Icma.az
close
up
RU
Horadiz Qarabağın Stalinqradı

Horadiz Qarabağın Stalinqradı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Füzuli rayonu ərazisində – Araz çayının sahilində qərar tutan Horadizin adı gələndə öncə Azərbaycan hərb tarixinin 1994-cü ilin əvvəlində yazılmış şöhrət səhifəsi yada düşür. Oykonim kimi “oura” və “dizə” sözlərindən ibarət olub, “qala kənd” mənasına gələn Horadizin – bu tarixi qalanın o zaman ermənilərdən geri alınması böyük Zəfərimizə aparan yola işıq salıb.

Birinci Qarabağ müharibəsi zamanı – 1993-cü ilin yazında Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, professor Tağı Xalisbəyli, bu yaxınlarda dünyasını dəyişmiş şair Əlisəmid Kür, Tofiq Qaraqaya ilə mən və televiziya çəkiliş qrupumuz şəhərə yaxın Məngələn Ata yüksəkliyinin yenicə alındığı rayona səfər etmişdik. Bütün çətinliklərə baxmayaraq, Füzuli qorunur, özünümüdafiə dəstələri və camaat geri durmaq istəmirdi. Qacar kəndinin yandırılmış evlərinin tüstüsü göyə ucalırdı...

Onda biz Horadiz stansiyasına da getdik, dağıdılmış kəndin sakinləri ilə görüşüb ürək-dirək verdik. Amma “qaya kölgəsi”ndə yatan ermənilər oktyabr ayında oranı işğal etdilər. Bu isə cəmi 73 gün çəkdi. Ulu öndərin tapşırığı ilə Milli Ordumuzun reallaşdırdığı əks-hücum nəticəsində Füzulinin 22 yaşayış məntəqəsi və Qarabağın Stalinqradı olmuş Horadiz azad edildi. Xeyli itki verən düşmən atəşkəs müqaviləsi imzalamağa məcbur oldu. Məşhur Horadiz döyüşləri Füzuli rayonunun işğaldan azad edilmiş hissəsinə “Kiçik Qayıdış”ı təmin edən uğurlu əməliyyat kimi tarixə düşdü. Bu, ozamankı Azərbaycan dövləti və xalqımız üçün çox çətin bir dövrdə əldə edilmiş ilk hərbi və siyasi qələbə olmaqla milli ruh dirçəlişinin başlanğıcı sayılır.

Prezident İlham Əliyevin 23 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Horadiz qəsəbəsinə şəhər statusu verilib. Burada yandırılmış və dağıdılmış yüzlərlə ev bərpa olunub, qaz, elektrik xətləri çəkilib, digər mühüm infrastruktur layihələri yerinə yetirilib. Yenidən qurularaq genişlənən Horadiz Füzulinin işıqlı “peyk” şəhərinə dönüb.

Dövlət başçısı 2021-ci ilin oktyabrında azad Füzulidə rayon ictimaiyyəti nümayəndələri ilə görüşündə bu barədə deyib: “İşğal dövründə mən Füzuli rayonunun bizdə olan hissəsinə, ərazilərinə dəfələrlə gəlmişdim, 12 dəfə Füzuli rayonunda olmuşdum. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görüldü. Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edilmişdir. Böyük sosial infrastruktur layihələri icra olundu”.

Horadizdə əhali sayı 8 minə qədərdir. Burada XIX əsrdə tikilmiş məscid, müxtəlif dövlət və qeyri–dövlət müəssisələri, digər əhəmiyyətli obyektlər yerləşir. Şəhərdə 3 tam orta məktəb, 2 uşaq bağçası, 2 kitabxana, 2 muzey, H.Əliyev Mərkəzi, şahmat və musiqi məktəbləri, Gənclər evi, Olimpiya idman kompleksi, stadion, rəsm qalereyası, xəstəxana, poliklinika, bank, bazar, hotel, şadlıq sarayları, istirahət parkları, abidə kompleksləri, dəmiryol vağzalı və avtovağzal, Bayraq muzeyi və meydanı, çörək və xalça kombinatları var.

Yollar bu gözəl diyarı daha parlaq sabahlara aparır. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistralının bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Uzunluğu 124 kilometrdir. Əhmədbəyli–Füzuli–Şuşa, Şükürbəyli–Cəbrayıl–Hadrut və Xudafərin–Qubadlı–Laçın avtomobil yolları da başlanğıcını məhz bu yoldan götürür.

Horadiz–Ağbənd dəmir yolu beynəlxalq nəqliyyat dəhlizləri üzərində tikilir. Artıq Bərdə–Ağdam xətti üzrə işlər tamamlanıb, vağzal kompleksi istifadəyə verilib. Horadiz–Ağbənd xəttində isə 2-ci mərhələ üzrə işlər sona yetməkdədir. Hazırda son 25 kilometrdə süni qurğuların tikintisi davam etdirilir. Yaxın aylarda Ağbəndə qədər bütün işlər yekunlaşacaq.

Arazboyu şəhər neçə illərdir ki, xoşbəxt günlərini yaşayır. Sakinlər buna görə özlərini məhz şəhid ruhlarına borclu sayırlar. Tarixi Zəfərin 5-ci ildönümü ərəfəsində şəhərdəki “Qəhrəmanlar parkı” elliklə ziyarət olunub. Abidə kompleksləri və şəhid şəkillərindən ibarət lövhələr ziyarət edilib, abidə önünə tər çiçəklər düzülüb. Bir neçə gün əvvəl şəhərdəki Mahir Səfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli” ilə bağlı keçirilən maarifləndirici tədbirdə şagirdlərə Azərbaycan Konstitusiyasının əhəmiyyəti, dövlət suverenliyinin qorunması və milli dəyərlərimizin möhkəmləndirilməsi haqqında ətraflı məlumat verilib.

Məktəblilər dövlətimizin müstəqillik tarixi barədə fikirlərini fərəhlə bölüşüblər. Bir neçə gün əvvəl isə şəhərin Gənclər prospektində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib, 15 hektar ərazidə 100-ə qədər Eldar şamı, sərv, heyva və gavalı ağacı əkilib.

Horadiz Bələdiyyəsinin sədri Tural Nəbiyev ictimai həyatda fəallıq göstərən bu kollegial özünüidarə orqanı barədə söhbətində bildirdi ki, hazırda burada sosial məsələlər və şəhərin abadlığı üzrə xeyli iş görülür. Tullantılar yığılaraq daşınır, ərazilər təmizlənir. Rayonumuzun və şəhərimizin inkişafına dövlətin göstərdiyi diqqətdən hədsiz razıyıq.

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see866

Lionel Messi MLS in bütün ulduzlarının heyətinə daxil edilməyib

26 İyul 2026 05:13see368

“Ukraynanın yeni taktikası Kreml üçün təhlükəli ola bilər“ “The Sun“

26 İyul 2026 12:42see355

“Yuventus” yoldaşlıq oyununda Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33see314

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see233

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see233

İnternetdə dələduzluq dalğası: Kibertəhlükələrin qarşısı necə alınır?

26 İyul 2026 15:10see226

İmmunitetinizi gücləndirəcək üç giləmeyvə

26 İyul 2026 03:20see221

Dəriyə qulluq vasitəsi alarkən yalnız reklam və ya brendə inanmayın

26 İyul 2026 06:24see221

FIFA Meksikada tarixi qalada ziyafət təşkil etdi: Prokurorluq araşdırmalara başladı

26 İyul 2026 07:15see217

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see193

Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi

26 İyul 2026 01:52see177

İsrail Qəzzada üç HAMAS komandirinin öldürüldüyünü açıqlayıb

26 İyul 2026 00:24see174

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see174

Dollar, avro və qızıl

26 İyul 2026 10:32see171

Messi heyətdən çıxarıldı

26 İyul 2026 02:01see170

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see170

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see166

“Qarabağ”ın sabiq qapıçısı “Qaziantep”ə keçməyə yaxındır

26 İyul 2026 16:59see166

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri