İbiza sahillərində 7 min ton dizel yanacağı daşıyan tanker batıb, bir nəfər ölüb
Icma.az bildirir, Apa.az portalına istinadən.
İspaniyanın İbiza adası yaxınlığında 7 min ton dizel yanacağı daşıyan tanker batıb. Hadisə nəticəsində ekipaj üzvlərindən biri ölüb.
“Reuters”in məlumatına görə, Malta bayrağı altında üzən “Med Emre” adlı kimyəvi tanker noyabrın 26-da səhər saatlarında İbiza adasından təxminən 25 dəniz mili (46 kilometr) şimal-şərqdə batıb.
İspaniyanın Balear adalarının fövqəladə hallar xidmətinin məlumatına əsasən, gəminin 17 nəfərlik heyətinin hamısı xilas edilib. Onlardan biri birbaşa İbizadakı “Can Misses” xəstəxanasına çatdırıldıqdan sonra ölüb.
Xilasetmə əməliyyatında üç helikopter və yaxınlıqda olan ticarət gəmiləri də iştirak edib.
Bu mövzuda digər xəbərlər:Liviya sahillərində miqrantları daşıyan qayıq batıb, 50 nəfər xilas edilib, 7 nəfər ölüb
18 Avqust 2026 12:18
Yunanıstan sahillərində miqrantları daşıyan iki qayıq batıb, 12 nəfər ölüb
19 Oktyabr 2026 13:25
Liviya sahillərində miqrant qayığı batıb, 38 nəfər ölüb
29 Aprel 2026 18:38
Toydan qayıdanları daşıyan qayıq batıb 14 nəfər ölüb
18 Fevral 2026 00:47
Tunis sahillərində miqrant qayığı batıb, azı 40 nəfər ölüb
23 Oktyabr 2025 13:27
Baxış sayı:46
Bu xəbər 26 Noyabr 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















