Nazirin yeni müavini: Nəbiyev məşhur hüquqşünasın oğludur
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fövqəladə Hallar Nazirliyində (FHN) yeni nazir müavini təyinatı olub.
Modern.az xəbər verir ki, indiyə kimi FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti vəzifəsində çalışan daxili xidmət general-mayoru Yusif Nəbiyev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini postuna irəli çəkilib.
Yusif Nəbiyevin Naxçıvan Muxtar Respublikasında anadan olduğu bildirilir.
O, Əməkdar hüquqşünas, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri (2000–2011), həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011–2022) vəzifələrində çalışmış Mahmud Nəbiyevin oğludur.
Yeni nazir müvini babasının ad-soyadını daşıyır. Onun babası Yusif Mustafa oğlu Nəbiyev Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970–1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979–1980) vəzifələrində işləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 16 Fevral 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















