Hövsanda kanalizasiya sularının dənizə axıdılır?
Icma.az bildirir, Metbuat portalına istinadən.
Hövsan qəsəbəsi ərazisindəki çimərliyə kanalizasiya sularının axıdıldığı iddia edilir. Ona görə dənizin kənarında üfunətdən dayanmağın mümkün olmadığı bildirilir.
Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ərazidə yaşayan sakinlər iddia edirlər ki, çirkab suları birbaşa dənizə axıdılır.
Gözlə aydın görmək olur ki, dənizin suyu çirkab rəngindədir. Sahildə üfunətdən də dayanmaq mümkün deyil. Sakinlər bildirirlər ki, bu iy onların səhhətinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, araşdırılaraq məsələyə aydınlıq gətiriləcək.

Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır
26 May 2025 07:56
Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır Video
06 İyul 2025 22:06
Azərbaycan ADB ilə Hövsanda tullantı sularının təmizlənməsinə dair Saziş imzalayıb
13 Sentyabr 2025 17:41
Hövsanda su kəsiləcək
15 Noyabr 2024 14:19
Hövsanda avtomobillər toqquşdu
06 Noyabr 2024 11:37

