Icma.az
close
up
RU
Статья не опубликована
İcma sədri: Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir

İcma sədri: Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Əzəli və əbədi dədə-baba yurdumuz olan Qərbi Azərbaycan azərbaycanlılar üçün sadəcə coğrafiya, torpaq deyil, həm də qədim türk yurdudur. Bu torpaqlar xalqımızın minillik tarixi, mədəniyyəti, folklorunun formalaşdığı yerdir. Son illər də bu istiqamətdə tarixi addımlar atılır, irimiqyaslı fəaliyyətin şahidi oluruq. Qərbi Azərbaycan İcması (QAİ) da bu tarixi ədalətin qorunması və bərpası istiqamətində müntəzəm işlər görür.

"Report" Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının gələcək strategiyaları və ötən il görülən işlər barədə İcmanın sədri, deputat Əziz Ələkbərli ilə danışıb:

- Əziz müəllim, QAİ 2024-cü il ərzində Qərbi Azərbaycandakı mədəni irsin bərpası və qorunması istiqamətində hansı addımları atıb?

- İcma özünün əsas fəaliyyət sənədi olan Qayıdış Konsepsiyasında qarşısına qoyduğu vəzifələri addım-addım həyata keçirir. Təbii ki, bu, Qərbi Azərbaycandakı mədəni irsin bərpası və qorunması istiqamətindəki işlərə də aiddir. Doğrudur, biz bununla bağlı UNESCO-nun rəhbərliyinə dəfələrlə müraciət etmişik və hətta müraciətimizin BMT-nin rəsmi sənədi kimi yayılmasına da nail olmuşuq. Amma vəzifəmizi bununla bitmiş hesab etmirik. Biz erməniləri və 30 ildən artıq onlara havadarlıq edən, Azərbaycan ərazilərinin uzun illər işğal altında saxlanmasına ikili standartlarla yanaşan Qərb dövlətlərini yaxşı tanıyırıq. Artıq bu istiqamətdəki bəzi araşdırma və monitorinqlərimizi yekunlaşdırmışıq, digər məsələlər üzərində də işimiz davam edir. Strategiyamız aydındır: dinc yolla, təhlükəsizliyimizin təmin olunması şərtilə və ləyaqətlə ata-baba yurdumuza mütləq qayıdacağıq. Bir onu deyə bilərəm ki, ermənilərin bütün vandallıqları ortaya qoyulacaq, onları da, onlara havadarlıq edənləri də şok sürprizlər gözləyir.

- Ümumiyyətlə, Ermənistanın və onun havadarlarının hazırkı destruktiv mövqeyi fonunda Qərbi Azərbaycana dinc yolla qayıdışı real hesab edirsinizmi?

- Ermənistan rəhbərliyinin və erməni xalqının Qərbi Azərbaycan qaçqınlarının öz ata-baba ocaqlarına qayıdışını əngəlləyə biləcəklərini real hesab etmirəm. Əgər qarşı tərəf bizim evlərimizə, kəndlərimizə dinc yolla qayıdışımızı təmin etsələr, özlərinin regionda qalıb yaşamaq şanslarını da təmin etmiş olarlar. Ata-baba yurdumuza qayıdışımıza mane olacaq, bunun qarşısını ala biləcək bir güc yoxdur. Azərbaycanı alternativ yollar axtarmağa məcbur etməsinlər. Biz dinc yolla qayıtmaq istəyirik.

- Fransa, ABŞ kimi qüvvələr özlərinin regional siyasətləri ilə həm də Qərbi Azərbaycana qayıdışa mane olmağa çalışırlar. İcma bu istiqamətdə hansı işləri görür?

- Fransa, ABŞ kimi dövlətlər 30 il ərzində Azərbaycana və xalqına qarşı edə bildikləri qədər düşmənçilik etdilər. Nəticəsi nə oldu? Azərbaycan onların bütün cəhdlərinə rəğmən öz gücü ilə suveren ərazilərini işğaldan azad etdi, üstəlik, bölgədə 200 illik erməni strategiyasını darmadağın elədi. Bu məsələdə bizə mane ola bilməyənlər bundan sonra da heç bir məsələdə mane ola bilməyəcəklər. Xüsusilə Qərbi Azərbaycana qayıdış məsələsində. Qərbi Azərbaycana qayıdış bizim bütün beynəlxalq sənədlərdə təsbit olunan təməl hüququmuzdur və bu qayıdış olacaq!

- Qərbi Azərbaycan ərazisindəki Azərbaycan mədəni irsinin erməni mədəni irsi kimi təqdim edilməsi, ümumilikdə, erməni cəmiyyətində bu və digər formada Azərbaycanofob münasibətin formalaşması barədə nə deyə bilərsiniz?

- Ermənilər təkcə Qərbi Azərbaycan ərazisindəki Azərbaycan mədəni irsini adlarına çıxmaqla kifayətlənmirlər ki? Erməni soyadlarının tədqiqatçısı kimi deyə bilərəm ki, onların 70 faizi Azərbaycan-türk, 25 faizi isə xristian və qədim alban adlarından ibarətdir. İçərisində də 5-10 erməni sözü ola, ya olmaya. O ki qaldı Qərbi Azərbaycandakı abidələrimizin erməniləşdirilməsinə, bununla onlar keçici bir dövr üçün ancaq özlərini aldadırlar, çünki o abidələrin müxtəlif tarixi mənbələrdə həm təsvirləri, həm də Azərbaycan xalqına mənsubluğu haqqında kifayət qədər məlumatlar var. Erməni cəmiyyətində bu və digər formada Azərbaycanofob münasibətin formalaşması məsələsinə gəldikdə isə onillər, yüzillər boyu onları belə tərbiyə ediblər və bu “tərbiyə” onları çıxılmaz dalana dirəyib, bu dalanda vurnuxub qalıblar, bu dalandan çıxa bilmirlər, özlərini divardan-divara vururlar.

- İşğal dönəmində Ermənistan tərəfi Şuşada Yuxarı Gövhər Ağa məscidinin ona məxsus olduğunu iddia edirdi. İndi oxşar hal İrəvandakı Göy Məscidlə bağlıdır. Bu konteksdə fikirlərinizi bilmək istərdik.

- Göy Məscid İrəvan sərdarı Hüseynəli xan Qacar tərəfindən 1764-cü ildə istifadəyə verilib. İrəvan şəhərinin mərkəzi məscidi olub, hətta İrəvan və Naxçıvan xanlıqları ərazisindəki məscidlərə din xadimləri buradan təyin olunub. Bu məscidlə, onun fəaliyyəti ilə bağlı əlimizdə külli miqdarda sənədlər var. İndi bu gün ermənilərin onu özününküləşdirə bilməyib, “fars məscidi” kimi qələmə verməsi gülüş doğurur. Çünki İrəvan şəhərində tarix boyu farslar yaşamayıb. Buranın əhalisinin Azərbaycan türkləri olduğunu inkar etmək ermənilərin Nuh peyğəmbərin guya ermənicə danışmasını iddia etmələri qədər gülüncdür.

- Ümumiyyətlə, dünya mediası Qərbi Azərbaycana qayıdış məsələsinə laqeyd münasibət bəsləyir. Sizcə, bu münasibətin kökündə nə durur?

- Əlbəttə, bu münasibətin kökündə ilk növbədə Azərbaycanın bir çox dünya güclərinin istəyinə rəğmən, 30 il işğal altında olan torpaqlarını azad edib suverenliyini bərpa etməsi durur. Həmin dövlətlər Azərbaycanın regionda müstəqil siyasət yeridən güclü ölkə olmasını hələ də həzm edə bilmirlər.

- Bu yaxınlarda ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı ölkəsinin mümkün addımlarına dair suallardan yayındı. Bu barədə də fikrinizi bilmək istəyərdik.

- Burada təəccüblü heç nə görmürəm, əksinə, ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı mümkün addımlarına dair suallardan yayınmasa idi, bu, təəccüb doğurardı. ABŞ-nin Bakıdakı səfirliyi durub nə desin? Desin ki, Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasətini pisləmək əvəzinə, 30 il dəstəkləyiblər, ya çıxıb desin ki, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılması prosesi dünyanın gözü qarşısında baş versə də, onlar buna göz yumublar. Hətta Ermənistan bu vandallıqları bəlkə də, onlardan aldıqları vəsait hesabına ediblər. Bunu etiraf edə bilmirlər axı! Ona görə də suallardan yayınırlar, buna məcburdurlar.

- Milli Məclisdə Qərbi Azərbaycanla bağlı komissiyanın formalaşmasına münasibətiniz necədir və onun fəaliyyət istiqamətləri nədən ibarət olacaq?

- Milli Məclis Qərbi Azərbaycana qayıdış məsələsinə həmişə həssas münasibət bəsləyib. Bu günə qədər parlamentdə bu məsələ ilə bağlı altı dəfə ictimai dinləmə keçirilib. Buna görə spikerə, deputatlara təşəkkür edirik. Parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılmasını son dərəcə yüksək qiymətləndiririk. Bu, bizə Qərbi Azərbaycana Qayıdış məsələsini parlament diplomatiyası vasitəsilə beynəlxalq müstəviyə çıxarmaqda çox böyük köməklik göstərəcək. Bu istiqamətdə artıq ilk uğurlu addımlarımızı atmışıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Yanvar 2025 01:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri