Icma.az
close
up
RU
Huawei Ultimate design konsepsiyasında yeni fəsil açır

Huawei Ultimate design konsepsiyasında yeni fəsil açır

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

10 sentyabr 2024-cü il tarixində Çinin Şençjen şəhərində "Huawei ultimate design" konsepsiyasına həsr olunmuş təntənəli tədbir baş tutub. Tədbirdəki möhtəşəm çıxışlar və həyəcanverici musiqilər "Ultimate design"in mahiyyətini mükəmməl şəkildə nümayiş etdirib. Rəqqasların bədən dili Huawei-in innovativ texnologiyaların inkişafında yeni zirvələrə çatmaq əzmini və gələcəyə baxışlarını nümayiş etdirib. Huawei brendinin "Dream it Possible" kompozisiyası arzuların arxasınca getməyi əks etdirir və şirkətin bütün innovativ nailiyyətlərinin öz uğurlarına inamı sayəsində mümkün olduğunu vurğulayır.

"Biz heç vaxt yeniliklərin tətbiqini dayandırmamışıq və onları həyata keçirmək istəyimizdən heç vaxt əl çəkməmişik. Məhz bunun sayəsində biz bazarda ilk üçqat qatlanan smartfon olan, "Huawei Mate Xt Ultimate design"ı yarada bildik", - deyə tədbirdə çıxış edən icraçı direktor, "Consumer BG" şurasının sədri və Huawei-in "Intelligent Automotive Solution" bölməsinin direktorlar şurasının sədri Riçard Yu qeyd edib.

İnnovativ texnologiyalar: öncül inkişaf həlləri və tədqiqatlar

Huawei hər zaman texnoloji yeniliklərə istiqamətlənərək inkişafa və tədqiqatlara yatırımlar edir və bunun nəticəsi olaraq istifadəçilərə qabaqcıl və yüksək keyfiyyətli cihazlar təqdim edir. Yeni smartfon innovativ, yüksək texnologiyalı iki istiqamətləndiricili fırlanan mexanizmlər sistemi ilə təchiz edilib ki, bunun sayəsində də cihaz içəriyə və xaricə qatlana bilir. Ultrayüngül və optimal dəqiqliyə uyğunlaşdırılmış konstruksiya ilə smartfonun ekranlarının hamar qatlanması təmin edilir. "Huawei Mate XT Ultimate design"nin immersiv ekranı hər iki istiqamətdə əyilə bilən və içəriyə və kənara qatlandıqda müqavimətə tab gətirə bilən əyiləbilən materiallardan hazırlanıb.

İnnovativ təcrübə: Heyrətamiz imkanlar

"Huawei Mate XT Ultimate design" birdən çox ekran rejimi - tək, ikili və üçlü arasında keçid etməyə imkan verməklə smartfonlardan istifadə təcrübəsini yeni mərhələyə gətirir. Tam açılmış halda böyük ekran izlənilən multimedia məzmununa tam dalmaq effekti yaradır və istənilən zəruri məlumatın sürətli axtarışını təmin edir. İkili ekran rejimində smartfon məqalələri və e-poçtları oxumaq üçün idealdır. Tək ekran rejimində isə istifadəçi, zəng etmək, şəkil çəkmək və s. kimi bir tapşırıq üzərində fokuslana bilər.

İnnovativ foto çəkiliş: Həyatın gözəl anlarını həkk edin

Huawei mobil fotoqrafiya innovasiyalarında liderlərdəndir. "Huawei Mate XT Ultimate design" incə dizaynda "Huawei Xmage"in güclü mobil təsvir imkanlarını təqdim edir. Cihazın 10-mərhələli tənzimlənən fiziki diafraqması müxtəlif çəkiliş ssenarilərində heyrətamiz şəkillər çəkməyə imkan verir. Uzaq dağlardan tutmuş çiçək üzərindəki kiçik həşəratlara qədər müxtəlif obyektlərin fotoşəkilləri ifadəli və valehedici alınır. Kamera həmçinin, sürətli hərəkət edən obyektlərin inanılmaz aydınlıqlı çəkilişini təmin edən dərhal-çəkmə funksiyasına malikdir.

"Huawei Mate XT Ultimate" dizaynında tətbiq edilən yeni mobil paradiqma ilə iş daha səmərəli, əyləncələr isə daha maraqlı olur. Bazarda ilk üçqat qatlanan smartfon kimi "Huawei Mate XT Ultimate design", qatlanan cihazların təqdim edə biləcəyi imkanları genişləndirir. Huawei heç vaxt uğurları ilə kifayətlənmir və qabaqcıl texnologiya, heyrətamiz dizayn və yüksək səviyyəli istifadəçi təcrübəsi təklif edərək yüksək səviyyəli brend qurur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Dekabr 2024 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri