Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Hörmüzdən Babül Məndəbə: İran yeni təzyiq halqası yaradır?

Hörmüzdən Babül Məndəbə: İran yeni təzyiq halqası yaradır?

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə gərginliyin coğrafiyası sürətlə genişlənir. Hörmüz boğazında gəmi hərəkətinin kəskin zəifləməsi və İranla Körfəz dövlətləri arasında Omanda keçirilməsi nəzərdə tutulan danışıqların təxirə salınması diplomatik çıxış imkanlarını daraldır.

Tehran boğazdan keçən gəmilərə münasibətdə qaydaları sərtləşdirərkən, enerji və yükdaşıma şirkətləri mümkün hücum, saxlanılma və müsadirə risklərini nəzərə almağa məcbur qalırlar. Nəticədə Hörmüz böhranı artıq təkcə İranla ABŞ arasındakı qarşıdurma deyil, bütün dünya iqtisadiyyatına təsir edən təhlükəsizlik probleminə çevrilir.

Eyni zamanda, İranla əlaqəli husi qüvvələrinin Səudiyyə Ərəbistanına raket və pilotsuz uçuş aparatı hücumlarını artırması ikinci təhlükəli cəbhə açır. Husilərin Babül-Məndəb boğazına yaxın ərazilərdə mövqelərini gücləndirməsi Qırmızı dəniz və Süveyş kanalı istiqamətində gəmiçiliyi də risk altında qoyur. Səudiyyə Ərəbistanının Hörmüzü yan keçmək üçün istifadə etdiyi Şərq-Qərb neft kəmərinin zərər görməsi alternativ enerji marşrutlarının da təhlükəsiz olmadığını göstərir. Beləliklə, dünyanın əsas enerji və ticarət yollarından ikisi eyni vaxtda geosiyasi qarşıdurmanın mərkəzinə çevrilir.

Baş verənlər İranın regional təsir imkanları, Səudiyyə Ərəbistanının təhlükəsizlik strategiyası və ABŞ-ın Körfəzdəki rolu ilə bağlı yeni suallar yaradır. Digər tərəfdən, neftin bahalaşması, daşınma və sığorta xərclərinin artması bu qarşıdurmanın nəticələrinin Yaxın Şərqlə məhdudlaşmayacağını göstərir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu iki cəbhə coğrafi baxımdan ayrı görünsə də, vahid regional təzyiq zəncirinin həlqələridir. İran Hörmüzdə gəmiçilik üzərində yaratdığı risk vasitəsilə Körfəz dövlətlərinə və Qərbə iqtisadi mesaj verir. Husilərin Səudiyyə ərazisinə hücumları və Babül-Məndəb yaxınlığında möhkəmlənməsi isə həmin təzyiqi Qırmızı dəniz istiqamətinə daşıyır:

“Beləliklə, enerji daşıyıcıları həm Körfəzdən çıxarkən, həm də Süveyşə gedən yolda təhlükə ilə üzləşir. Tehran üçün bu vəziyyət birbaşa müharibəyə daha dərindən girmədən rəqiblərinin təhlükəsizlik xərclərini artırmaq imkanı yaradır. Bununla belə, husilərin bütün addımlarını İranın bilavasitə əmri kimi təqdim etmək düzgün olmaz, çünki burada ortaq maraqlarla yanaşı, Yəmən münaqişəsinin daxili dinamikası da mövcuddur”.

Müsahibimiz hesab edir ki, son hadisələr Səudiyyə Ərəbistanının böyük hərbi və texnoloji imkanlarına baxmayaraq, asimmetrik təhdidlər qarşısında həssas qaldığını göstərdi. Xüsusilə Hörmüzü yan keçmək üçün nəzərdə tutulan Şərq-Qərb neft kəmərinin zədələnməsi Riyadın alternativ ixrac xəttinin də tam təhlükəsiz olmadığını ortaya qoydu. Dediyinə görə, bu, Səudiyyə rəhbərliyini həm hərbi cavab, həm də İranla diplomatik kanal arasında çətin seçim qarşısında qoyur:

“ABŞ-nin birbaşa hərbi müdaxilədən yayınması Körfəz ölkələrində Vaşinqtonun təhlükəsizlik zəmanətlərinin sərhədləri barədə şübhələri gücləndirir. Buna görə Riyad, Əbu-Dabi və digər paytaxtlar Çin, Türkiyə və başqa tərəfdaşlarla əlaqələri genişləndirərək riskləri bölüşdürməyə çalışırlar. Lakin bu, ABŞ təhlükəsizlik çətirindən dərhal çıxmaq deyil, daha çox müstəqil və çoxvektorlu regional müdafiə arxitekturası qurmaq cəhdidir”.

Züriyə Qarayeva: Tehran Hörmüzdən Qırmızı dənizə qədər geniş ərazidə təhlükəsizlik xərclərini yüksəldə bilər

Hörmüz və Babül-Məndəb ətrafındakı gərginliyin dünya iqtisadiyyatına təsirinə gəlincə, politoloq bildirib ki, Hörmüz və Babül-Məndəbdə riskin eyni vaxtda yüksəlməsi enerji bazarına adi regional qarşıdurmadan daha güclü təsir göstərir. Neftin 100 dollar həddini keçməsi təkcə real təchizat azalması ilə deyil, gələcək fasilələrlə bağlı qorxu və risk əlavəsi ilə də əlaqəlidir. Gəmiçilik şirkətlərinin marşrut dəyişməsi, sığorta haqlarının bahalaşması və yüklərin gecikməsi daşınma xərclərini artıracaq:

“Bu artım enerji idxalından asılı olan Avropa və Asiya ölkələrində inflyasiyanı yenidən sürətləndirə bilər. Bahalı enerji mərkəzi bankların faiz siyasətini sərtləşdirərək iqtisadi artıma əlavə təzyiq göstərəcək. Yəni Yəmən və Körfəzdə baş verən hərbi hadisələrin nəticəsi qısa müddətdə dünyanın ərzaq, nəqliyyat və istehlak qiymətlərində hiss oluna bilər”.

“Bu eskalasiya İranı gücləndirir, yoxsa Tehran üçün yeni təhlükələr yaradır” sualını cavablandıran həmsöhbətimizin dediyinə görə, İran qısa müddətdə regional proseslərə təsir etmək və rəqiblərini danışıqlara məcbur etmək baxımından müəyyən üstünlük qazanır. Tehran göstərir ki, ona qarşı təzyiq artarsa, Hörmüzdən Qırmızı dənizə qədər geniş ərazidə təhlükəsizlik xərclərini yüksəldə bilər. Lakin Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin hədəfə çevrilməsi İrana qarşı daha geniş regional koalisiyanın formalaşmasına səbəb ola bilər. Yeni sanksiyalar, maliyyə təcridi və hərbi qarşıdurmanın iqtisadi yükü İranın daxili imkanlarını da zəiflədir.

“Digər risk isə proksi qüvvələrin yerli maraqlarının bəzən Tehranın ümumi strategiyası ilə üst-üstə düşməməsidir. İran bu təzyiqi diplomatik nəticəyə çevirə bilməsə, qısamüddətli üstünlük uzunmüddətli strateji yorğunluq və təcridlə əvəz oluna bilər”, - Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Sentyabr 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see306

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see304

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see286

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see286

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see285

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see284

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see278

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see278

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see274

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see270

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see250

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see249

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see246

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see241

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see240

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see239

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see238

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see235

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see231

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri