütün fahişələrinin konqresini təşkil edir, özü də arvad paltarı geyinib onlara belə müraciət edir:”Yoldaşlar!” Sonra o, bu fahişələrlə cinsi əlaqə zamanı müxtəlif pozaları müzakirə edir. Yeri gəlmişkən, bu işlərlə bəzi amerikalı demokratlar da məşğul olurlar. Sonra imperator Helioqabal bütün imperiya ərazilərinə çaparlar göndərir ki, iri ölçülü cinsi orqanı olan kişiləri tapıb gətirsinlər. Lakin axırda bu kefkomu da qətlə yetirirlər. “Necə yaşayırdısa, eləcə də ölsün, əhlikef köpəyoğlu!” deyə xəncəri onun arxasına, anusuna soxublar.

Gəlin bütün bu deyilənlərdən aşağıdakı konstruktiv nəticəni çıxaraq:
1. Qədim dünyanın böyük təcavüzkar şəxsiyyətlərinin əksəriyyəti homoseksual olub. Yəni, freydçilərin tezisinə uyğun olaraq, homoseksualla təcavüzkarlığın müəyyən qarşılıqlı əlaqəsi var.
2. Roma imperatorlarının əksəriyyəti homoseksual olub. Yuxarıda göstərdiyim tarixlərə görə özünüz də yoxlaya bilərsiniz. Bu da sizə hakimiyyətin kompleksi!
3. Homoseksualla dahilik (Sezar və Avqust), homoseksualla dəlilik və nəsil pozğunluğu (Neron və Kaliqula) arasında bağlılıq var.
4. Bütün bu homoseksuallar evli oub, onlar uşaq dünyaya gətiriblər. Bir qayda olaraq, homoseksualların izdivacları az və ya çox dərəcədə saxta olub, onların uşaqları isə qüsurlu doğulublar.
5. Adəmin bütün bu günahlarını bilmək faydalıdır, çünki bu hallar bizim dövrümüzdə də təkrar olunur. Yoldaş Sovet dövlətinin rəhbər işçiləri, əgər siz əsrlərdən bəri Allah və Şeytan adlandırılan gizli qüvvələri tanıyan əsl dövlət xadimi olmaq isətyirsinizsə, o zaman sizlərə yuxarıda söylədiklərim fayda gətirəcək!..

Yeddinci Protokol: Adəmin günahları
Və Allah gördü ki, yer üzündə insanın əxlaqi pozğunluğu, yolundan azması böyükdür...
Və Allah insanı yaratdığına peşiman oldu...

(İncil: 6:5-6)

General-professor Adəmin günahlarınıın təhlilini davam elədi:

İngilis kralı 1-ci Riçard barədə çoxlu gözəl əfsanə var; onu Şir ürəkli Riçard çağırırdılar, onun qəhrəmanlıqları və döyüş şücaətlərinə dair nəğmələr qoşurdular. Doğurdan da 1-ci Riçard (1189-99) çox təcavüzkar olub və hələ 16 yaşından döyüşlərdə iştirak edirmiş. O hələ Akvitan hersoqu olarkən qardaşlarıyla birləşib doğma atası 2-ci Henrixə qarşı vuruşmağa başlamışdı; bu işə onu anası vadar edib. Bundan sonra Riçard böyük qardaşıyla əsl müharibəyə başlayıb; kral ataları isə onları aralamağa çalışıb. Lakin şir ürəkli Riçard bu dəfə atasına qarşı savaşıb və onu məğlub edib, beləliklə də İngiltərənin kralı olub.

Riçard əsasən Üçüncü Xaç yürüşü zamanı sultan Saləddinə qarşı döyüşərkən şöhrət qazanıb; o xristianlığı müdafiə edirdi, sultan isə İslam uğrunda vuruşurdu. Hər ikisi də homoseksual idi! Və minlərlə, yüz minlərlə əsgər bu iki homoseksualın hökmüylə vuruşub ölürdü. Qeyd edək ki, Riçard öz müttəfiqləri ilə də həyasızcasına və alçaqcasına davranıb. Riçard kürəyindən vurulan oxla öldürülüb. İngiltərənin kralı kimi pis olub, 10 il krallıq müddətində yalnız 6 ay İngiltərədə yaşayıb. Hətta ingiliscə də pis danışıb, çünki çox vaxt Fransada yaşayıb. Onun ən yaxşı işi də bu oldu ki, özündən sonra varis qoymadı. Bəs Riçard nəyinə görə belə məşhurlaşmışdı? Təcavüzkarlığına görə! Onun şöhrətini trubadurlar (orta əsr Provans saz şairləri) şişirdib yaymışdılar.

Adəmin günahları üzrə mütəxəssis “İonafandan Jühuda qədər” kitabını sanki protestant kilsəsindəki ruhaninin günah işlədən adamların ruhlarına dua oxuyurmuş kimi vərəqləməyə başladı, dedi:

- Budur, baxın, bu da məşhur Sezar Borciya (1476-1507)...

Onun atası Roma Papası V1 Aleksandr olub - Roderiko Lyankol-Borcia, ispan yəhudiləri nəslindən idi; o, papalıq hakimiyyəti tarixndə ən rəzil Papa kimi yadda qalmışdır. Papa Aleksandr V1 pravoslav kilsəsinin baş idarəsində əxlaqsız homoseksual idi, onun oğlu Sezar da homoydu. Papa pozğun, əxlaqsız, zalım və sadist adam idi, oğlu Sezar, qızı Lukresiya da min oyundan çıxırdı. Papanın hətta sarayda fahişəliklə məşğul olmaq üçün xüsusi evləri də vardı.

Sezar Borciya atasının köməyi ilə kardinal, general və siyasətçi olmuşdu, tarixə də öz alçaq hərəkətləri, amansızlığı və xəyanətkar qətlləriylə düşüb.

Papanın qızı Lukresiya Borciya pozğunluqla məşğul olurmuş, əvvəlcə öz doğma atasıyla cinsi əlaqədə olur, sonra öz doğma qardaşıyla, daha sonra isə ərə gedir, öz ərlərini isə qardaşı və atasının köməyilə öldürtdürür. Məqsəd var-dövlət və hakimiyyət hərisliyi idi. Borciya məşhuir zəhərləri ilə yadda qalıb. Sonda isə Papa Borciya elə öz zəhərinin qurbanı olur. Sezar Borciyanı isə Roma Papası 2-ci Yuli zəhərləyir, yeri gəlmişkən, sonuncu da homoseksual idi. Baxın, bu əxlaqsızlar elə bir-birlərini zəhərləyib öldürürdülər.
Sezar Borciya Makiavellinin məşhur “Hökmdar” kitabının prototipiydi. Yeri gəlmişkən, Makiavelli özü də homoseksual olub. Bu kitab dərslik kimi yazılıb: dövləti alçaqlıq, prinsipsizlik, hiyləgərlik və xəyanət yoluyla idarə etməyin yollarını göstərirdi. Bir sözlə, Roma Papası Borciyanın ailə şəcərəsindən danışarkən bunu demək olar: o, dəccallar törətmişdi...
Yeni sovet inkvizasiyasının generalı kitabın səhifələrini yenidən vərəqlədi.

- Yoldaşlar, burda mən bəzi yaxşı homoların, misal üçün, Leonardo da Vinçi, Rafael və ya Mikelancelo kimi sənət adamlarının üstündən keçirəm. Axı bura əlillər evi deyil, bura dövlətin gizli polis idarəsidir. Bizi müqəddəslər maraqlandırmır, bizim işimiz günah işlədən adamlarladır. Götürək müqəddəs günahkar Cordano Brunonu; əvvəlcə onu kafir kimi tonqalda yandırıblar, sonra da onu müqəddəs etdilər. O da homoydu. Həmin kitabdakı siyahıya Şekspirin adını da salıblar. Onun kitablarını oxuyarkən adama elə gəir ki, o, namuslu xristian olub, ona homoseksual demək də olmaz. Bu onun şəxsi həyatıdır, bizə onun aidiyyəti yoxdur. Yeri gəlmişkən, orta əsrlər inkvizasiyası da bu məsələyə beləcə yanaşırdı.

Aha, artıq gəlib çatdıq bizim Böyük Pyotra. Əməllərinə görə o, bolşevik idi, müasirləri onu dəccal adlandırmışdılar.

Pyotrun ögey qardaşı vardı, əbləhin biriydi, iflic olmuş dəli kimi də ölüb, lakın qızı Anna İoanovna Rusiyamı imperator kimi idarə edib. Görürsünüz də, elə bir dahi yoxdu ki, onun qardaşı, ya doğmalarından biri səfeh, ya xəstə olmasın.

Pyotrun üzündə də xarakterik əlamətlər vardı. Əzələləri, sifəti, başı, çiyni qeyri-ixtiyari olaraq atırdı, əsəb xəstəliyinə tutulmuşdu. Pyotr əslində ikicinsli homoseksual idi. Onun tərbiyəçisi də isveçrəli macəraçı Frans Lefort olub; bu gün Rusiyada Lefortov türməsi də onun adıyla bağlıdır; oraya adətən dissidentləri, başdan xarab şəxsləri salırlar. Lefort küçədə Aleksey Menşikov adında bir oğlan uşağı tutur, həm piroq, həm də öz bədənini satmaqla məşğul olurmuş. Sonra Lefort həmin oğlanı Pyotra verir; çar da oğlana rəsmi titul verərək onu sarayda öz yataq otağında xidmətçi təyin edir. Hımmm, görürsüz, sonra elə həmin oğlan Pyotrun içki dostuna çevrilir, daha sonra isə Pyotr ona feldmarşal və knyaz rütbəsi verir. Həmin adam da məşhur knyaz Menşikov kimi tanınır.

Pyotr öz bacıları Sofiya və Marfanı, habelə birinci arvadı Yevdokiyanı monastra göndərir. Yevdokiyadan olan oğlu Aleksey isə başdan xarab olur, Pyotr da onu öldürtdürür, Alekseyin oğlu 2-ci Pyotr da qüsurlu uşaq olur, 15 yaşında ölür. Böyük Pyotrun ikinci nəvəsi, qızı Annanın oğlu 3-cü Pyotr isə ağıldan kəm idi, arvadı Birinci Yekaterina ona ölməkdə kömək edir.

Böyük Pyotr ən çox İsveç kralı homoseksual X11 Karlla müharibə aparıb; onlar arasında müharibə 1700-cü ildə başlayıb, o zaman Pyotrun 28 yaşı vardı, Karl isə 18 yaşındaydı. Pyotr ikincinsli idisə, Karl sözün tam mənasında homoydu və bütün ömrü boyu bu işlə məşğul olmuş, müharibə aparmış, axırda da onun özünü öldürmüşlər. Beləliklə, iki pedarast çar əylənir, amma on minlərlə əsgər bir-birlərini öldürürlər. Qeyd etməliyəm ki, məşhur homoseksualların ensiklopediyasına bizim məşhur çarımız İvan 1V Qroznı düşməyib. O da homoydu, daha doğrusu, ikicinsliydi. Onun sadizmi, qəddarlığı və təcavüzkarlığı hamıya məlumdur, təkrar etməyəcəm. Böyük Pyotr kimi İvan Qroznı da öz doğma oğlunu öldürmüşdür. İvan Qroznı kürən idi, bu pis əlamət sayılır; o, 7 dəfə evlənib, bu da onu yaxşı xarakterizə etmir!.. Baxın, görün dünyanı kimlər idarə edirmiş…Hələ bu harasıdır?..

(ardı var)

O, həyat yoldaşı ilə niyə evlənmişdi? - Yad yataqda, yad şəhərdə vəfat edən dahi Lermontovun qətli ilə bağlı istintaq orqanına çağırış – 184 il sonra Keçmiş baş redaktora hökm oxundu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://kulis.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see361

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see176

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see170

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see124

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see123

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see117

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşdü

21 Fevral 2025 20:09see111

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see110

Həkimlər də şoka düşdü: Ağ ata anadan qara körpə doğuldu

21 Fevral 2025 03:31see110

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see109

Güclü qar səbəbindən təhsil dayandırılıb

21 Fevral 2025 03:02see109

Ağrı hissini nəyin artırdığı ortaya çıxdı

21 Fevral 2025 07:16see109

Aİ ölkələri Rusiyadan nə qədər qaz alır? RƏQƏMLƏR KONKRET

21 Fevral 2025 17:47see108

Şəhid oğlu olan bu məşhurun toyudur Fotolar

21 Fevral 2025 21:39see108

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see108

Sürücü idarəetməni itirdi, svetoforu aşırdı Video

21 Fevral 2025 00:27see108

Ermənistanda NATO nun iştirakı ilə hərbi təlim keçirilir

21 Fevral 2025 01:50see108

Zoğal bu infeksiyanın qarşısını alır

21 Fevral 2025 20:14see107

Cəbhədə və masada...

21 Fevral 2025 09:38see107

2024 cü ildə ən çox satılan 10 avtomobilin adı açıqlanıb…

21 Fevral 2025 01:08see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri