Icma.az
close
up
RU
I Liqaya yolçu qalmasın Batan Gəmiyə Kapitan Axtarılır

I Liqaya yolçu qalmasın Batan Gəmiyə Kapitan Axtarılır

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daha öncə xəbər verdiyimiz kimi, dünən “Səbail”də ayrılıq yaşandı.

Komandanın baş məşqçisi Cavid Hüseynov istefaya göndərildi. Əslində, “Neftçi” ilə oyunsonrası mətbuat konfransında belə olacağı bəlli idi.

Mütəxəssis komandanın sahibsiz qaldığını, heç kimin kluba yiyə durmadığını söylədi. Nəticə etibarilə çox keçmədən istefaya göndərildi.

Bu gün isə yeni baş məşqçi bəlli oldu. Əslində, yeni deyil. Daha öncə də müvəqqəti olaraq bu vəzifəni icra edən, son olaraq da Hüseynovun köməkçisi kimi çalışan Elvin Məmmədovla mövsümün sonuna qədər müqavilə imzalandığı açıqlandı. 

Mövsümün sonu deyəndə niyəsə 6 aylıq sözləşmə olduğunu düşündüm. Sonra birdən yadıma düşdü ki, martın ortasındayıq. Hətta martda daha oyun qalmayıb, aprelə qədər fasilədi. Bu məntiqlə Məmmədov cəmi 2 ay iş görəcək.

İki ay üçün başqa alternativ var idimi? Məncə, yox. Heç kəs iki aylıq period üçün CV-sinə “I Liqaya yuvarlanan komandanın məşqçisi” cümləsini yazdırmaq istəməz. Hüseynov bunu bir dəfə yaşayıb. İkinci dəfə başına belə halın gəlməməsi üçün ağıllı addım atdı. Çıxdı mətbuatın qarşısına, hər şeyi danışdı. Özü də danışdıqlarından sonra istefaya göndəriləcəyini yəqin ki, bilirdi. Bildiklərini açıq şəkildə söylədi və son anda yaxasını qurtardı.

Həmin konfransda “Səbail” heç kimə lazım deyil” fikri də səsləndi. Klubun konkret azarkeş kütləsi yoxdusa, bu, mənim və ya başqasının problemidi? “Dənizçilər” 9 ildə 40-50 nəfərdən artıq fanat toplaya bilməyib.

Uğursuzluğun səbəbini bu tip şeylərdə axtarmaq doğru deyil. “Səbail” “Kəpəz”dən fərqli olaraq, gündə bir şəhərdə məşq etmir. Konkret stadionu, bazası var. Ev oyunlarını keçirdiyi məkan da bəllidi. 

Komandanın ümumi dəyəri “Şamaxı”dan daha yüksəkdi. Heyətində Madi Queta, Gitay Sofir, David Qomis kimi futbolçular var.

Amma Azər Bağırovun “Kəpəz”inin, Ayxan Abbasovun “Şamaxı”sının xallar qazandığı periodda “Səbail” aşkar autsayderdi. 2016-cı ildə təmiri yekunlaşan gəmi batmaq üzrədi. 

Təbii ki, hər gəmi öz kapitanı ilə birlikdə batır. Ötən mövsüm havaya sovrulan 10 milyonluq büdcədən sonra komanda avrokuboklara belə yollana bilmədi. Boşa xərclənən hər milyondan  sonra gəmidə bir dəlik yaranmağa başladı. Nəticədə su buraxmağa başlayan gəmini heç kəs bəyənmədi, sponsorlar üz döndərdi. 

İndi iş qalıb Məmmədova. Hüseynovun dediyi kimi, dəstək yoxdusa, Elvin bəy öz manevrləri ilə nəsə etməlidi. Edə bilsə, qəhrəman kapitan olacaq. Amma bacarmasa, gəmisi ilə batmağa məcbur qalacaq. 

“Səbail” “Şamaxı”, ya da “Qəbələ” deyil. I Liqaya yuvarlansa, çətin ki, yenidən yuxarı yüksəlsin. Elvin Məmmədov yeni başlayan məşqçilik karyerasına indidən “komandası elitanı tərk edən mütəxəssis” ünvanını əlavə etməyə çox yaxındı...

“Qarabağ”dan ev qələbəsi - YENİLƏNİB Emin Mahmudov “100”ü yarıladı "Bacardığımın ən yaxşısını etdim" "Neftçi” yarımfinala vəsiqə qazandı - YENİLƏNİB “Apasport"dan gələn sizsiz?” – AFFA-dan skandal münasibət
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://apasport.az
archiveBu xəbər 17 Mart 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri