İcra başçısı iclasda məmuru danladı: “Şəhərdə dağıtmadığınız küçə qalmayıb” Video
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iclasda Mingəçevir Su Kanal İdarəsinin rəis müavini Mustafa Kərimova iradlar bildirib.
Yeniavaz.com xəbər verir ki, icra başçısı cari ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş iclasda İdarə tərəfindən yaşıllıq sahələrinə verilən suların xəbərdarlıqsız kəsilməsinin doğru olmadığını bildirib:
“O su xətlərini kim çəkib ora? Sizin xəttə kim müdaxilə edib ki, indi Elmar müəllim (Elmar Əhmədov – Mingəçevir Su Kanal İdarəsinin rəisi – red.) gəlib onları aşkarlayır, xəbərdarlıqsız kəsir, hələ cərimə də yazır idarəyə. Başa düşmədim. Birincisi, yaşıllıq sahələrinə qulluq etmək üçün idarə var və oraya suvarma suyu verilirsə, kəsmək yox, həll etmək lazımdır. Sayğacı qoy, pulunu ödəyək. Yaşıllığı mən batıra bilmərəm. Elmar da yaşıllığı özü ilə buraya gətirməyib. Həm kəsirsən, həm də sosial mediada yayırsan. Sizə aid nə qədər nöqsan var. Şəhərdə dağıtmadığınız küçə qalmayıb. Bir dənə küçənin asfaltından ötrü məhkəməyə verəcəyik sizin idarəni, oradan alınan pul ilboyu yaşıllığı suvarmaq üçün istifadə olunacaq”, - İ. İsmayılov bildirib.

Elmar Əhmədov
İcra başçısı çıxışının davamında da mövzu ətrafında danışıb.
Daha ətraflı:
Esmira Hidayətova, Mingəçevir
Bu mövzuda digər xəbərlər:İcra başçısı məmuru qəbiristanlıqda danladı: “Camaatın ağzından vurmayın”
28 Sentyabr 2026 17:35
Yeni icra başçısı daha bir məmuru işdən çıxardı
10 Dekabr 2025 17:05
Şəhərdə küçə döyüşləri gedir Baş Qərargah rəisi açıqladı
16 Mart 2026 21:28
Ağ şəhərdə uçqun oldu VİDEO
22 May 2026 08:48
Baxış sayı:135
Bu xəbər 31 İyul 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















