WP: ABŞ İsrailə 2,8 milyard dollar dəyərində ağır bombalar satmağı planlaşdırır
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 16 sentyabr, AZƏRTAC
ABŞ administrasiyası İsrailə təxminən 2,8 milyard dollar dəyərində ağır hava bombalarının satışı ilə bağlı müqavilə hazırlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, mümkün sövdələşmə çərçivəsində 20 min ədəd MK-84 və BLU-117 bombası, həmçinin 20 min ədəd BLU-109 nüfuzedici bombasının İsrailə satılması nəzərdə tutulur.
Nəşr bildirir ki, satışın ABŞ-nin Xarici Hərbi Maliyyələşdirmə mexanizmi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 2025-ci ilin yanvarında ABŞ Prezidenti Donald Tramp İsrailə 2 min funtluq bombaların tədarükünə əvvəlki administrasiya tərəfindən qoyulan məhdudiyyəti aradan qaldırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 16 Sentyabr 2026 05:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















