Icma.az
close
up
RU
I Liqanın bombardiri Premyer Liqa məşqçilərini qınadı

I Liqanın bombardiri Premyer Liqa məşqçilərini qınadı

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Karvan" I Liqada 7 turdan sonra ilk pillədə qərarlaşıb. Yevlax təmsilçisinin lider olmasında əsas pay sahiblərindən biri, bəlkə də birincisi komandanın "vuran ayağı", liqanın bombardiri Bəhruz Teymurovdu. Hücumçu komandasının vurduğu 18 qoldan 9-nun müəllifidi. I Liqanın ən sərrast futbolçusu Sport24.az-a müsahibəsində həm "Cəbrayıl"la oyun barədə danışdı, həm də bizi maraqlandıran başqa sualları cavablandırdı.   

-  Son turda "Cəbrayıl"a məğlub olduz. Oyunla bağlı fikirlərini bilmək istərdik...

- 6 oyunda necə hazırlaşıb qələbə qazanmışdıqsa, bu oyuna da elə çıxmışdıq. Biz heç bir komandaya fərq qoymuruq. Erkən qol vurduq, mən daxil hamı rahatlaşdı. Daha sonra epizodlarımı qola çevirə bilmədik. Əksinə məğlub olduq. Bu məğlubiyyət çempionluq uğrunda mübarizədə bizə böyük zərbə oldu.

- "Karvan" hazırda turnir cədvəlində liderdir. Mövqeyinizi qorumaq çətin olmayacaq?

- Təbii ki, indiki mövqeyimizdən razıyıq. Sonadək turnir cədvəlində liderliyimizi qoruyaraq çempion olmaq istəyirik.

- Premyer Liqa və I Liqa ilə arasında səviyyə fərqi çox böyükdü?

- Premyer Liqada "Xəzər Lənkaran" və "Şamaxı"nın heyətində oynamışam. Fərq çox böyükdür.  Amma əvvəlki illərə baxanda I Liqanın səviyyəsi yüksəlib. Zəif komanda yoxdur. Bütün komandalar bir-biri ilə mübarizə aparır.

- Hazırda bombardirlər sırasında birinci pillədəsən. Mövsümü neçə qolla bitirməyi planlaşdırırsan?

- Bombardir olmaq hər bir futbolçunun arzusudur. 7 oyuna 9 qolum var. İnşallah, çempionatı 20-25 qolla bitirmək istəyirəm.

- Özünü yenidən Premyer Liqada oynamağa hazır sayırsan?

- Mən həmişə hazıram. Premyer Liqada oynayan futbolçuların heç birindən zəif deyiləm. Yeri gəlsə, bəzilərindən güclüyəm. Sadəcə, güvən problemi var. Baş məşqçilər özlərinə I Liqadan futbolçu transfer etməyi sığışdırmır. "Şamaxı"nı çempion elədik, mənə söz verdilər səni heyətdə saxlayacayıq saxlamadılar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://sport24.az
archiveBu xəbər 11 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri