Hüquqşünasın poetik töhfəsi
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tanınmış şair Rafiq Ələkbərin “Bu qapı, bəlkə, tövbədir?” adlı yeni kitabının təqdimatı keçirilib.
Qiraətçi Müşfiqə Baləddinqızının moderatorluğu ilə keçirilən mərasimdə filologiya elmləri doktoru Cavanşir Yusifli, iqtisad elmləri doktoru Əyyub Əyyubov, şair-tədqiqatçı Hikmət Məlikzadə və şair Xalidə Nuray Rafiq Ələkbər poeziyasının ictimai-fəlsəfi məzmununu, mistik-təsəvvüf ənənəsindən qaynaqlanan çalarlarını və oxucuda yaratdığı dərin mənəvi-emosional təsiri diqqətə çatdırıblar. Qeyd olunub ki, şairin əsərlərində insanın daxili aləmi, mənəvi axtarışları və həyatın fəlsəfi mahiyyəti poetik ifadəsini tapır.
Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Əməkdar jurnalist İlqar Rüstəmov, hüquqşünaslar Ələmdar Məmmədov və İlham Məmmədov, jurnalist Şəmsəddin Şabiyev müəllifin insani keyfiyyətləri, mənəvi dünyası və peşəkar fəaliyyətində rəhbər tutduğu prinsiplər barədə fikirlərini bölüşüblər. Bildirilib ki, müəllifin şəxsiyyətində təcəssüm edən bu keyfiyyətlər onun poeziyasında da öz əksini tapır, yaradıcılığının mənəvi-estetik məzmununu müəyyənləşdirən başlıca cəhətlərdən biri kimi diqqət çəkir.
Filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli şairin bir sıra şeirlərini, eləcə də “İnsan alveri” romanını ingilis dilinə tərcümə etdiyini bildirib. Professor Anna Barkutaşvili isə Rafiq Ələkbər poeziyasının başqa dillərdə ifadəsi zamanı üzə çıxan fəlsəfi dərinlik, duyğusal çalarlar və bədii incəliklər barədə danışıb.
Əməkdar jurnalist Şəmsiyyə Kərimova müasir ədəbi prosesin xüsusiyyətləri fonunda müəllifin poetik yaradıcılığına nəzər salıb, onun şeirlərinin məzmun və ifadə imkanlarını təhlil edib.
Sonda Rafiq Ələkbər yaradıcılığı haqqında fikirlərini bölüşən alimlərə, ziyalılara və qələm dostlarına minnətdarlığını bildirib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 20 Oktyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















