Icma.az
close
up
RU
Hüseynbala Mirələmov bədii nəsri: insan və zaman kontekstində

Hüseynbala Mirələmov bədii nəsri: insan və zaman kontekstində

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Elman QULİYEV
Filologiya elmləri doktoru, professor, ADPU Türkoloji mərkəzinin Türk ədəbiyyatı bölməsinin müdiri

Zəngin tarixə malik Azərbaycan ədəbiyyatı əsrlər boyu özünəməxsus inkişaf yolu keçib. Müasir dövr Azərbaycan ədəbiyyatı üçün həm məhsuldar, həm də  keşməkeşli bir dövr sayılır. Çağdaş mərhələdə öz məhsuldar yaradıcılığı ilə ədəbiyyatımızı zənginləşdirən, ədəbi proseslər zəminində sənətinin formalaşmasını təmin edən, Azərbaycan bədii nəsrinin inkişafında müstəsna xidmətləri ilə seçilən sənətkarlardan biri də Hüseynbala Mirələmovdur.  Hüseynbala Mirələmovun çağdaş Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus mövqeyi  ilə seçilməsi təsadüfi deyildir. Azərbaycan ədəbiyyatında insan amilinə ardıcıl müraciəti, milli dəyərlərin bədii ifadəsindəki mühafizəkarlığı onu yeni dövrün qabartdığı və önə çəkdiyi imzalarından biri edib. Yazıçının nəsri mövzu və problematika, qəhrəman tipologiyası baxımından ciddi maraq doğurub. İstedadlı bir qələm sahibi kimi, o, öz estetik idealını, əsərlərinə gətirdiyi həyat materiallarını qəhrəmanlarının xarakter və hərəkətlərində  göstərməyə həmişə müvəffəq olub. Ona görə də Hüseynbala Mirələmov  sənətinin estetik mahiyyətinin araşdırılması  ədəbiyyatşünaslığımızda hər zaman aktuallığını qoruyub saxlaya bilib. Zalxa Orucovanın "Hüseynbala Mirələmovun bədii nəsri" mövzusunda yazmış olduğu monoqrafiya bu baxımdan  səciyyəvidir.

Müəllif monoqrafiyada H.Mirələmovun bədii nəsrini bir neçə kontekstdən təhlilə cəlb etməyi aktual hesab etmişdir: ailə məişət mühiti və qəhrəman; tarixi-siyasi mühit və qəhrəman; çağdaş sosial-siyasi həyat və qəhrəman və sair.

Zalxa Orucova haqlı olaraq göstərir ki, yazıçının qəhrəman konsepsiyasının əsasında kamil insan, bütöv şəxsiyyət dayanır. Çünki Hüseynbala Mirələmov yaradıcılığında şəxsiyyətin (xarakterin) bütövlüyünü təbii varlığı ilə sosial təbiətinin harmoniyası müəyyənləşdirir. Yazıçının əsərlərində ilk növbədə, şəxsiyyət başlanğıcına artan maraq ön mövqedədir. Ailə-məişət hekayətindən, həmçinin sosial problemlərin inikasını önə çəkən əsərlərdən mənəvi-əxlaqi konteksti aparıcı olan romanlara keçid H.Mirələmov yaradıcılığındakı keyfiyyət dəyişməsinin konseptual mahiyyətini göstərir. Onun yaradıcılığında insan, hər şeydən əvvəl, təbii varlıq kimi öyrənilir. İnsanın daxili dünyasının mürəkkəblikləri, ziddiyyətləri, qeyri-adilikləri bədii təsvirin mərkəzinə gətirilir.

Bildiyimiz kimi, H.Mirələmovun povest və romanlarında qəhrəmanların daxili aləmlərinin bütün tərəflərinin - ziddiyyət və mürəkkəblikləri, sevgi və həyəcanları ilə təsvir edilməsi bu yaradıcılığın öz yaxın sələflərinin birbaşa varisi kimi çıxış etməsinə vəsilə olub. Yazıçı ilk hekayələri ilə içindəki insan amilinin qüvvətli çalarlarını sərgiləməyi həmişə bacarıb. Ədəbiyyatın birmənalı olan və heç bir zaman təsirini azaltmayan yeganə aksiomu var: ədəbiyyat insanı yazır. Ədəbiyyat elə bir sahədir ki, ordakı qatilin daxilindəki adamlığın, fərarinin içindəki vətən sevgisinin anlanılmasına istiqamətlənmiş bir cığır var. Müəllif yalnız insanı yazır, ona hökm vermir, onu hər bir cəhətləri ilə birgə sənətə gətirməyə səy göstərir. Bütün bu yaradıcılıq keyfiyyətləri Zalxa Orucovanın araşdırmalarında nəzəri-estetik kontekstdə özünün dərin təhlilini tapa bilir.

Azərbaycan ədəbiyyatında insan amilinin davamlı yer almasında, milli dəyərlərin bədii ifadəsində Hüseynbala Mirələmovun estetik düşüncəsi öz funksionallığını bu gün də davam etdirməkdədir. Yazıçının qəhrəman konsepsiyasının əsasında dayanan bütün vacib məsələlərə monoqrafiyada bu və ya digər nəzəri müstəvidə münasibət bildirilir. Zalxa Orucovanın yazıçının nəsrini mövzu və problematika, qəhrəman tipologiyası, insan və zaman və sair problemlər kontekstində təhlilə cəlb etməsi və bu təhlilləri nəzəri bütövlükdə təqdimi ciddi maraq doğurur. 

Müharibə, xüsusilə "Qarabağ" mövzusu son dövr ədəbiyyatımızın başlıca mövzusudur. Hüseynbala Mirələmov yaradıcılığında bu mövzunu hədəfə alaraq daha çox zamanın dərdlərindən, ağrılarından yazmağı lazım bilsə də, başlıca məqsədi insanın ağrılarına enmək, onun yaşantılarını bədii mətnə gətirmək olub. Monoqrafiyada Hüseynbala Mirələmov yaradıcılığının bu keyfiyyəti cəmiyyət problemləri, insan və müharibə problemləri, eyni zamanda insanın lirik-psixoloji düşüncələri çərçivəsində dəyərləndirilir.

İnanıram ki, gənc ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Zalxa Orucovanın "Hüseynbala Mirələmovun bədii nəsri"  monoqrafiyası yazıçının bədii irsinin araşdırılması, bu sənətin daha çox insan və zaman kontekstində dəyərləndirilməsi baxımından mirələmovşünaslığın yeni töhfəsi olacaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Mart 2026 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri