İcma Avropa Şurasının ali komissarını ikili standartlar siyasətinin girovu olmamağa çağırıb
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa Şurasının İnsan hüquqları üzrə ali komissarı Maykl O’Flaertinin “Avropa Şurası Parlament Assambleyası” adlanan qurumda Ermənistandan olan deputatların suallarına verdiyi cavablar onun məsələlərdən tam xəbərsiz olduğunu göstərir.
Missiya.Az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin bildirilib:
“Ali komissarın ermənilərin Azərbaycana qayıdışı məsələsinə toxunub Qərbi azərbaycanlıların Ermənistana öz dədə-baba yurdlarına qayıdışından bəhs etməməsi qəbuledilməzdir. Biz ali komissarı insan hüquqlarına münasibətdə bir sıra Qərb təsisatlarında dərin kök salmış ikili standartlar siyasətinin girovu olmamağa çağırırıq.
Bundan əlavə, Ali komissar, hazırda Bakıda davam edən məhkəmə ilə bağlı cəzasızlığı təşviq edən açıqlamalar verməməli, əksinə Ermənistan hakimiyyətini öz ərazisində olan hərbi caniləri, o cümlədən bu gun törədilməsindən 33 il keçən Ağdaban faciəsinin günahkarlarını mühakimə etməyə çağırmalı, “Azərbaycanlıları qovmaqla 600 ilik tarixi məqsədə nail olduq” deyə qürrələnən Ermənistanın birinci prezidenti Levon Ter Petrosyandan izahat tələb etməli, Azərbaycan xalqının dini-mədəni irsinin acınacaqlı vəziyyətinin monitorinq edilməsi, azərbaycanlılara qarşı xüsusən mediada və ictimai diskursda tüğyan edən etnik nifrət hallarının araşdırılması üçün Ermənistana səfər etməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 08 Aprel 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















