Icma.az
close
up
RU
Hülusi Kılıç: Hər kəs məsuliyyətini bilməlidir

Hülusi Kılıç: Hər kəs məsuliyyətini bilməlidir

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, İMZA İB-nin Türkiyə təmsilçisi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hülusi Kılıç Türkiyədə Azərbaycan və Prezident İlham Əliyev əleyhinə səsləndirilən fikirlərə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, Kılıç bu barədə açıqlamasında bildirib.

O, Azərbaycan və Türkiyə arasında soyuqluq yaratmağa yönələn kampaniyaları pisləyib, Azərbaycanın müstəqil və suveren dövlət olduğunu, onun daxili və xarici siyasətinə müdaxilənin yolverilməzliyini vurğulayıb.

Son günlər Türkiyənin bəzi dini yönümlü platformalarında və sosial şəbəkə hesablarında Azərbaycan əleyhinə müxtəlif tənqid, ittiham və təhqirlərin yayıldığını deyən Kılıç bu məsələnin iki ölkə arasındakı münasibətlərə xələl gətirmək üçün istifadə edilməsinin doğru olmadığını bildirib.

Mübahisələrin BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edərkən Azərbaycan nümayəndə heyətinin üzvlərindən birinin zalda qalmasından sonra daha da qızışdığını qeyd edən sabiq səfir həmin epizoddan istifadə edilərək Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurmaq cəhdlərini yolverilməz adlandırıb.

"Azərbaycan müstəqil və suveren dövlətdir. Daxili işlərinə və xarici siyasətinə qarışmaq heç kimin haqqı deyil, heç kimin həddinə də düşmür”, - deyə Hülusi Kılıç bildirib.

"İki qardaş ölkə arasında soyuqluq yaradılması kimə xidmət edir?”

Kılıçın sözlərinə görə, Azərbaycan və Türkiyə xalqları bir ailədir. O bildirib ki, ailə daxilində fikir ayrılıqları və problemlər ola bilər, lakin bunların ictimai qarşıdurmaya çevrilməsi, təhqir və əsassız ittihamlarla iki qardaş xalqın üz-üzə qoyulması düzgün deyil.

"İki qardaş ölkə arasında soyuqluq yaradılmasının kimə xidmət etdiyini düşünmək lazımdır. Bu cür davranış bizi sevməyənlərin dəyirmanına su tökməkdir. Azərbaycanı hədəfə alanlar, mənim fikrimcə, bütün ailəyə hücum etmiş olurlar”, - deyə sabiq səfir vurğulayıb.

Hülusi Kılıç Azərbaycan-Türkiyə münasibətlərinin yalnız siyasi bəyanatlardan ibarət olmadığını, uzun illər ərzində formalaşmış iqtisadi, enerji və nəqliyyat əməkdaşlığına əsaslandığını bildirib.

O, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmir yolu xətlərini, TANAP-ı və SOCAR-ın Türkiyədəki fəaliyyətini iki ölkəni birləşdirən strateji layihələr sırasında sadalayıb.

Sabiq səfir Azərbaycanın Türkiyədə böyük sərmayələr yatırdığını, həyata keçirilən layihələrin iqtisadi əlaqələrlə yanaşı, Türkiyə vətəndaşları üçün iş imkanları yaratdığını bildirib.

O, Qarabağın bərpası prosesində də türk şirkətlərinə və sahibkarlara imkan yaradıldığını, Azərbaycanın bu sahədə türk dövlətlərinə üstünlük verdiyini deyib.

Kılıç 2023-cü ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra Azərbaycanın göstərdiyi yardımı da xatırladıb. Onun sözlərinə görə, Kahramanmaraşda inşa edilən "Azərbaycan məhəlləsi” iki ölkə arasındakı həmrəyliyin konkret nümunələrindən biridir.

Hülusi Kılıç Türk Dövlətləri Təşkilatının formalaşmasında Azərbaycanın roluna da diqqət çəkib.

O, 2009-cu il oktyabrın 3-də Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılması haqqında sazişin imzalandığını xatırladıb. Təşkilatın fəaliyyəti 2010-cu ildə rəsmiləşib.

Sabiq səfir Naxçıvan zirvəsinə ev sahibliyi edən Azərbaycanın və Prezident İlham Əliyevin təşkilatın yaradılmasına verdiyi töhfəni xüsusi vurğulayıb.

Kılıç Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrini də türk dünyası daxilində həmrəyliyin nümunəsi kimi təqdim edib. O, 2024-cü ilin aprelində Azərbaycan Milli Məclisində Azərbaycan–Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığını qeyd edib.

İsrail-Fələstin məsələsinə toxunan Kılıç Prezident İlham Əliyevin tərəflər arasında münasibətlərin yumşaldılması üçün səy göstərdiyini bildirib.

O, bu səylərdən danışarkən İsrailin Baş naziri Benyamin Netanyahu ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü il sentyabrın 20-də Nyu-Yorkdakı "Türkevi”ndə keçirilən görüşünü nümunə göstərib.

Həmin görüş BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub. Türkiyə Prezidentinin rəsmi məlumatına görə, görüşdə ikitərəfli münasibətlər və İsrail-Fələstin məsələsi müzakirə olunub.

Kılıç isə bu təmasların qurulmasında Prezident İlham Əliyevin münasibətlərin yumşaldılmasına yönələn səylərinin də olduğunu qeyd edib.

Sabiq diplomat Azərbaycan-İsrail münasibətlərinin strateji əməkdaşlığa söykəndiyini bildirib. Onun sözlərinə görə, İsrail İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana müasir silahlar verib və Ermənistanın müraciətlərinə baxmayaraq həmin silahları Ermənistana satmayıb.

Kılıç İsrailin Avropa və ABŞ-da Azərbaycanı dəstəklədiyini, bu dəstəyin Azərbaycanın müdafiə maraqları baxımından əhəmiyyət daşıdığını da vurğulayıb.

Fələstin məsələsində Azərbaycanın mövqeyindən danışan Hülusi Kılıç Azərbaycanın 1992-ci ildə Fələstini tanıdığını bildirib.

O, Bakıda Fələstin səfirliyinin fəaliyyət göstərdiyini və onun xərclərinin Azərbaycan tərəfindən qarşılandığını qeyd edib. Kılıç Azərbaycanın paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini, Qəzzadakı müharibə zamanı BMT çərçivəsində Fələstinin lehinə səs verdiyini və humanitar yardım göstərdiyini deyib.

Azərbaycanla Fələstin arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu xatırladan sabiq səfir Fələstin səfirliyinin 2011-ci ildə Bakıda açıldığını bildirib.

O, həmçinin 2025-ci ildə Azərbaycanın Qəzzadan 14 fələstinli tələbəni təxliyə edərək onların ölkədə ali təhsil almasına şərait yaratdığını qeyd edib.

Kılıç Qarabağ münaqişəsi dövründə Fələstin tərəfinin Ermənistanın yanında olduğunu iddia edib. Onun fikrincə, bu məqam da Azərbaycanla Fələstin münasibətlərinə dair müzakirələrdə nəzərə alınmalıdır.

"Azərbaycanın torpaqları işğal altında olduğu vaxt bunu unutmaq olmaz. Ağaca baxarkən meşəni görməmək, bizi sevməyənlərin dəyirmanına su daşımaq lazım deyil”, - deyə sabiq səfir bildirib.

Hülusi Kılıç açıqlamasının sonunda Azərbaycan-Türkiyə münasibətlərinin ortaq tarixə, qarşılıqlı dəstəyə və strateji maraqlara söykəndiyini vurğulayıb.

O, iki ölkənin ictimaiyyətini məsuliyyətli davranmağa çağırıb və Azərbaycanın daxili və xarici siyasətinə müdaxilənin yolverilməz olduğunu bildirib.

"Hamı məsuliyyətini bilməlidir. Azərbaycanın daxili işlərinə, başqa dövlətlərlə qurduğu münasibətlərə heç kəs qarışmamalıdır. Buna qarışmaq nə kiminsə haqqıdır, nə də həddinə düşür”, - deyə Hülusi Kılıç əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Oktyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri