IATA: Azərbaycanın aviasiya bazarında növbəti 10 ildə 40 faiz artım proqnozlaşdırılır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 13 may, AZƏRTAC
Azərbaycanın aviasiya bazarı qlobal göstəricilərlə müqayisədə daha qabaqlayıcı artım tempi nümayiş etdirir. Yeni texnologiyaların tətbiqi ilə Azərbaycanda milli aviasiyanın inkişafı müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş iqtisadçısı Maya Marçinyak Bakıda keçirilən “Aviasiya Enerji Forumu 2025”də deyib.
“Azərbaycanın aviasiya bazarı təkcə qlobal orta artım templərini üstələməyib, həm də son 10 ildə Şərqi Avropa ölkələrində müşahidə olunan dinamikanı qabaqlayıb. Növbəti 10 ildə əlavə 40 faiz artım proqnozlaşdırılır ki, bu da ölkədən gedən sərnişinlərin sayının artması hesabına mümkün olacaq. Bu, sektorda yüksək fəallığı əks etdirir. Daha çox insan Azərbaycan üzərindən səyahət edir, ölkəyə gəlir və yerli aviadaşıyıcıların xidmətlərindən istifadə edir. Artımın böyük hissəsi qeyd olunan sahənin maliyyə göstəricilərinə birbaşa müsbət təsir göstərir”, - deyə M.Marçinyak qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 13 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















