Icma.az
close
up
RU
“İcra başçısı mənə bu haqda məlumat verməyib” Deputat

“İcra başçısı mənə bu haqda məlumat verməyib” Deputat

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Balakən rayonunun yeni loqosunun hazırlanması nəzərdə tutulur. Bununla bağlı Balakən Rayon İcra Hakimiyyətinin rəsmi saytında məlumat yer alıb. 
Qeyd olunub ki, bununla əlaqədar olaraq rayonun tarixini, mədəniyyətini, adət-ənənəsini, memarlığını, multikultural dəyərlərini və digər özünəməxsus xüsusiyyətlərini özündə əks etdirən layihələrin hazırlanaraq rayon icra hakimiyyətinə təqdim edilməsi üçün sakinlərə, yaradıcı insanlara müraciət olunub. Rayonun hər bir sakini bu mühüm və vacib layihədə yaxından iştirak edə, öz uğurlu təklifi və layihəsi ilə müraciət edə bilər.
Balakən rayonundan Milli Məclisə deputat seçilən Nəsib Məhəməliyev AZXEBER.COM-a deyib ki, bununla bağlı heç bir məlumatı yoxdur:
"Mən dünən Balakəndə olmuşam və icra başçısı ilə görüşümüz zamanı mənə heç bir məlumat verilməyib. Xəbəri ilk dəfə sizdən eşidirəm”.
Deputat yeni loqo ilə bağlı təklif irəli sürə biləcəyini bildirib:
"Balakənin tarixini, milli-mənəvi xüsusiyyətlərini, insanların əmək vərdişlərini və mental dəyərlərini yaxşı tanıyan bir insan kimi, siravi bir baləkənli olaraq fikirlərimi bildirə bilərəm. Rayonun spesifik xüsusiyyətlərini, adət-ənənələrini və tarixi abidələrini nəzərə alan təkliflər irəli sürülməlidir. Lakin bu məsələ ilə bağlı mənə heç bir müraciət olunmayıb”.
Parlamentari qeyd edib ki, hər bir loqo həmin rayonun tarixi və mədəni xüsusiyyətlərini əks etdirməlidir:
"Hər bir loqo həmin rayonun tarixi və mədəni xüsusiyyətlərini əks etdirməlidir. Çünki loqo rayonun simvolik mənada bir pasportudur”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri