Icma.az
close
up
RU
Husilər Təl Əvivdəki hərbi obyekti ballistik raketlə bombalayıb

Husilər Təl Əvivdəki hərbi obyekti ballistik raketlə bombalayıb

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Yəməndə İranın dəstəklədiyi husilər İsrailin Tel-Əviv şəhərinin cənubundakı hərbi hədəfi hipersəs ballistik raketlə bombaladıqlarını və əməliyyatın “məqsədinə uğurla çatdığını” açıqlayıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, husilərin Hərbi Sözçüsü Yəhya Seri televiziyada yayımlanan video açıqlamada məsələ ilə bağlı məlumat verib.

Seri: "İşğal altındakı Fələstinin Yaffa bölgəsində düşmən İsrailə məxsus hərbi hədəfi "Fələstin-2" tipli hipersəs ballistik raketlə hədəfə aldıq və əməliyyat uğurla həyata keçirildi", - deyə qeyd edib.

Bunun son 24 saat ərzində ikinci əməliyyat olduğunu qeyd edən Seri, ABŞ-ın Yəmənə hücumları davam etdikcə, Husi silahlı qüvvələrinə Qəzzada dəstək əməliyyatlarının dayanmayacağını vurğulayıb. O, İsrail gəmilərində əməliyyatların və naviqasiya qadağasının Qəzzaya hücumlar bitənə və blokada qaldırılana qədər davam edəcəyinə diqqət çəkib.

Husilər dünən İsrailin Tel-Əviv şəhərindəki Ben Qurion beynəlxalq hava limanını və Qırmızı dənizdə ABŞ-ın təyyarədaşıyan gəmisini hədəf aldıqlarını bildiriblər. Onlar martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth” sosial platforması hesabında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini açıqlayıb.

Husilərin lideri Əbdül-Malik əl-Husi də ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və hücumlar davam etdikcə dənizdə naviqasiyanın maneə törədilməsinin Vaşinqtonu da əhatə edəcəyini bildirib.

Husilər ABŞ və Britaniyanın paytaxt Səna da daxil olmaqla bir sıra şəhərlərə endirdiyi hava hücumları nəticəsində azı 53 nəfərin öldüyünü, 107 nəfərin yaralandığını açıqlayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Mart 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri