Husilər qaçqın düşərgəsinə raket zərbəsi endiriblər
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının tərəfdarları (husilər) Marib əyalətinin şimal hissəsində yerləşən qaçqın düşərgəsinə raket zərbəsi endiriblər. Hücum nəticəsində ölən və yaralananlar var.
Moderator.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, husilər müvəqqəti köçkünlərin yerləşdirildiyi düşərgəyə ballistik raketlə hücum ediblər. Qaçqınlar arasında ölən və yaralananlar var. Onların dəqiq sayı açıqlanmır.
Yəməndə 2014-cü ilin avqustundan hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir. 2026-cı ilin yayında ölkədə vəziyyət yenidən kəskin şəkildə gərginləşib. Avqustun 14-də "Ənsar Allah" dəstələri Qırmızı dəniz sahilindəki Moxa limanına kütləvi raket zərbəsi endiriblər ki, bu da limanın fəaliyyətinin tam dayandırılmasına səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 07 Sentyabr 2026 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















