Icma.az
close
up
RU
“Hürriyet” qəzeti: Qars Naxçıvan dəmir yolu xəttinin tikintisinin başlanması Zəngəzur dəhlizinə doğru atılan tarixi addımdır

“Hürriyet” qəzeti: Qars Naxçıvan dəmir yolu xəttinin tikintisinin başlanması Zəngəzur dəhlizinə doğru atılan tarixi addımdır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 21 avqust, AZƏRTAC

Avqustun 22-də, cümə günü Türkiyənin şərqində bütün region üçün xüsusi əhəmiyyətə malik olan hadisə baş verəcək. Belə ki, 224 kilometr uzunluğunda Qars-İğdır-Aralık-Dilucu (Naxçıvanla sərhəddə) dəmir yolu xəttinin tikintisinin başlanması Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılan tarixi addım olacaq. Bu xətt ildə 5,5 milyon sərnişin və 15 milyon ton yüklərin daşınmasına imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu “Hürriyet” qəzeti yazır. Məqalədə qeyd olunur ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların bərpası layihəsi bütün dünyanın, o cümlədən ABŞ-ın diqqətini cəlb edir.

Qəzet vurğulayır ki, yeni dəhlizə təkcə Cənubi Qafqaz regionunun infrastrukturu və nəqliyyat-logistikasının inkişafı nöqteyi-nəzərindən baxmaq olmaz. Müəllif Hande Fırat qeyd edir: “Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsinə imkan verən dövlətlərarası iqtisadi və siyasi qarşılıqlı fəaliyyətin nümunəsidir”.

Məqalənin müəllifi Zəngəzur dəhlizinin Naxçıvanın iqtisadi inkişafına güclü stimul olacağını qeyd edir və onun dividendlərinə diqqət yetirir. O yazır: “Zəngəzur dəhlizi Ermənistana da müsbət təsir göstərəcək, o, tranzit ölkəyə çevrilə və daha çox xarici investisiya cəlb edəcək regional inteqrasiya proseslərində iştirak edə biləcək”.

Yazıda Zəngəzur dəhlizinin Cənubi Qafqazda davamlı sülh və mehriban qonşuluq kontekstində rolu vurğulanır: “Beynəlxalq konsorsiumların bu layihədə iştirakı müasir texnologiyaların, nou-hauların və investisiyaların cəlb edilməsi deməkdir. Beləliklə, Zəngəzur dəhlizi dünyanın digər regional inkişaf layihələri üçün nümunəyə çevrilir”.

Jurnalist Hande Fırat Qars-Dilucu dəmir yolunu “Türkiyə və bütün region üçün strateji nailiyyət” adlandırır. “Bu dəhliz tarixi proseslərin parçaladığı marşrutları bərpa edəcək, Türk dünyasında körpü rolunu oynayacaq, həmçinin Avropa ilə Asiya arasında ticarətdə mühüm marşruta çevriləcək. Beləliklə, Türkiyə qitənin ticarət əlaqələrində əvəzsiz tranzit aktora çevriləcək. Zəngəzur dəhlizi gələcək onilliklər ərzində proseslərə təsir etmək potensialına malik bir təşəbbüsdür”, -deyə müəllif fikirlərini yekunlaşdırıb.

Ramil Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri