Qazaxıstan nağılları komiks formatında təqdim edildi
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Cəsarət, sevgi və sədaqət mövzularını əhatə edən beş məşhur qazax xalq nağılı “Legends of the Great Steppe” (“Böyük çölün əfsanələri”) adlı kitabda komiks formatına uyğunlaşdırılaraq ilk dəfə fransız və flamand dillərində oxuculara təqdim edilib.
Kulis.az xəbər verir ki, nəşrin təqdimatı Qazaxıstanın Belçikadakı səfirliyi tərəfindən Brüssel Komiks Mərkəzində keçirilib.
Qazaxıstanın “Oxuyan millət” təşəbbüsü və “Belçikada qazax kitabxanası” layihəsi çərçivəsində hazırlanan kitab Belçika Kralı Filip və Kraliça Matildanın oktyabrda Astanaya səfəri ərəfəsində ərsəyə gəlib.
Səfir Roman Vassilenko və belçikalı rəsmilər komiks sənətinin Qazaxıstan mədəniyyətini və ənənələrini tanıtmaq üçün effektiv vasitə olduğunu qeyd ediblər.
Qeyd edək ki, topluda itkin düşmüş səkkiz qardaşını axtaran gəncin fantastik macəralarından bəhs edən “Er Tostik”, Taraz yaxınlığındakı məşhur türbənin tarixçəsini anladan “Ayşa Bibi”, real hadisələrə əsaslanan “Yestay və Korlan”, Qazaxıstanda 15 aprel Sevgililər Gününün simvoluna çevrilən “Kozı Korpeş və Bayan Sulu”, eləcə də qazax şairi və üsyançı qəhrəmanı Maxambet Ötemisulunun mübarizəsini əks etdirən “Maxambet” hekayələri yer alıb.
Müharibənin görünməyən qəhrəmanları – “404” romanı hansı yaraları yenidən açır? Bakıda tanınmış aparıcı yol qəzasında öldü "Gələcəyə miras" layihəsinin nəticələri - 32 mindən çox qədim tapıntı aşkarlandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 28 Noyabr 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















