Icma.az
close
up
RU
Sovet Azərbaycanında hörmətli peşə: TAKSİ SÜRÜCÜSÜ FOTO

Sovet Azərbaycanında hörmətli peşə: TAKSİ SÜRÜCÜSÜ FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün taksi sürücüsü peşəsinə xüsusi maraq yoxdur. Çox vaxt (söhbət təkcə Azərbaycandan getmir) ilk iş yeri, yaxud müvəqqəti iş kimi taksi sürücülüyünü seçənlər kifayət qədər çoxdur. Amma çox da uzaq olmayan tarixdə vəziyyət belə deyildi.

Avtosfer.az xəbər verir ki, Sovet dövründə Azərbaycanda ən nüfuzlu peşələrdən biri taksi sürücülüyü idi. Söhbət təkcə sürücülərin müəllim və ya mühəndisdən çox qazanmasından getmirdi. Əsas fərq imtiyazda idi.


Sovet İttifaqında taksi olaraq ən prestijli avtomobil – “Volqa” (1970-ci ildən QAZ-24) istifadə edilirdi. Bu maşını pul olan insanlar belə ala bilmirdilər. Amma taksiçi 3 il istifadə etdiyi avtomobili ala bilirdi.


Taksi parkları hər avtomobil üçün müəyyən zona təyin etsə də, bu nisbi idi. Hansısa izləmə sistemi olmadığından maşının harda olduğunu bilmək mümkün deyildi. İş vaxtı da nisbətən sərbəst idi: axşam planı gətir, vəssalam.


Çox vaxtı pullu müştəri görən taksi sücüləri sayğacı ya işə salmır, ya da sayğacda göstəriləndən çox pul alırdılar. Bəzən də artıq pul almaq üçün “filan ərazi mənim zonam deyil” deyir, əlavə ödənişlə gedirdilər.


Avtomobil az, ictimai nəqliyyat pis olduğundan taksiçilər çox yaxşı qazanırdılar. Buna görə də, Sovet Azərbaycanında ittifaqın diər yerlərində olduğu kimi taksi sürücüləri imtiyazlı şəxs hesab olunur, başqalarından fərqlənirdilər.

Lakin, hər şey heç də asan başa gəlmirdi: taksi parkları sürücülərin yaxşı qazandığını bildiklərindən təmir və ehtiyat hissələri üçün onlardan əlavə haqq alırdılar.

Halbuki, sovet iqtisadi sistmində detalları və xidməti dövlət təmin edirdi. Taksi parkında istər sürücü, istərsə də mexanik kimi işə düzəlmək asan deyildi. Bunun üçün tanış-biliş lazım gəlirdi. Ya da əlin cibində olmalı idi.
Xatırladaq ki, Azərbaycanda taksi xidməti 1949-cu ildə təşkil edilib.

Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 30 May 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri