Icma.az
close
up
RU
“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

“Hücumçu almaq istəyirik” “Qarabağ”ın prezidenti

Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın prezidenti Tahir Gözel Ağdam klubunun Çempionlar Liqasında 2025-2026-cı illər mövsümündəki ilk ev oyunu ərəfəsində açıqlama verib.

İdmanxeber.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında ÇL-in 2-ci təsnifat mərhələsinin “Şelburn”la İrlandiyadakı ilk matçı (3:0) haqda, Bakıda keçiriləcək cavab görüşündən gözləntiləri və transfer planları barədə fikirlərini bölüşüb:

“Komandamız yeni mövsümə Çempionlar Liqasının oyunu ilə başladı. Ardıcıl 4-cü, tarixində 11-ci dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılan “Qarabağ” ötən il olduğu kimi, mübarizəyə 2-ci təsnifat mərhələsindən start verdi. İlk matçımızda İrlandiyada “Şelburn”la qarşılaşdıq. Ağır oyun oldu, çətin anlar da yaşadıq. Sevinirəm ki, sonda 3:0 hesablı qələbə qazandıq. Lakin bu nəticə arxayınlaşmağa əsas vermir. Rəqib İrlandiya çempionudur. Ümumiyyətlə, Çempionlar Liqasının təsnifat və pley-off mərhələlərində öz ölkələrinin ən güclüləri oynayırlar. Buna görə də kimliyindən asılı olmayaraq, asan rəqib olmur. Komandamız da bunu yaxşı dərk edir. Baş məşqçimiz Qurban Qurbanovun və rəhbərlik etdiyi texniki heyətin komandanı hər görüşə çox məsuliyyətlə hazırladığını bilirəm.

Komandamızın qələbə əzminə inamım sonsuzdur. “Qarabağ” cavab oyununa da ciddi hazırlaşır. Cavab görüşü mövsümün ilk ev oyunu olacaq. Doğma azarkeşlərimiz önündəki ilk qarşılaşmada da gözəl və layiqli oyunla qələbə qazanaraq mərhələ adlamağımızı istəyirəm. Azarkeşlərimizi bu qarşılaşmanı stadiondan izləməyə, komandamızı dəstəkləməyə çağırıram. Komandamız onlardan əlavə güc alır, ruhlanır. Mərhələni azarkeşlərimizlə birlikdə keçmək istəyirik. Hər mövsümdə olduğu kimi hədəflərimiz böyükdür. “Şelburn” hədəfə doğru yolda ilk addımdır. İnanıram ki, komandamız cari mövsümdə də avrokuboklardakı uğurları və daxili yarışlardakı qələbələri ilə azarkeşlərini sevindirəcək”.

Klub rəhbəri transferlərə də toxunub: “Yeni mövsümə yeni transferlərlə başlamışıq. Onlardan bəzilərini artıq meydanda da görmüşük. Həm Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarında, həm də “Şelburn”la qarşılaşmada yeni transferlərdən bəziləri meydana çıxıblar. Digərləri də növbəti görüşlərdə şans qazanacaqlar. Onların mövsüm ərzində komandaya faydalı olacaqlarına, uğurlar qazanmaqda kömək edəcəklərinə inanıram. Yeni transferlər etmək istəyirik. Baş məşqçimiz və texniki heyət komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də çalışır. Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi futbolçuları almağa çalışırıq. Ön xəttə – hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik. Digər mövqelərdə də faydalı olacaq futbolçuların keçidi variantları yaranarsa, heyətimizi onlarla da gücləndirəcəyik. Bizdən asılı olan hər şeyi edirik. İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq. Azarkeşlərimiz daha güclü “Qarabağ” görmək, bunun üçün yeni transferlər istəyirlər. Onlar əmin ola bilər ki, biz də komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik. Hansı mövqelərə hansı futbolçunu almaq lazımdırsa, həmin keçidi gerçəkləşdirəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 28 İyul 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri