Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

HTP qalibi: Çin dilinə marağım məni yenidən Şanxaya aparır

HTP qalibi: Çin dilinə marağım məni yenidən Şanxaya aparır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş çərçivəsində 2026–2027-ci tədris ilindən Hökumətlərarası Təqaüd Proqramı (HTP) əsasında Çində təhsil alacaq gənclərdən biri də Aytac Səfərlidir. Xəzər Universitetini ingilis dili tərcümə ixtisası üzrə bu il bitirən Aytac Səfərli Çin dilinə olan marağını təhsillə birləşdirərək artıq ikinci dəfə bu ölkədə ali təhsil almağa hazırlaşır.

Onun Çinlə bağlı təhsil yolu universitetin ikinci kursunda ikinci dil seçimi ilə başlayıb. Çin dilini seçməsi, daha sonra bu dili Çində öyrənməsi və indi isə magistratura təhsili üçün yenidən həmin ölkəyə qayıtması Aytacın qarşısına qoyduğu məqsədlərin ardıcıl şəkildə formalaşdığını göstərir.

Aytac Səfərli AZƏRTAC-a müsahibəsində bildirib ki, Çin dilinə və mədəniyyətinə olan marağı onun bu dili öyrənməyə başlamasında əsas amillərdən olub. Dərsləri Konfutsi İnstitutundan gələn çinli müəllimlərin keçdiyini deyən müsahibimiz məhz onların vasitəsilə “Beynəlxalq Çin Dili Müəllimi” təqaüd proqramı haqqında məlumat əldə etdiyini söyləyib.

“Çin universitetində təhsil almaq və ölkənin mədəniyyəti ilə yaxından tanış olmaq imkanı məni Çin dili səviyyə imtahanına (HSK4) hazırlaşaraq proqrama müraciət etməyə həvəsləndirdi və Şanxay Beynəlxalq Araşdırmalar Universitetindən qəbul təklifi aldım. 2024–2025-ci illərdə Çində dil üzrə təhsil aldım. Bu müddətdə qazandığım təcrübə və dostluqlar vasitəsilə HTP haqqında məlumat əldə etdim. Çindəki təhsil təcrübəmi davam etdirmək və dil biliklərimi daha da inkişaf etdirmək istədiyim üçün ölkəmizə qayıtdıqdan sonra HTP-yə magistratura proqramı üçün müraciət etdim. Seçim prosesi zamanı qəbulun necə rəqabətli olduğunu bir daha anladım. Fikrimcə, ən çətin mərhələ müsabiqənin yekun cavabını gözləmək idi. Çünki daim gözləmə içərisində olmaq məni çox gərgin edirdi.

Şanxay şəhərində yerləşən Şərqi Çin Pedaqoji Universitetinin Beynəlxalq Çin Dili Təhsili üzrə magistratura proqramına qəbul oldum. Daha əvvəl Şanxayda bir il təcrübəm olduğu üçün bu şəhər mənə ikinci ev kimidir. Buna görə də Şanxaya qayıdacağımı düşünürdüm. Şərqi Çin Pedaqoji Universiteti də bu sahə üzrə ixtisaslaşmış ali məktəblərdən biridir. Bu ixtisası seçməyimin əsas səbəbi isə Çin dilinə və bu ölkəyə olan böyük sevgimdir.

Mənə elə gəlir ki, Çində tələbə olmaq çox gözəl hissdir. Orada təhlükəsiz, əyləncəli və maraqlı fəaliyyətlərlə dolu tələbə həyatı yaşamaq mümkündür. Ən önəmlisi isə Çin çox gözəl ölkədir və onun hər bir bölgəsini görməyə dəyər”, - deyə müsahibimiz qeyd edib.

HTP qalibi Çində magistratura təhsili müddətində qarşısına bir neçə məqsəd qoyduğunu qeyd edib. Çin dilini daha da inkişaf etdirmək, bu dilin HSK6 imtahanında yüksək nəticə göstərmək, həmçinin müxtəlif ölkələrdən yeni insanlarla tanış olaraq beynəlxalq əlaqələrini gücləndirmək əsas hədəfləri sırasındadır.

Aytac Səfərli əldə etdiyi bilik və təcrübəni gələcəkdə Azərbaycanda tətbiq etmək, xüsusilə gənclərin Çin dilini daha rahat və maraqlı şəkildə öyrənməsinə töhfə vermək istədiyini bildirib. Müsahibimiz azərbaycanlı tələbələr üçün Çin dilini öyrənməyi əyləncəli, maraqlı və asan formaya gətirmək istəyir. Əgər məktəblər üçün Çin dili dərslikləri yaradılarsa, buna öz töhfəsini vermək istəyir.

Həmsöhbətimiz xaricdə təhsil almaq istəyən gənclərə özünə inanmağı və qarşıya qoyulan məqsədə çatmaq üçün bu yoldan çəkilməməyi tövsiyə edib: “Yolun çətinliyi sizi qorxutmasın, əgər özünüzə inanırsınızsa, heç bir çətinlik sizi arxaya aparmayacaq. Məqsədlərinizə çatmaq üçün daim əlinizdən gələni edin və ümidinizi itirməyin. Ümid həmişə sizin yolunuza işıq tutacaq”.

Müxbir - Nərmin Muradzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri