“İmişli” sabiq futbolçusunu qaytarır 1 ci liqanın bombardiri premyer liqa yolunda
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İmişli” MOİK-in futbolçusu Seyxan Fərəcovu transfer etmək niyyətindədi.
“Football-plus.az”ın məlumatına görə, Aran təmsilçisi nəinki 1-ci liqa klubunun, bu çempionatın bombardiri olan hücumçunu heyətinə qatmaqda israrlıdı.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Maraqlıdı ki, “pələnglər” sabiq futbolçusunu qaytarmaq üçün hazırda komandada olan, ancaq ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən futbolçulardan bir-ikisini də “hərbçilər”ə verməyə razıdı. Təki cari klubu Seyxanı “İmişli”yə satsın.
Futbolçunun özü də “pələnglər”in formasını geymək istəyir. O, özünü premyer-liqada sınamağa hazır hiss edir.
Maraq üçün qeyd edək ki, Seyxan Fərəcov başa çatmaqda olan ilin yayında MOİK-ə keçib. İndiyə qədər bu klubda 11 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan hücumçunun “hərbçilər”lə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 31 Dekabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















