Husilərin Yəməndə limana zərbəsi nəticəsində yeddi nəfər ölüb
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Husilərin Yəmənin cənub-qərbində yerləşən Məxat limanına hücumu nəticəsində azı yeddi nəfər ölüb.
Hurriyyet.Media xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı Yəmən hərbi nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, üsyançılar limana və ətraf ərazilərə pilotsuz uçuş aparatları ilə 20-dən çox hücum həyata keçirib, həmçinin ballistik raketlərdən və minalanmış katerdən istifadə ediblər. Liman əməkdaşları arasında xəsarət alanlar var. Zərbələr işçilərin yaşadığı yaşayış evlərinə də endirilib, raketlərdən biri səhra hospitalının əməkdaşlarının yaşadığı binaya düşüb.
Telekanalın məlumatına görə, Yəmən ordusunun hava hücumundan müdafiə qüvvələri bir neçə pilotsuz uçuş aparatını vurmağa nail olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 10 Avqust 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















