İcma sədri: Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqdan cəmi ikisinin varlığı müəyyən edilib
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqda apardığımız monitorinqlər nəticəsində onlardan cəmi ikisinin varlığı müəyyən edilib
"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son 200 illik təcrübə göstərir ki, ermənilər hər zaman Azərbaycanın tarixini məhv etmək, mədəni irsini yoxa çıxartmağa çalışıblar:
"Bizim Qərbi Azərbaycanda 600 qəbiristanlıqda keçirtdiyimiz monitorinqin nəticələri göstərdi ki, onlardan 450-nin heç izi də qalmayıb. 150-ə yaxın qəbiristanlığın isə sadəcə dağıntıları qalıb və bərpa etmək demək olar, mümkünsüzdür. Cəmi iki qəbiristanlığı müəyyən edə bildik".
Ə.Ələkbərli bu istiqamətlərdə işlərin davam etdiyini vurğulayıb: "Hazırda məscid və türbələrdə monitorinqlər aparılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 28 Noyabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















