“Hörmüzdə gərginlik azaldılmalı, ABŞ İran dialoqu bərpa olunmalıdır” Yaponiyadan ÇAĞIRIŞ
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Yaponiya Hörmüz boğazından gəmiçiliyin bərpası da daxil olmaqla İran ətrafında gərginliyin azaldılmasının vacib olduğunu hesab edir və ABŞ ilə İran arasında dialoq yolu ilə tez bir zamanda yekun razılaşma əldə olunacağına ümid edir.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Kei Sato bildirib.
O qeyd edib: “Biz vəziyyəti yaxından izləyirik. Hesab edirik ki, ən vacib şey Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək də daxil olmaqla, vəziyyəti yumşaltmaqdır”.
Sato həmçinin Pakistanda ABŞ və İran arasında danışıqların bərpası ehtimalına münasibət bildirərək deyib: “Ümid edirik ki, ABŞ və İran məsləhətləşmələri bərpa etməklə dialoq yolu ilə yekun həll yoluna çatacaqlar”.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 15 Aprel 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















