Icma.az
close
up
RU
Horovluya növbəti köç

Horovluya növbəti köç

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər qayıdış torpağa bağlılığın nümunəsidir...

Bu gün tariximizin ən qürurverici səhifələrindən biri yeni məzmunla yazılır. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsindən sonra başlayan Böyük Qayıdış prosesi mərhələli şəkildə davam edir. Bu qayıdışın növbəti ünvanlarından biri də Cəbrayıl rayonunun Horovlu kəndidir.

Horovlu uzun illər yurd həsrəti ilə yaşayan insanların xatirələrində bir nisgil, bir ümid yeri kimi qalmışdı. Bu kəndin sakinləri ata-baba ocaqlarını tərk etməyə məcbur qaldıqları gündən etibarən bir gün mütləq geri dönəcəklərinə inanırdılar. İndi isə həmin inam gerçəyə çevrilir.

85 nəfər yola salınıb

Dünən Horovlu kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə 22 ailə - 85 nəfər köçürülüb. Kəndə çatan ailələrə evlərinin açarları təqdim olunub. Horovluya köçən ailələr qarşılandıqdan sonra onlar ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumatlandırılıblar. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.

Dağıdılmış kəhrizlər bərpa edilib...

Qeyd edək ki, kəndin ümumi sahəsi 248 hektardır. Birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi -su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib.

Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib.

Horovluda aparılan yenidənqurma və bərpa işləri dövlətin gücünü, siyasi iradəsini və vətəndaşlara olan qayğısını aydın şəkildə nümayiş etdirir. Məqsəd təkcə insanları köçürmək deyil, onların təhlükəsiz, rahat və layiqli həyat şəraitini təmin etməkdir.

İnanırıq ki, hər şey çox gözəl olacaq...

Horovluya köç edən keçmiş məcburi köçkün Teymur Allahverdiyev gələcək barədə düşüncələrini bölüşərək qeyd edib: “Bu gün ən sevimli günümüzdür, doğma elimizə, obamıza qayıdırıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa, cansağlığı və uzun ömür arzulayırıq. Onların sayəsində bu günləri yaşayırıq və hər birinə dərin minnətdarlığımızı bildiririk.

Qarşıdakı dövrdə doğma torpağımızda əkinçiliklə, biçinçiliklə, heyvandarlıqla məşğul olmağı, öz zəhmətimizlə yaşamağı düşünürük. İnanırıq ki, hər şey çox gözəl olacaq. Çünki bura bizim öz yurdumuz, öz doğma torpağımızdır. İnsan hər zaman öz yurdunda, doğma torpağında daha rahat dolanar, daha gözəl ömür sürər”.

Horovluya qayıdan sakinlərin sevinc dolu baxışlarında həm keçmişin ağrısı, həm də gələcəyə olan böyük ümid görünür. Bu insanlar dağıdılmış evlərin yerində yenidən qurulan ocaqlara köçür, amma, əslində, onlar itirilmiş illərin xatirəsini, sınmayan ruhu və qüruru özləri ilə gətirirlər. Hər qayıdış hekayəsi Vətənə sədaqətin, torpağa bağlılığın canlı nümunəsidir.

Yeganə BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Dekabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see281

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see244

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see231

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see230

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see226

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see226

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see221

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see220

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see217

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see212

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see210

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see207

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see205

Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb

22 Sentyabr 2026 18:52see195

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see185

U 17 qızlar yığması “Kəpəz”in U 14 komandası ilə qarşılaşacaq

22 Sentyabr 2026 20:18see182

Şəhid jurnalistlərin xatirəsinə həsr olunan turnirin püşkü atılıb

22 Sentyabr 2026 20:44see169

KXDR ilə Rusiya arasında yeni körpü Çinə güclü bir siqnal göndərdi

22 Sentyabr 2026 18:54see169

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see168

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? Tramp açıqladı

22 Sentyabr 2026 20:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri