Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ölümdən sonra insanı nə gözləyir?

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Ötən onilliklərin solmayan kinolentləri

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Azərbaycan “İbrahim sazişləri”nə dəvət olunur

Azərbaycan “İbrahim sazişləri”nə dəvət olunur

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanın “İbrahim sazişləri”nə (Ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlər) qoşulması bir müddətdir ki, müxəlif səviyyələrdə gündəmə gətirilir və müzakirə olunur. Bu günlərdə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib ki, Azərbaycanın yaxın zamanda “İbrahim sazişləri”nə qoşulması geosiyasi mənzərəni dəyişəcək. Onun sözlərin görə, Azərbaycan təkcə Birləşmiş Ştatlarla yaxınlaşmağa deyil, eləcə də Ermənistan və İsraillə sazişlər bağlamağa (İbrahim sazişlərinə qoşulmaq - red.) çalışır. Bu, nəinki Amerika biznesi üçün geniş kommersiya imkanları açacaq, həm də geosiyasi mənzərəni dəyişəcək.

Bundan əvvəl mart ayında ABŞ-ın 50-dən çox yəhudi ravvini “İbrahim sazişləri”nin genişləndirilməsi və türk dövlətlərini (Azərbaycan, Qazaxıstan və Özbəkistan) ora daxil etməklə bağlı ABŞ Prezidenti Donald Trampa müraciət ediblər.
ABŞ-ın “Forbes” jurnalında bununla bağlı dərc edilən məqalədə vurğulanıb ki, Azərbaycanın “İbrahim sazişləri” çərçivəsinə qoşulacağı müzakirə edilir. Yazıda “İbrahim sazişi” çərçivəsinə qoşulmaq üçün namizəd olan ölkələrdən birinin Azərbaycan olduğu qeyd edilib.

Cari ilin may ayında isə Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff  Azərbaycan və Ermənistanın “İbrahim razılaşmaları”na mümkün dəvəti ilə bağlı açıqlama verib. O bildirib ki, Azərbaycan yaxın zamanda “İbrahim sazişləri”nə  qoşula biləcək ölkələr sırasındadır. Onun fikrincə, növbəti bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya, Livan qoşula bilər: "Mənim proqnozum odur ki, tezliklə Livanda və hətta Suriyada normallaşma potensialını görəcəyik. Bu, Liviya ilə də baş verə bilər. Mən ölkələrin “İbrahim sazişləri”nə qoşulmasından danışıram, bu, Azərbaycan və Ermənistanla da baş verə bilər".

Uitkoff vurğulayıb ki, Azərbaycan və Ermənistan münaqişənin nizamlanmasına yaxındırlar.

Ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılmasını nəzərdə tutan bu sazişlər 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsraillə bir neçə ərəb dövləti - BƏƏ, Bəhreyn, Mərakeş arasında imzalanıb. Müqavilələr İslamın, yəhudiliyin və xristianlığın hamı tərəfindən tanınmış sələfi İbrahimin adını daşıyır və o, dinlər arasında sülh arzusunu simvollaşdırır.

Azərbaycanla İsrail arasında yüksək səviyyədə münasibətlər mövcuddur və ölkəmiz İslam dünyasında İsrailin ən etibarlı tərəfdaşlarından biridir. Eyni zamanda, ölkəmiz İslam dünyasının bir parçası, dünyada müsəlman həmrəyliyinin, dinlər, mədəniyyətlərarası dialoqun təşviqində, güclənməsində mühüm rol oynayan dövlətdir. Azərbaycan bu gün təkcə Cənubi Qafqazın əsas gücü deyil, beynəlxalq aləmdə, İslam dünyasında söz, nüfuz sahibidir, həmçinin Şərqlə bağlı da aktiv siyasət həyata keçirir. Bütün bu və digər məqamlar Azərbaycanın “İbrahim sazişləri”ndə olmasını zəruri edən amillər sırasındadır.

Bəs Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması mümkündür? Ölkəmiz bu sazişlərin tərkib hissəsi olarsa, bunun nə kimi əhəmiyyəti olacaq?

Mövzu ilə bağlı “525”ə danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, hazırda Yaxın Şərq kimi mürəkkəb bir regionda böyük və qalıcı sülhün əldə olunması üçün müxtəlif ideyalar, layihələr irəli sürülür. Çünki 1947-ci ildə İsrail Dövlətinin yaradılmasından sonra bu günə qədər Yaxın Şərqdə bütün tərəfləri qane edəcək, sülhə gətirəcək ideya ortada yox idi. Amma hazırda belə bir ideya var və  bu, bir sıra ərəb ölkələri ilə imzalanmış “İbrahim sazişləri”dir.

Deputatın sözlərinə görə, Azərbaycanın həmin sazişlərdə olması aktual məsələlərdən biridir: “Məsələni aktual edən proseslər ondan ibarətdir ki, Azərbaycan yeni statusda İslam dünyasının yeni lider ölkələrindən birinə çevrilməkdədir, sırf siyasi, diplomatik və beynəlxalq nüfuz kontekstində. Nəzərə almaq lazımdır ki, son dövrlərdə Suriyada yaranan yeni vəziyyət, bu ölkədə vətəndaş müharibəsinin bitməsi Azərbaycanın da Yaxın Şərq və Körfəz ölkələrinə ciddi açılış həmlələri etməsi ölkəmizi həm də Yaxın Şərqin aparıcı aktorlarından birinə çevirməkdədir. Azərbaycan-Türkiyə tandeminin də Türk- müsəlman dünyasında və bütövlükdə müsəlman şərqində oynadığı rol danılmazdır. Ona görə də bu kontekstdə yanaşanda əlbəttə ki, əgər böyük “İbrahim sazişi”nin fəlsəfəsi sülhdürsə və bütün səmavi dinlərin atası – İbrahim peyğəmbər hesab olunursa, yəni İslam dini, xristian dini, yəhudilik İbrahimi dindar adladırırdı - belə olan halda, vahid təmas nöqtəsi tapıb, qalıcı sülh inşa etmək mümkündür. Ona görə də düşünürəm ki, həm ümumi İslam və müsəlman şərqi mənafeyi baxımından yanaşanda, həm də Azərbaycan-İsrail münasibətləri kontekstində ölkəmiz bu sazişə qoşula, yaxud öz davranışları, imkanları ilə Yaxın Şərqdə sülhün qalıcı olmasına böyük töhfələr verə bilər. Biz bu günlərdə artıq onun müxtəlif əlamətlərini görürük. Məsələn, böyük “İbrahim sazişi”nə gedən yolda Türkiyə-İsrail nümayəndələri Bakıda görüşürlər. Suriya-İsrail nümayəndələri də Bakıda görüşürlər. Belə olanda artıq Azərbaycan bu prosesin tərkib hissəsinə çevrilməkdədir. Nəzərə almaq lazımdır ki, Yaxın Şərq və Şimali Afrika Azərbaycanın xarici siyasətinin yeni paradiqmalarından biri kimi müəyyən edilib. Bu istiqamətdə Azərbaycan tarixdə görünməmiş həmlələr edir. Bu, bizim milli maraqlarımıza uyğundur. Əgər siyasi qərar bu yöndə qəbul edilərsə, mənə elə gəlir ki, ümumi mənafelərimizə xidmət etmiş olar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://525.az
archiveBu xəbər 18 İyul 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see292

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see215

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see196

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see176

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see173

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see173

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see173

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see172

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see172

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see171

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see171

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see171

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see170

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see169

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see168

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see168

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see167

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see167

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see166

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri