Icma.az
close
up
RU
Hörmətli nazirin “ekspert” ifadəsindən niyə bu qədər qıcıqlandığı anlaşılmazdır AÇIQLAMA

Hörmətli nazirin “ekspert” ifadəsindən niyə bu qədər qıcıqlandığı anlaşılmazdır AÇIQLAMA

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Əmrullayev deyəsən, özünü dolaşdırıb



Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi media brifinqində təhsil ekspertlərinin “bostanına daş atdı”. Dedi ki, “ekspertlər” özlərini ekspert adlandırır. “Nazirlik olaraq hesab edirik ki, təhsil eksperti anlayışı yoxdur. Söhbət təhsil mütəxəssisinin rəyindən gedə bilər. Biz onlara təhsil eksperti demirik. Onlar özlərinə elə ad qoyur. Siz də (jurnalsitlər – M.R.) onları elə qəbul edirsiniz. Ekspertlər bundan inciməsin". E.Əmrullayev həmçinin Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında əla və işlək münasibətlər olduğunu, lakin bəzi ekspertlərin bu münasibətlərə bilərəkdən kölgə salmağa cəhd göstərdiklərini də qeyd edib. “Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların daha keyfiyyətli olduğunu iddia edən təhsil ekspertlərinin mövqeyi əhəmiyyətsizdir. DİM imtahanlar cəhətdən daha çox ixtisaslaşmış qurumdur. Bizim DİM ilə əla və işlək münasibətimiz var. Hər iki qurum Azərbaycan təhsilinə xidmət edir. Biz davamlı olaraq qarşılıqlı əlaqədəyik. Bunun iddia edilməsini təhsil ekspertlərinin bekar olması ilə əlaqələndirirəm. Elə bilirlər ki, nazirlik ilə DİM arasında münaqişə olanda həyat daha gözəl olur. Təəssüf", - deyə nazir bildirib.

Hörmətli nazirin “ekspert” ifadəsindən niyə bu qədər qıcıqlandığı anlaşılmazdır. Elə onun özünün ekspertlər barədə səsləndirdiyi fikir kimi. Cənab nazir deyəsən, özünü dolaşdırıb bu ekspert məsələsində. E.Əmrullayevə xatırlatmalı olacağıq; "Expert"  - latın dilində "expertus" – un tərcüməsi “təcrübəli”dir. Beynəlxalq axtarış sistemində məhz belə qeyd edilir: ekspert müəyyən bir sahədə yüksək səviyyədə bilik və təcrübəyə malik olan, mütəxəssis şəxsdir. Ekspertlər əsasən daha az məlumatlı şəxslər tərəfindən həll edilən məsələlər üzrə ixtisaslı rəy və mülahizələr vermək üçün cəlb edilən şəxslərdir. Ekspert konkret sahə üzrə tədqiqat, araşdırma aparan şəxsdir. Media subyektlərinin də müəyyən məsələlərlə bağlı vaxtaşırı müraciət etdiyi şəxslər var ki, məhz təhsil, elm sahəsində bilik və təcrübəyə sahibdirlər, bir sıra problemləri araşdırır, tədqiq edirlər. Belə olan halda, jurnalistlərin onları və ya onların özlərini ekspert adlandırmasında nə qəbahət var? Ekspert sözünün açmasından da görünür ki, mütəxəssis yaxud ekspert eyni mənanı verən ifadələrdir. Keçəl Həsən, ya da Həsən keçəl, misalında olduğu kimi.  


Təhsil məsələləri üzrə mütəxəssis kimi müraciət etdiyimiz Elçin Əfəndi Sherg.az-a açıqlamasında ekspert ifadəsi əvəzinə mütəxəssis ifadəsinin işlədilməsini daha uyğun gördüyünü bildirdi: 


- Şəxsən mənə ekspert kimi xitab edilməsini istəməmişəm, özümü ekspert adlandırmıram. Müəyyən məsələ barədə rəy soruşulanda elm və təhsil sahəsi üzrə mütəxəssis kimi açıqlama verirəm. Bizim fəaliyyətimizə müəyyən məsələləri araşdırmaq, təhlil, analiz etmək daxildir. Mütəxəssis kimi çıxış edirik. Ola bilər kimsə ekspert adını üzərinə götürür. Amma şəxsən mən mütəxəssis olaraq müraciət edilməsinin tərəfdarıyam. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Sentyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri