Icma.az
close
up
RU
Azərbaycan “İbrahim Sazişləri”ndən nə qazanacaq?

Azərbaycan “İbrahim Sazişləri”ndən nə qazanacaq?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun Azərbaycan və Ermənistanın “İbrahim Sazişləri”nə qoşula biləcəyi barədə dedikləri bir çoxları üçün gözlənilməz səslənsə də, bu bəyanatın arxasında daha geniş bir siyasi plan dayanır.

“İbrahim Sazişləri” ilk baxışda ərəb ölkələrinin İsraillə münasibətlərini normallaşdırmaq məqsədi daşısa da, əslində bu platforma ABŞ-nin bölgədəki strateji maraqlarını təmin etmək üçün qurduğu yeni təhlükəsizlik və diplomatik şəbəkədir.

Azərbaycanın bu kontekstdə adının çəkilməsi təsadüfi deyil. Bakı ilə Təl-Əviv arasında uzun illərdir enerji, hərbi və texnoloji sahələrdə sıx əməkdaşlıq mövcuddur. Ona görə də İsraillə diplomatik münasibətlərin rəsmi şəkildə tam tanınması, əslində, artıq mövcud reallığın hüquqi çərçivəyə salınması ola bilər. Lakin bu məsələ təkcə Azərbaycan-İsrail münasibətləri ilə yekunlaşmır. Burada əsas məsələ ABŞ-nin bu sazişi Yaxın Şərqdən çıxarıb Cənubi Qafqaza qədər genişləndirmək niyyətidir. Yəni bu təşəbbüsün arxasında həm də Rusiyanın bölgədəki təsirini zəiflətmək, həm də İranın mövqeyini balanslaşdırmaq dayanır.

Hər şey göründüyü qədər sadə deyil

Amma məsələ bu qədər sadə deyil. Azərbaycan üçün bu sazişə qoşulmaq İranla münasibətlərdə ciddi gərginlik yarada bilər. Eyni zamanda, Qarabağ münaqişəsindən sonra bölgədə hələ tam formalaşmamış etimad mühiti də belə addımlar üçün hələ kifayət qədər yetkin deyil. Ermənistanın da adı çəkilsə də, bu, daha çox rəmzi bir mesaj kimi görünür çünki İrəvanın İsraillə münasibətləri tarixi olaraq həmişə soyuq olub.

Bu səbəbdən “İbrahim Sazişləri”nə qoşulmaq ideyası real olsa da, yaxın zaman üçün ehtiyatlı yanaşma tələb edən bir mövzudur. ABŞ bu addımı atmaqla Cənubi Qafqazda yeni bir geosiyasi xəritə cızmağa çalışır. Amma bu xəritənin nə dərəcədə reallaşacağı bölgədəki güc balansının və tərəflərin nə qədər siyasi iradə göstərəcəyindən asılı olacaq.

“Tramp bunu özünün ən böyük uğuru hesab edir”

Mövzu ilə bağlı "Cümhuriyət"-ə açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib ki, “İbrahim sazişləri”nin Azərbaycan və Ermənistan kimi ölkələrə tətbiqi, bizim bu sazişlərə qoşulacağımız təqdirdə əldə edəcəyimiz üstünlüklər barədə danışmazdan əvvəl bu təşəbbüsün mahiyyəti və fəlsəfəsi haqqında qısa şəkildə məlumat vermək vacibdir:

“ “İbrahim sazişləri” adlandırılan bu razılaşmalar İsrailin Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Misir, Sudan və Bəhreyn kimi müsəlman ölkələri ilə imzaladığı diplomatik sənədlər toplusudur. Bu təşəbbüs, ABŞ-nin prezidenti Donald Tramp dövründə irəli sürülmüş və Tramp bunu özünün ən böyük diplomatik uğurlarından biri kimi təqdim etmişdi. Bu sazişlərin əsas məqsədi İsraillə müsəlman dünyası arasında münasibətlərin normallaşdırılması və qarşılıqlı əməkdaşlıq mühitinin yaradılması idi.

Sazişə “İbrahim” adının verilməsi də təsadüfi deyil. Bu ad həm yəhudi, həm də ərəb mənəvi və dini irsinin ortaq simvolu olan İbrahim peyğəmbəri təmsil edir. Beləliklə, razılaşma həm dini, həm də mədəni baxımdan ortaq zəminə əsaslanaraq tərəflər arasında dialoqu və əməkdaşlığı təşviq edir".

“ABŞ daha çox üç əsas türk-müsəlman ölkəsinə diqqət edir”

Politoloq qeyd edib ki, ilkin mərhələdə bu sazişə əsasən daha çox ərəb və müsəlman ölkələri qoşulmuşdu. Lakin sonradan ABŞ-dəki bəzi siyasi dairələr bu təşəbbüsün digər qeyri-ərəb müsəlman ölkələrini də əhatə etməsi ideyasını ortaya atdı: 

"Hətta 2020-ci ildə Azərbaycanın da "İbrahim sazişi"nə qoşulacaq ölkələr arasında adı hallanırdı. Lakin həmin ilin sonunda Co Baydenin prezident seçilməsi ilə bu təşəbbüs dayandırıldı. Bayden administrasiyası İsrailin müsəlman ölkələri ilə münasibətlərinin inkişafına əvvəlki rəhbərlik qədər önəm vermədi.

Bu təşəbbüs Donald Trampın 2024-cü ildə yenidən prezident seçilməsi ilə yenidən aktuallaşmağa başladı. Bu dəfə daha geniş şəkildə İslam dünyası ilə İsrail arasında tərəfdaşlıq platforması kimi təqdim olunur. Bu modelin fəlsəfəsində qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq dayanır. Yəni, İsrailin texnoloji və elmi potensialı ilə İslam ölkələrinin təbii və insan resurslarının sintezi əsasında davamlı inkişafın təmin edilməsi hədəflənir.

Hal-hazırda Ermənistanın adı bu kontekstdə tez-tez hallansa da, ABŞ tərəfindən diqqət daha çox üç əsas türk-müsəlman ölkəsinə – Azərbaycan, Özbəkistan və Qazaxıstana yönəlib. Məsələn, 2025-ci ilin mart ayının 9-da ABŞ-də Konqresin 50-dən çox üzvü Prezident Trampa müraciət edərək, Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin, yəni Azərbaycan, Özbəkistan və Qazaxıstanın "İbrahim sazişləri"nə qoşulmasının təşviqini təklif etdilər”.

Azərbaycan bu kontekstdə həm strateji coğrafi mövqeyi, həm enerji potensialı, həm də İsraillə artıq formalaşmış güclü tərəfdaşlığı səbəbilə xüsusi əhəmiyyət daşıyır: 

“Qeyd edilməlidir ki, ABŞ-də fəaliyyət göstərən yəhudi lobbiləri də mart ayında Azərbaycana dair xüsusi müraciətlə çıxış edərək, bu ölkənin İbrahim sazişinə daxil edilməsini və bununla bağlı ABŞ-nin “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin ləğvini təklif etdilər".

"İbrahim sazişləri" Azərbaycanın maraqları kontekstində

Politoloq hesab edir ki, "İbrahim sazişləri" Azərbaycanın maraqları baxımından bir neçə istiqamətdə faydalı ola bilər:

““907-ci düzəliş”in ləğvi - Azərbaycanın müdafiə və təhlükəsizlik imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Bu düzəliş uzun illərdir ki, Azərbaycana qarşı birtərəfli və ədalətsiz bir məhdudiyyət kimi qiymətləndirilir.

İsraillə əməkdaşlığın dərinləşməsi – Azərbaycanın İsraillə artıq mövcud olan sabit və dinamik iqtisadi münasibətləri daha da güclənə bilər.

ABŞ ilə münasibətlərin inkişafı – Azərbaycanın bu sazişə qoşulması ABŞ ilə strateji tərəfdaşlığın yeni mərhələyə keçməsinə və daha geniş siyasi dəstək qazanmasına imkan verə bilər.

Beynəlxalq mövqelərin möhkəmlənməsi – Qlobal iqtisadi və siyasi təlatümlərin artdığı bir dövrdə Azərbaycanın öz mövqelərini gücləndirməsi və strateji müttəfiqlərlə daha sıx inteqrasiyası vacibdir.

Nəticə olaraq, Azərbaycanın İbrahim sazişinə qoşulması həm regional, həm də beynəlxalq siyasətdə mövqelərimizi gücləndirə, həmçinin iqtisadi və təhlükəsizlik baxımından yeni imkanlar aça bilər".
Səbinə Uğur
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 May 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri