Icma.az
close
up
RU
Hüseyn Məhəmmədov: Samir Abasov futbolçularını lazımi səviyyədə hazırlayacaq

Hüseyn Məhəmmədov: Samir Abasov futbolçularını lazımi səviyyədə hazırlayacaq

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Neftçi”nin veteran qapıçısı Hüseyn Məhəmmədov apasport.az saytına müsahibə verib.

- “Neftçi” mövsümün ilk yarısında 8-ci pillədə qərarlaşdı. Komandanın bu uğursuz çıxışı barədə hansı fikirdəsən? 
- "Neftçi" mövsümə yaxşı başlamasa da, mövsümün qalan hissəsində nəticə göstərmək üçün çalışacaq. Görünən odur ki, yeni transferlər edəcəklər. Yəqin ki, "Neftçi" həm kubokda, həm də liqada avrokuboklar uğrunda mübarizə aparacaq. İnanıram ki, bu yöndə çox dəyişiklik olacaq. Çünki Samir Abasovun gəlişindən sonra komandada ən azından canlanma var. Komandanı kökləyir ki, "Neftçi" nəticə göstərsin. Bunu görmək mümkündür. Əllərindən gələni edəcəklər ki, avrokuboklara vəsiqə qazansınlar. 

- “Neftçi” mövsümün ikinci yarısında geridönüş edib uğurlu nəticələr qazana bilər? 
- İkinci hissədə geridönüş etmək üçün Samir Abasov futbolçularını lazımi səviyyədə hazırlayacaq. Müəyyən mövqelərə futbolçu cəlb edəcəklər ki, komanda nəticə göstərsin və avrokuboklara yollansın. Futbolda həmişə gözlənilən və gözlənilməyən nəticələr baş verir. "Neftçi"nin ad-sanı, nüfuzu var. Paytaxt klubu "flaqman"dır. Bu yöndə məsuliyyəti başa düşərək addımlar atacaqlar.

- “Neftçi"də qapı öncə Rza Cəfərova tapşırıldı, daha sonra kapitanlıq sarğısı ona verildi. Amma sonradan qapı xətti Emil Balayevə əmanət edildi. Bu dəyişiklik barədə fikrin necədir? Səncə, qapıda Rza, yoxsa Emil daha yaxşıdır?
- Rza gənc qapıçıdır, uzun müddətdir, əsas heyətdə çıxış edirdi. Emil Balayev də zədədən əziyyət çəkirdi, yeni qayıdıb. Samir Abasov ona şans verdi. Rzaya da rəqabətin olduğunu göstərdi. Emil də təcrübəli qapıçıdır. Hər ikisi "Neftçi" üçün lazım olan qolkiperlərdir. Hər ikisi məsuliyyəti başa düşür. Çalışacaqlar ki, əsas heyətdə öz yerlərini qorusunlar. Kapitanlığa gəldikdə, hər ikisi də məsuliyyətini anlayır. Emil daha təcrübəlidir. Uzun illərdir ki, qapıçı kimi həm daxili çempionatımızda, həm də legioner həyatı yaşamış biridir. Məşqçi tərəfindən kapitanlıq sarğısının onlara verilməsində məqsəd odur ki, komanda yoldaşlarına öz göstərişlərini versinlər. Hər ikisi bunu doğrultmağa çalışacaq.  

- Səncə, ölkə kuboku nə dərəcədə realdır? Yoxsa "Neftçi"nin ona da gücü çatmaz?
- Avrokuboklar üçün kuboku qazanmağa çalışacaqlar. Niyə də olmasın? İnanıram ki, kuboku qazana bilərlər. Məsuliyyət böyükdür, "Neftçi" həmişə avrokuboklarda iştirak etmiş, çempionluq yaşamış, adlı-sanlı komandamızdır. Hər bir futbolçu bunun məsuliyyətini başa düşərək kuboku qazanmağa çalışmalıdır. Ya da liqada yaxşı yerlərə düşmək uğrunda mübarizə aparmalıdır. 

- Yeni sezondan legioner limitinin ləğv ediləcəyi gözlənilir. Necə düşünürsən, bu "Neftçi"yə necə təsir edəcək? Səncə, limit məsələsi yığışdırılarsa, "Neftçi" daha güclü görünəcək?
- Vallah bilmirəm, dəqiq deyə bilmərəm. Limitlə bağlı mən bilən heç bir klub çətinlik çəkməyəcək. Yəqin ki, hər bir komanda üçün yerli futbolçunun olması lazımdır, olacaq da, oynadacaqlar da. O demək deyil ki, limit olmasa, şans az olacaq. Hər bir futbolçu öz mövqeyi uğrunda mübarizə aparacaq və çalışacaq ki, əsas heyətin oyunçusu olsun.

"Neftçi" onu da göndərir - YERİNƏ GƏLƏNLƏR Fitnes məşqçiləri üçün UEFA B kursu başlayıb "Zirə" nigeriyalı futbolçusu ilə vidalaşıb - RƏSMİ Şəhriyar Əliyev: “Ən azından üçüncü pillədəki yerimizi saxlamaq istəyirik” "Neftçi" Qəbələyə yollanır
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://apasport.az
archiveBu xəbər 06 Yanvar 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri