Icma.az
close
up
RU
İbrahim sazişləri ilə nə etməli?..

İbrahim sazişləri ilə nə etməli?..

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Ötən dəfələrdə mövzuya – "İbrahim sazişi” məsələsinə bir daha qayıdacağımızı yazmışdıq. Sözümüzün üstündə dururuq.

Qərəz, yenidən "Tarixi-müqəddəs” yazmaq cəhdi kimi yozulmasın, amma qeyd etmək vacibdir ki, dinlərə görə, İbrahim peyğəmbər indi deyilən kimi monoteizmi - təkallahlılığı müjdələyən ilk Tanrı elçisi olub. Buna görə də onu üç böyük dinin - iudaizmin, xristianlığın və islamın banisi hesab edir və xüsusi hörmət-izzətlə yad edirlər. 

O, həm də müqəddəs Kəbəni bərpa edən (və yaxud quran - düzünü illahiyyatçılar bilir), ən əsası da insanı Tanrı üçün qurbanlıq edən az qala min illik ənənəyə son qoyan ("İsmayıl qurbanı”) peyğəmbər olub.

Ondan başlayaraq insan daha Tanrıya qurban edilməyib, halbuki onadək bütün xalqların, ölkələrin və sivilizasiyaların tarixində olub bu – insanları xüsusi rituallarla Tanrılara qurban edirmişlər.   

Vaxtilə bunu bir neçə dəfə yazmışıq, çünki çox böyük dünya tarixçilərinin qeydinə görə, bu hadisəni insanlığın tarixində yeni eranın başlanğıcı, faktiki olaraq insan haqlarının bünövrəsi kimi qəbul etmək lazımdır – humanizm də demək olar, buradan başlayıb, o vaxta qədər insanların digər canlılardan fundamental fərqi yox idi.   

Daha bir detalı da qeyd edim ki, İbrahim həm də yəhudilərin və ərəblərin ulu babası sayılır. Bu adam böyük birləşdirici müqəddəs olub və ondan lazım gələrsə, özlərini müdafiə etmək, özlərinə qarşı münasibəti dəyişmək üçün nəinki yəhudilər, müsəlmanlar da (xüsusən müsəlmanlar, çünki biz müsəlmanlar xristianlarla, hətta yəhudilərlə müqayisədə zəifik) istifadə edə bilər. Bir daha deyirik: üç böyük dinin kökü bu adama bağlanır və bu detal həmin dinlər arasında müəyyən yaxınlıq yarada bilər.              

Həm də qarşıda daha bir ciddi siyasi məsələ var. Son günlərədək mediada tez-tez "İbrahim sazişi" haqda məsələ qabardılırdı. Bu, ABŞ prezidenti Donald Trampın təşəbbüsü sayılır və Yaxın Şərqdə onu reallaşdırmaq üçün artıq müəyyən cəhdlər edilib. Bir müddətdir belə mülahizələr dolaşır ki, guya Azərbaycanı, hətta Ermənistanı da sazişə cəlb etmək planları var. 

Bunun bütün təfərrüatlarını bilimirik, "İbarhim sazişi” haqda internetdə nə varsa, demək olar, oxumuşuq, amma istisna deyil ki, məsələnin yalnız böyük siyasətdə olan adamlara bəlli olan tərəfləri də mövcuddur. 

Bizəsə elə gəlir, məşhur Vaşinqton görüşündən sonra bu məsələ də aktuallaşa bilər, hər halda, tamam istisna etmək olmaz bunu, çünki ABŞ prezidenti Donald Tramp Azərbaycana da, Ermənistana da böyük "avans” etdi, xüsusən Azərbaycana çox isti münasibət sərgilədi. Burada 907-ci düzəlişi qeyd etmək yetər. O səbəbdən ki, Tramp bəzi politoloqların dediyi kimi, Azərbaycandan da məsafə saxlamaq fikrində olsaydı, bundan nəinki imtina edər, hətta 907-ci düzəlişi özünə bəhanə və siyasi sipər edərdi. 

Etmədi, əksinə nəinki Azərbaycanla Ermənistanın, hətta ABŞ-la Azərbaycanın da yaxınlaşması üçün ciddi jest etdi, hərçənd, belə fikirlər var ki, guya qoca Tramp bütün bunları Nobel mükafatı üçün etdi, fəqət, bizə elə gəlir belə yanaşma məsələni çox primitivləşdirmək olardı.

Odur, ABŞ prezidenti prinsipcə, əvəz də uma bilər – bu isə Bakı ilə İrəvanı "İbrahim sazişi”nə qoşmaq və yaxud da buna cəhd etmək kimi reallaşa bilər. 

Amma burada ciddi maneələr də var. İran bir yana (onu saymamaq da olar, hərçənd, bu, iranlı mühafizəkarların əlinə prezident Pezeşkianın Azərbaycana yönəlik siyasətinə mane olmaq üçün dəstək verə bilər), qardaş Türkiyə də sazişin əleyhinədir. Ona görə də Bakı sazişə qoşulmaq qərarı vərsə, ilk olaraq Ankaranı razı salmalıdır. 

Bizə elə gəlir, Türkiyə məsələdə müdriklik göstərməlidir; bəli, onun İsraillə müəyyən problemləri var, amma Ankara Təl-Əvivə münasibətdə İranı, necə deyərlər, "kopyalaya” bilməz. Tehran bu məsələdə ən radikal mövqe tutub və bu, molla ideologiyasının təməl daşlarından biridir.

O ki qaldı sırf "Fələstin məsləsi”nə, bir məsələ bizim üçün də qaranlıq qalır: 

Tutaq "İbrahim sazişi” İsrailə müsəlman dövlətlərinin münasibətini dəyişdi, bəs İsrailin Fələsitinə münasibəti necə, dəyişəcəkmi? Doğrusu, Netanyahu kabinetinin bu müstəvidəki siyasəti bunu göstərmir, hətta kənar siyasi müşahidəçi kimi bundan tamam narazıyam, çünki BMT-nin bu xüsusda tarixi qərarları var. İndi necə olsun? Hamısının üstündən xətt çəkilsinmi? 

Bəzən belə fikirlər səslənir ki, guya Azərbaycanı Fələstini müdafiə etməyə daha çox islam həmrəyliyi təhrik edir, amma belə deyil. Bakı bu məsələdə BMT-nin qərarlarını dəstəkləyir, çünki vaxtında tarixi qərar olub: bölgədə iki dövlətin - İsrailin və Fələstinin yaradılması haqqında... 

Üstəlik, az qala, əsrə yaxındır bunun üstündə böyük savaş gedir, fələstinli, hətta yəhudi uşaqlar da ölür və indi də ölməkdə davam edir bunun ucbatından. Necə olsun? Bütün bunlar tamamilə bekara imiş?..

Düzdür, Fələstin və fələstinlilərlə bağlı bəndənizim də xeyli iradı var. Səhv etmirəmsə, Yasir Ərəfat 2000-ci illərin əvvəllərində dünyasını dəyişdi. O vaxt bu haqda xüsusi yazı da yazmışdıq və rəhmətlik Mirzə Xəzər (onda artıq "Azadlıq” radiosunun "Azərbaycan redaksiyası”nın keçmiş direktoru) onu öz saytında yerləşdirmişdi. Sonuncunu bilirsiniz, niyə görə xüsusi vurğulayıram? Yəhudilər (Mirzə də yəhudi idi) Ərəfatı sevmir, onu nəinki Fələstin, hətta ərəb dünyasının tarixində ən böyük terrorçulardan hesab edirlər. 

Doğrusu, bu məsələdə vəkil ola bilmirəm, çünki özümü Yaxın Şərqin bütün problemlərinin mükəmməl bilicisi saymıram. Həm də düşünürəm ki, yüz illər ərzində dünya siyasəti indiki nisbətən abırlı formaya birdən-birə gəlib çatmayıb. Hətta özümdən də hərdən soruşuram: "Əcəba, siyasət və siyasətçilər yüz illər ərzində heç dəyişibmi?" İnanın ki, şəxsən özüm bu suala birmənalı "hə” deyə bilmirəm, çətinlik çəkirəm.

O ki qaldı konkret rəhmətlik Ərəfata, onun haqqında tək bunlar deyilmir, çox şeylər söyləyirlər. Məsələn, bir dəfə oxumuşdum ki, İsraillə daha bir müharibə uduzulanda Ərəfat guya qadın paltarında başqa ölkəyə qaçıbmış! 

Bunu oxuyanda yüngülcə gülmüşdüm: neyləmək olar? Görünür, can həqiqətən şirindir və siyasətçilər minlərlə, bəzən on, yüz minlərlə (Stalin deyiridi: bir adamın ölümü faciə, yüzününküsə statistikadır!) insanın canının qədrini bilməsələr də, öz canlarının qədrini çox gözəl bilirlər! Elə bu yaxınlarda gözümüzün önündə Bəşər Əsəd qaçmadımı (yaman çıxdı aradan! Halbuk Səddamın, Qəzzafinin aqibətini yaşamalıydı)? Və yaxud da düşünürsünüz ki, birdən fantastika gerçək olarsa, Rusiya da çökdürülüb nəzarətə götürülərsə, Putin qaçmayacaqmı? Elə qaçacaq ki! 

Vladimir Putin hətta Rusiyada tarixi araşdırmağı, təftiş etməyi də yasaq etdi. Yaxın keçmişdə rusiyalı tarixçilər iddia edirdi ki, müharibə vaxtı Stalin də Moskvanı tərk edibmiş, hətta çox məşhur paraddan kadrlar belə montajdan başqa bir şey deyilmiş...      

Burada yadıma keçmiş Yuqoslaviyanın hərbi canilərindən birinin aqibəti düşür: adam məhkəmə zalında uşaq kimi, hönkürərək ağlayırdı!..   

Odur, bütün deyilənlərə rəğmən, Ərəfat 20-ci əsrin böyük siyasi simalarından biri hesab edilir, özü də bunu mən yox, nüfuzlu dünya tarix və siyasət adamları deyir. Birincisi, ona görə ki, bu adam fələstinlilərin problemini dünyanın probleminə çevirə bildi. İkincisi, onun təkcə dəfn mərasimi nə qədər böyük adam olduğunu göstərdi: bəli, kimlər yox idi o mərasimdə...

Sözümün canı nədir? Ərəfat öləndən sonra Mahmud Abbas gəldi. Səhv etmirəmsə, adam iyirmi ildən çoxdur postundadır və deyəsən, onu kiməsə vermək fikrində deyil, çünki Fələstin Administrasiyasında heç bir seçki-filan keçirilmir məncə: çox istərdim, bu xüsusda səhv edim, di gəl, deyəsən, həqiqətən də belədir.

Belədəsə, demək olar ki, əksər Fələstin-İsrail müharibələrinin triqqeri fələstinli radikallar olur; müharibəni başlamaq və sonra da ağlamaq ki, bəs İsrail bizi qırır! Deyəsən, artıq bunların taktikasıdır bu... 

Ona görə də Qəzzada baş verənlərə görə tək İsrail təqsirkar deyil, təqsirin böyüyü HƏMAS-ın üzərindədir. Hətta əllərində Kim Çen İn kimi siyasi idbarın - xortdanın portretini tutan Qəzza əhli, HƏMAS kimi terrorçu təşkilata səs verən seçiçilər də mənəvi məsuliyyət daşıyırlar.

Odur ki, indiki reallıqlarla bağlı həqiqət nə tamamilə İsrailin tərəfindədir, nə fələstinlilərin, xüsusən, nə də HƏMAS-ın! Netanyahu kabineti və HƏMAS eyni dərəcədə məsuliyyət daşıyır – bu, Beynəlxalq Cinayət Məhkəməsinin qərarında da əksini tapıb. 

Üstəlik, İsrailin özündə nə qədər adam (aralarında keçmiş dövlət xadimləri də var) Netanhyahunu pisləyir, ona qarşı çıxırlar. Odur, "İbarihim sazişi” Netanyahuya (bəlkə Qəzza müharibəsi onun canını məhkəmələrdən qurtardı!) yox, İsrailə və xalqına dəstəkdir. 

Həm də biz bəzi ciddi geosiyasi təzyiqlərə görə bütün qeyri-Rusiya formatlarında iştirakımızı gücləndirməliyik. Bu formatlardan biri də ABŞ, hətta prezident Trampın layihələridir: Ermənistanla sülhün, xüsusən də Zəngəzur layihəsinin üstündə Trampın adının olması böyük məsələdir və bundan maksimum dərəcədə yararlanmlıyıq. 

Bunu Moskvaya qarşı demarş kimi qəbul etmək lazım deyil. Bizim Rusiyayla heç bir problemimiz yoxdur, çox təəssüf, Rusiyanın bizimlə "problemləri” var. Bizimsə müdafiə olunmaq həm hüquqmuzdur, həm də vəzifəmiz. Yoxsa Kreml bunu da yasaq edəcək bizə?

Hüseynbala Səlimov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:43
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Avqust 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see237

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see194

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see181

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see160

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see159

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see142

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see138

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see136

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see130

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see129

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see126

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see122

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see122

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see122

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see122

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see119

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see119

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see116

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see116

I Liqa: Səbail in Şamaxı sınağı, Şəfa MOİK ə qarşı

02 Oktyabr 2025 11:52see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri