Husilərin hücumları Əl Muha limanını dağıtdı
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yəmən hökuməti İranın dəstəklədiyi Husilərin ötən həftə həyata keçirdiyi hücumlar nəticəsində Qırmızı dənizdə yerləşən Əl-Muha limanının infrastrukturunun ciddi zərər gördüyünü açıqlayıb.
AZXEBER.COM-un xarici mediaya istinadən məlumatına görə, Yəmənin Nəqliyyat naziri Muhsin əl-Öməri bildirib ki, Husilərin ballistik raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində limanda dayanan gəmilər və qayıqlar istifadəyə yararsız vəziyyətə düşüb.
Hücumlar zamanı limandakı anbarlar, inzibati binalar və yaşayış sahələri də yanıb.
Nazirin sözlərinə görə, hücumlar nəticəsində Əl-Muha limanının əməkdaşları və bəzi gəmi heyəti üzvləri də həyatını itirib.
Qeyd edək ki, Əl-Muha limanı Qırmızı dənizə çıxışı olan mühüm limanlardan biridir və Yəmən hökumətinə bağlı qüvvələrin nəzarətindədir.
Husilər avqustun 9-dan etibarən Əl-Muha limanını və rayon mərkəzini bir neçə dəfə ballistik raket və PUA-larla hədəfə alıblar.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 21 Avqust 2026 03:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















