Icma.az
close
up
RU
“Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” Deputat elmi məruzə ilə çıxış edib + FOTOLAR

“Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” Deputat elmi məruzə ilə çıxış edib + FOTOLAR

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Aprelin 9-də Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Məclisin deputatı Rövşən Muradov “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda elmi məruzə ilə çıxış edib

Millət vəkili qeyd edib ku, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə 2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib: “Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış və 44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür.

Bu sərəncam dövlətçilik tariximiz baxımından xüsusi əhəmiyyətə malik olmaqla bərabər, ölkəmizin keçmişi, bu günü və gələcəyi üçün xüsusi məna kəsb edir və hüquqi dövlətçilik və suverenlik dəyərlərinin yeni qlobal çağırışlar əsasında formalaşdırılması kimi qiymətləndirilə bilər”.

Rövşən Muradov qeyd edib ki, müstəqil, suveren dövlətin qurulması və onun inkişafı hər bir xalq üçün ən böyük nailiyyət sayılır: “ Suverenlik istənilən dövlətin mövcud olmasının və davamlı inkişaf etməyi üçün ilkin və əsas şərtdir. Dövlətin suverenliyi üçün ilk növbədə hüquqi-siyasi, sosial-iqtisadi bünövrə yaradılmalıdır. Ölkəmizə münasibətdə qeyd edilməlidir ki, müstəqil Azərbaycan dövlətinin memarı və Azərbaycan xalqının minillik arzusunu tarixi reallığa çevirmiş Ulu öndər Heydər Əlirza oğlu Əliyevin 1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi vəzifəsinə seçilməsi belə bir bünövrə rolunu oynadı və ölkəmiz intibah dövrünə qədəm qoydu .

O, Azərbaycan Respublikasına iki dəfə rəhbərlik etmişdir. Birinci dəfə 14 iyul 1969-cu ildə, ikinci dəfə isə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən təxminən 1il 8 ay sonra, yəni 15 iyun 1993-cü ildə. Ulu öndərin Azərbaycan Respublikasına rəhbərliyə gəldiyi hər iki dövr ölkənin ən ağır və böhranlı vəziyyət keçirdiyi illərə təsadüf etmişdir. Onun Azərbaycana rəhbərliyə gəldiyi birinci dövr respublika iqtisadiyyatının bütünlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoyması ilə, ikinci dövr isə Azərbaycanın tarixinin ən ağır fəlakətləri ilə üz-üzə qalması ilə səciyyələnirdi. Ulu öndər Heydər Əliyev hər iki dövrdə Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafelərini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən çıxara bilmişdir. Ulu öndərin Azərbaycana bilavasitə rəhbərlik etdiyi 23 ilin 13 ili (1969-1982-ci illər) Sovet hakimiyyəti dövrünün, 10 ili (1993-2003-cü illər) isə Azərbaycanın müstəqillik illərinin payına düşür”.

Rövşən Muradov bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə yaradılmış iqtisadi potensial müstəqillik illərində Azərbaycanın inkişafında çox mühüm rol oynayıb: “Dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş daxili siyasət sayəsində ölkəmizdə milli özünüdərk, vətənpərvərliyin gücləndirilməsi istiqamətində də vacib addımlar atıldı. O dövrdə müxtəlif sahələrdə yerli kadrların hazırlanması, həmçinin milli şüurun inkişaf etdirilməsi, milli ruhun yüksəldilməsi sahəsində bir çox mühüm işlər həyata keçirildi.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” cənab Prezidentin 29 sentyabr 2022-ci il tarixli Sərəncamında qeyd edilir: “Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir”.

Məlumdur ki, SSRİ-nin dağılması ərəfəsində keçmiş İttifaqın tərkibində olmuş respublikaların yalnız ikisi tam müstəqil olaraq öz iqtisadiyyatını idarə etmək imkanına malik idi: Rusiya Azərbaycan! Həmin illərdə Azərbaycanın bu səviyyəyə qalxmasının əsas səbəbi isə keçən əsrin 70-80-ci illərində ona məhz, Heydər Əliyevin rəhbərlik etməsi ilə izah edilir. 1982-ci ilin sonunda Heydər Əliyevin SSRİ rəhbərliyinə irəli çəkilməsindən sonra, xüsusilə də 1988-1993-cü illərdə Azərbaycana rəhbərlik etmiş bəzi səriştəsiz adamların fəaliyyətsizliyi üzündən SSRİ vaxtı xüsusilə, keçən əsrin 70-80-ciillərindəburadayaradılmışböyükiqtisadipotensial ilbəil dağıdılıb talan edilməyə başlamış və 1991-1993-cü illərdə özünün kulminasiya mərhələsinə qədəm qoymuşdur. 


Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi bu dövrdə: “Vəziyyət elə təhlükəli xarakter almışdır ki, 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış müstəqil dövlətimiz qəsdən və yenidən səriştəsizliklər yaranan idarəsizlik nəticəsində real itirilmək təhlükəsi ilə üz-üzə qalmışdır. Beləliklə, 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində nəinki itirilmiş illər, həm də bu illərdə Azərbaycan “ölüm, ya olum” dilemması qarşısında qalmışdı”.

Respublikamızın yenidən belə ağır vəziyyətə düşdüyü bir vaxtda – 1993-cü ilin 15 iyununda xalqımızın tam əksəriyyətinin təkidli tələbi ilə Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gətirilməsi Azərbaycanı və bütünlükdə xalqımızı çıxılmaz fəlakətdən xilas etdi və onun qurtuluşu başlandı. Öz xalqından heç bir təmənnası olmayan bu böyük şəxsiyyət ikinci dəfə hakimiyyətə qayıdarkən “Mənim həyatımxalqa məxsusdurvəbundansonra qalanhissəsini də xalq üçün əsirgəməyəcəm. Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Mənimüçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir” - demiş və yenidən respublikaya rəhbərlik etməyə başladığı ilk gündən Azərbaycanda həyata keçirilən bütün iqtisadi islahatların və köklü dəyişikliklərin təşkilatçısı və ilhamvericisi olmuşdur. 

Onun gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanda ictimai- siyasi sabitlik bərpa edilmiş, ölkəmiz Avropa Şurasının tam üzvlüyünə qəbul olunmuş, məşhur “Əsrin müqaviləsi” imzalanmış və neft strategiyası işlənib hazırlanmış, dünyanın birçoxsuperdövlətləriiləneftkontraktlarıbağlanmış, Qədim İpək yolu bərpa olunmağa və bu məqsədlə TRASEKA proqramı həyata keçirilməyə başlamış, dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələrimiz genişlənmiş və möhkəmlənmişdir. Heydər Əliyevin ən böyük və tarixi xidmətlərindən biri də dünyada analoqu olmayan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi, Azərbaycanı Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin başlıca iştirakçısınacevirə bilməsindənibarətdir. Onunneftstrategiyasının uğurla həyata keçirilməsinin nəticəsi idi ki, cəmi bir neçə il ərzindəölkəmizə 10 milyarddan çoxABŞdollarıcəlb edilmiş və həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycanda1989-cu ildən ötəndövrərzindəilkdəfəolaraq 1996-cı ildə iqtisadiyyatda dirçəliş baş vermiş və əhalininpul gəlirlərinin artım səviyyəsi qiymətlərin artım səviyyəsini üstələmişdir”.


Millət vəkili qeyd edib ki, 1991-1995-ci illərdə respublikamızda iqtisadi inkişafın ən əsas makroiqtisadi göstəricisi sayılan Ümumi Daxilli Məhsulun (ÜDM) real həcmi ildə 20-25 faiz, sənaye məhsulu istehsalı isə 15-20 faiz azaldığı halda, 1993- 2003-cü illərdə ÜDM istehsalı o vaxtın qiymətləri ilə 22,3 dəfə artaraq, 157,1 milyard manatdan 35,1 trilyon manata, adambaşına düşən ÜDM-un həcmi isə 20,3 dəfə artaraq, 21,3 min manatdan 4320,0 min manata, əhalinin pul gəlirlərinin məbləği 17,9 dəfə artaraq, 135,5 milyard manatdan 24,2 trilyon manata, adambaşına düşən pul gəlirlərinin məbləği 16,2 dəfə artaraq, 18,4 min manatdan 2983,4 min manata, iqtisadiyyatda məşğul işçilərin orta aylıq əmək haqlarının məbləği isə 174,1 dəfə artaraq, 2,2 min manatdan 383,1 min manata gəlib çatmışdır: “1993-2003-cü illərdə Respublikamızda 3,0 minə qədər yeni sənaye müəssisəsi açılmış və 2003-cü ilin əvvəlində onların sayı 5202-yə gəlib çatmışdı. Heydər Əliyevin həyata keçirdiyi «açıq qapı» siyasəti nəticəsində müqayisə edilən dövrdə ölkəmizdə fəaliyyət göstərən xarici və müştərək müəssisələrin sayı 3 dəfədən çox artmışdır. Respublikanın təkcə, sənaye sahəsində 40 dövləti təmsil edən 167 xarici investisiyalı müəssisə fəaliyyət göstərmiş və onlar tərəfindən minlərlə iş yerləri açılmışdır”.

“Qeyd olunan və olunmayan nailiyyətlərin qazanılmasında Ulu öndər Heydər Əliyevin iqtisadi strategiyası və taktikası mühümrol oynayıb. Bəli, budur Heydər Əliyevin iqtisadi siyasətinin amalı: qurmaq, yaratmaq, mövcud patensialı qoruyub-saxlamaq, ondan səmərəli istifadə etmək və bu yolla ölkənin iqtisadi və hərbi qüdrətini möhkəmlətmək, ərazi bütövlüyümüzü təmin etmək və xalqın həyat səviyyəsinin yaxşılışdırılmasına nail olmaq” – deyə, millət vəkili vurğilaylb.

Rövşən Muradov elmi məruzəsində daha sonra bildirib: “Məlumdur ki, 1990-cı illərin əvvəllərində SSRİ-dən miras qalmış hüquq sistemi və qanunvericilik bazası hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsinə lazımi təminat vermirdi. Bu nöqteyi-nəzərdən Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi və ilk növbədə ölkənin yeni Konstitusiyasının qəbul edilməsi artıq mütləq idi. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə mövcud olan xaos və ziddiyyətli proseslər, siyasi qeyri-sabitlik, eyni zamanda vahid siyasi iradənin olmaması, dövlət müstəqilliyi üçün təhdidlərin mövcud olması bu mühüm vəzifənin həyata keçirilməsini qeyri-mümkün etmişdir. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbulu mümkün oldu.

Beləliklə, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli 1048 saylı qərarı və Ulu öndər Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 34 nəfər üzvdən ibarət tərkibi təsdiq olundu.

Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də isə keçirilmişdir. 1995-ci il oktyabrın 3-də keçirilən iclasda isə Ulu öndər komissiyanın sədri kimi çıxışı zamanı demişdir: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Ulu öndər Heydər Əliyevin çıxışında qeyd edilən bu vacib konseptual məqamlar mahiyyət etibarilə hüquqi dövlət quruculuğu prosesində ilkin təməl rolunu oynamışdı.

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir.

Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu öndər Heydər Əliyevin imzaladığı 1996-cı il 1 noyabr tarixli fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir”.

Millət vəkili həmçinin qeyd edib ki, Konstitusiyaya ictimai münasibətlərin inkişafı zərurətindən irəli gələrək 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş referendumlar nəticəsində bir sıra mühüm əlavələr və dəyişikliklər edilmişdir: “ Dövrün çağırışlarını özündə ehtiva edən bu islahatlar hüquqi dövlət dəyərlərinin daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı və səmərəli müdafiəsi məqsədlərinə xidmət edibdir. Məlumdur ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbənin əldə edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, dövlət başçısı cənab İlham Əliyevin yenilməz siyasi, hərbi iradə və qətiyyəti, ordumuzun qəhrəmanlığı, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına mümkün oldu. Bununla da, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

Eyni zamanda qeyd edilməlidir ki, ölkə Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti nəticəsində bu müddətdə təsbit edilən prinsiplər tam şəkildə təmin olunub.

Hazırda dövlətimiz ildən-ilə güclənərək iqtisadi inkişafının keyfiyyətcə yeni dövrünü yaşayır və onun bilavasitə, təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bir sıra irimiqyaslı layihələr nəinki respublikamızın eyni zamanda, ümumilikdə, regionun təhlükəsizliyinə və iqtisadi inkişafına öz mühüm və əvəzsiz töhfəsini verir. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi qarşıda duran ən mühüm və prioritet vəzifələrdəndir. Qarabağ və Şərqi Zəngəzurda viran qoyulmuş kənd, qəsəbə və şəhərlər tamamilə yenidən qurulur, doğma torpaqlarımıza həyat qayıdır. Həyata keçirilən bütün bərpa və yenidənqurma işləri Azərbaycan Respublikası ərazisinin vahidliyi, toxunulmazlığı və bölünməzliyi ilə bağlı konstitusiya prinsipinin təmin edilməsinin daha bir əyani göstəricisidir”.

“Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, Ulu öndər Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan keçən 56 ilin 22 ili (2003-2025-ci illər) İlham Əliyev cənablarının hazırda Azərbaycana rəhbərlik etdiyi dövrdür. Ümumiyyətlə götürdükdə isə bu 56 illik dövrün 22 ili (1969-1991-ci illər) Sovethakimiyyəti illərinin; 34 ili isə (1991-2025-ci illər) Azərbaycanın müstəqillik illərinin payına düşür. Heydər Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi hər iki dövr Azərbaycanda inkişafın yeni mərhələləri-bərpa və dinamik inkişaf mərhələləri; İlham Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi dövr isə Azərbaycanda inkişafın keyfiyyətcə yeni inkişaf mərhələsi kimi tarixə düşmüşdür. Azərbaycanın çağdaş tarixi, tarixi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı, dünyanın ən islahatçı prezidenti İlham Əliyevin adları və fəaliyyətləri ilə bağlıdır” – deyə, deputat məruzəsinə yekun vurub.

“AzPolitika.info”




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Aprel 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see133

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see128

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see123

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see123

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see121

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see121

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see120

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see119

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see115

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see115

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see115

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see114

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see114

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see113

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see112

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see112

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see111

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri