Husilər Saudi Aramco nun obyektlərini vurdular
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə Husilərin hərbi sözçüsü Yəhya Səria bildirib.
"Yəmən silahlı qüvvələri (Husilərə istinadən – TASS) iki hərbi əməliyyat həyata keçirib: birincisi Səudiyyə Ərəbistanının düşmən paytaxtı Ər-Riyaddakı əsas obyekti, ikincisi isə Yanbudakı Aramco obyektlərini hədəf alıb" - məlumatda qeyd olunur.
Əməliyyatlar zamanı ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə edilib. Husi hərbi sözçüsünün sözlərinə görə, məqsədlərə uğurla nail olunub.
Səria həmçinin qeyd edib ki, eskalasiyanın başlanğıcından bəri Səudiyyə Ərəbistanı Yəmənə 1018 hava və raket zərbəsi endirib. Zərbələr Marib, Səada, Əl-Hüdeydə, Taiz, Əl-Cəvf və Əl-Beyda əyalətlərini hədəf alıb. Bu zərbələr nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla yerli sakinlər həlak olub və yaralanıb.
Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husilər arasında qarşıdurma 2014-cü ilin avqust ayından bəri davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 25 Sentyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















