Horadiz kənd yaşayış məntəqəsinin layihələndirilməsinə başlanılır
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Füzuli rayonunun Horadiz kənd yaşayış məntəqəsinin layihələndirilməsinə başlanılır.
"Cebheinfo.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Dövlət xidməti sözügedən işlərin icrasını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Horadiz kənd yaşayış məntəqəsinin layihələndirilməsi 1,969 milyon manata başa gələcək.
Qeyd edək ki, Horadiz yaşayış məntəqəsi XIX əsrin sonunda Şuşa qəzasının tərkibinə daxil olub. Kənd Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələrinin işğalına məruz qalıb.
2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 05 Fevral 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















