Icma.az
close
up
RU
® “Huawei” ULTIMATE DESIGN konsepsiyasında yeni fəsil açır AZƏRTAC

® “Huawei” ULTIMATE DESIGN konsepsiyasında yeni fəsil açır AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü il sentyabrın 10-da Çinin Şençjen şəhərində “Huawei ULTIMATE DESIGN” konsepsiyasına həsr olunmuş təntənəli tədbir baş tutdu. Tədbirdəki möhtəşəm çıxışlar və həyəcanverici musiqilər “ULTIMATE DESIGN”in mahiyyətini mükəmməl şəkildə nümayiş etdirirdi. Rəqqasların bədən dili “Huawei”in innovativ texnologiyaların inkişafında yeni zirvələrə çatmaq əzmini və gələcəyə baxışlarını nümayiş etdirirdi. “HUAWEI” brendinin “Dream it Possible” kompozisiyası arzuların arxasınca getməyi əks etdirir və şirkətin bütün innovativ nailiyyətlərinin öz uğurlarına inamı sayəsində mümkün olduğunu vurğulayır.

Tədbirdə çıxış edən icraçı direktor, Consumer BG Şurasının sədri və “Huawei”in Intelligent Automotive Solution Bölməsinin Direktorlar Şurasının sədri Riçard Yu qeyd edib: “Biz heç vaxt yeniliklərin tətbiqini dayandırmamışıq və onları həyata keçirmək istəyimizdən heç vaxt əl çəkməmişik. Məhz bunun sayəsində biz bazarda ilk1 üçqat qatlanan smartfon olan, “HUAWEI MATE XT Ultimate design”ı yarada bildik”.

İnnovativ texnologiyalar: öncül inkişaf həlləri və tədqiqatlar

“Huawei” hər zaman texnoloji yeniliklərə istiqamətlənərək inkişafa və tədqiqatlara yatırımlar edir və bunun nəticəsi olaraq istifadəçilərə qabaqcıl və yüksək keyfiyyətli cihazlar təqdim edir. Yeni smartfon innovativ, yüksək texnologiyalı iki istiqamətləndiricili fırlanan mexanizmlər sistemi ilə təchiz edilib ki, bunun sayəsində də cihaz içəriyə və xaricə qatlana bilir. Ultra-yüngül və optimal dəqiqliyə uyğunlaşdırılmış konstruksiya ilə smartfonun ekranlarının hamar qatlanması təmin edilir. HUAWEI MATE XT Ultimate design-nin immersiv ekranı hər iki istiqamətdə əyilə bilən və içəriyə və kənara qatlandıqda müqavimətə tab gətirə bilən əyiləbilən materiallardan hazırlanmışdır.

İnnovativ Təcrübə: heyrətamiz imkanlar

“HUAWEI MATE XT Ultimate design” birdən çox ekran rejimi - tək, ikili və üçlü arasında keçid etməyə imkan verməklə smartfonlardan istifadə təcrübəsini yeni mərhələyə gətirir. Tam açılmış halda böyük ekran izlənilən multimedia məzmununa tam dalmaq effekti yaradır və istənilən zəruri məlumatın sürətli axtarışını təmin edir. İkili ekran rejimində smartfon məqalələri və e-poçtları oxumaq üçün idealdır. Tək ekran rejimində isə istifadəçi, zəng etmək, şəkil çəkmək və s. kimi bir tapşırıq üzərində fokuslana bilər.

İnnovativ foto çəkiliş: Həyatın gözəl anlarını həkk edin

“Huawei” mobil fotoqrafiya innovasiyalarında liderlərdəndir. “HUAWEI MATE XT Ultimate design” incə dizaynda “HUAWEI XMAGE”in güclü mobil təsvir imkanlarını təqdim edir. Cihazın 10-mərhələli tənzimlənən fiziki diafraqması müxtəlif çəkiliş ssenarilərində heyrətamiz şəkillər çəkməyə imkan verir. Uzaq dağlardan tutmuş çiçək üzərindəki kiçik həşəratlara qədər müxtəlif obyektlərin fotoşəkilləri ifadəli və valehedici alınır. Kamera həmçinin, sürətli hərəkət edən obyektlərin inanılmaz aydınlıqlı çəkilişini təmin edən dərhalçəkmə funksiyasına malikdir.

“HUAWEI MATE XT Ultimate” dizaynında tətbiq edilən yeni mobil paradiqma ilə iş daha səmərəli, əyləncələr isə daha maraqlı olur. Bazarda ilk üçqat qatlanan smartfon kimi “HUAWEI MATE XT Ultimate design” qatlanan cihazların təqdim edə biləcəyi imkanları genişləndirir. “Huawei” heç vaxt uğurları ilə kifayətlənmir və qabaqcıl texnologiya, heyrətamiz dizayn və yüksək səviyyəli istifadəçi təcrübəsi təklif edərək yüksək səviyyəli brend qurur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri