Icma.az
close
up
RU
Qarabağ ın prezidenti: Hücumçu və hücuma dəstək verəcək futbolçular transfer etmək istəyirik

Qarabağ ın prezidenti: Hücumçu və hücuma dəstək verəcək futbolçular transfer etmək istəyirik

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Baş məşqçimiz Qurban Qurbanovun və rəhbərlik etdiyi texniki heyətin komandanı hər görüşə çox məsuliyyətlə hazırladığını bilirəm".

Oxu.Az xəbər verir ki, "Qarabağ" klubunun prezidenti Tahir Gözel bunu "Şelburn"la II təsnifat mərhələsinin cavab matçından öncə klubun rəsmi saytına açıqlamasında bildirib.

"Komandamız yeni mövsümə Çempionlar Liqasının oyunu ilə başladı. Ardıcıl 4-cü, tarixində 11-ci dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılan "Qarabağ" ötən il olduğu kimi, mübarizəyə II təsnifat mərhələsindən start verdi. İlk matçımızda İrlandiyada "Şelburn"la qarşılaşdıq. Ağır oyun oldu, çətin anlar da yaşadıq. Sevinirəm ki, sonda 3:0 hesablı qələbə qazandıq. Lakin bu nəticə arxayınlaşmağa əsas vermir. Rəqib İrlandiya çempionudur. Ümumiyyətlə, Çempionlar Liqasının təsnifat və pley-off mərhələlərində öz ölkələrinin ən güclüləri oynayırlar. Buna görə də kimliyindən asılı olmayaraq, asan rəqib olmur. Komandamız da bunu yaxşı dərk edir. Baş məşqçimiz Qurban Qurbanovun və rəhbərlik etdiyi texniki heyətin komandanı hər görüşə çox məsuliyyətlə hazırladığını bilirəm. Komandamızın qələbə əzminə inamım sonsuzdur. Komandamız cavab oyununa da ciddi hazırlaşır. Cavab görüşü mövsümün ilk ev oyunu olacaq. Doğma azarkeşlərimiz önündəki ilk qarşılaşmada da gözəl və layiqli oyunla qələbə qazanaraq mərhələ adlamağımızı istəyirəm. Azarkeşlərimizi bu qarşılaşmanı stadiondan izləməyə, komandamızı dəstəkləməyə çağırıram. Komandamız onlardan əlavə güc alır, ruhlanır. Mərhələni azarkeşlərimizlə birlikdə keçmək istəyirik. Hər mövsümdə olduğu kimi hədəflərimiz böyükdür. "Şelburn" hədəfə doğru yolda ilk addımdır. İnanıram ki, komandamız cari mövsümdə də avrokuboklardakı uğurları və daxili yarışlardakı qələbələri ilə azarkeşlərini sevindirəcək".

Tahir Gözel, eyni zamanda transferlərlə bağlı məsələyə də toxunub.

"Yeni mövsümə yeni transferlərlə başlamışıq. Onlardan bəzilərini artıq meydanda da görmüşük. Həm Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarında, həm də "Şelburn"la qarşılaşmada yeni transferlərdən bəziləri meydana çıxıblar. Digərləri də növbəti görüşlərdə şans qazanacaqlar. Onların mövsüm ərzində komandaya faydalı olacaqlarına, uğurlar qazanmaqda kömək edəcəklərinə inanıram. Yeni transferlər etmək istəyirik. Baş məşqçimiz və texniki heyət komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də çalışır. Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi futbolçuları almağa çalışırıq. Ön xəttə - hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik. Digər mövqelərdə də faydalı olacaq futbolçuların keçidi variantları yaranarsa, heyətimizi onlarla da gücləndirəcəyik. Bizdən asılı olan hər şeyi edirik. İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq. Azarkeşlərimiz daha güclü "Qarabağ" görmək, bunun üçün yeni transferlər istəyirlər. Onlar əmin ola bilər ki, biz də komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik. Hansı mövqelərə hansı futbolçunu almaq lazımdırsa, həmin keçidi gerçəkləşdirəcəyik".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyul 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri