Icma.az
close
up
RU
İcra başçısı vəzifəsindən azad edilməlidir! DEPUTAT

İcra başçısı vəzifəsindən azad edilməlidir! DEPUTAT

Icma.az bildirir, Modern.az portalına istinadən.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.

İcra başçısının müavini Nadir Muradov, rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, İcra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov cənayət məsuliyyətinə cəlb edilib.
Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Hazırda istintaq davam edir, vəzifəli şəxslərin dindirildiyi bildirilir və yaxın günlərdə yeni saxlanılmaların ola biləcəyi istisna edilmir.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat keçirdiyi İcra Hakimiyyətini uzun illərdi ki, Süleyman Mikayılov rəhbərlik edir.
İcra başçısının müavini, eləcə də müvafiq şöbələrin əməkdaşları saxlanıldığı halda, Süleyman Mikayılovun kənarda qalması müzakirə doğuran suallar yaradıb.

Modern.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki,  cinayət əməlində əli olmasa da, mənəvi məsuliyyət daşıdığına görə icra başçısı vəzifəsindən azad edilməlidir:

"Müavini qanunazidd əməllər törədib və çox ciddi ittihamlarla həbs olunubsa, təbii ki, burada icra başçısı da məsuliyyət daşıyır. İstintaq orqanı icra başçısının cinayət əməlində işbirliyini aşkarlasa və ən azı bu barədə xəbərinin olduğu bilinsə, onda o da məsuliyyətə cəlb ediləcək. O da ola bilər ki, müavin başçıdan kənar fəaliyyət göstərərək qanunazidd əməl törədib, rüşvət alıb və ya hər hansı bir cinayət əməli işləyib, başçının xəbəri yoxdur. Lakin başçının xəbərinin olmaması da onu məsuliyyətdən azad etmir. Ən azından tutduğu vəzifəyə uyğunsuzluq var. Təbii ki, o, vəzifəsindən çıxarılmalıdır. Çünki həmin quruma rəhbərlik ona tapşırılıb. Onun rəhbərlik etdiyi kollektivdə qanunazidd, cinayət əməlləri baş verirsə, icra başçısı ən azı mənəvi məsuliyyət daşıyır. Həmin məsuliyyətə görə tutduğu vəzifəyə uyğunsuz olduğundan o da vəzifəsindən kənarlaşdırılmaldır".

Deputat vurğulayıb ki, vəzifə tapşırılan məmurlar öz işini vicdanla yerinə yetirməlidirlər:

"Prezidentin həmişə çağırışı olub ki, bu şəxslər xalqın xidmətçisi olmalıdırlar. Onlara vəzifə ayrıca imtiyaz vermir. Bilavasitə insanlarla işləyirlərsə və rayon rəhbərliyi o şəxslərə tapşırılıbsa, bunun məsuliyyətini dərk etməlidirlər. Onlara tapşırılan vəzifəni ləyaqətlə, vidanla yerinə yetirməlidirlər. Təəssüflər olsun ki, bu sahədə neqativ hallar var. Artıq neçənci İcra hakimiyyəti başçısıdır ki, cinayət məsuliyyətinə cəlb edilir. Ümumilikdə, indiyə qədər 10 icra başçısı məsuliyyətə cəlb edilib. Bir tərəfdən bu, dövlət strukturlarında cinayət əməlləri törətmiş şəxslərə qarşı ciddi tədbirlərin görülməsindən xəbər verir və təbii ki, təqdirəlayiqdir. Hər kəs öz əməlinə görə məsuliyyət daşımalı və cinayət əməli törədibsə, məsuliyyətə cəlb edilməlidir. Eyni zamanda digərləri də bundan nəticə çıxarmalıdırlar ki, heç bir halda üzərinə götürdüyü vəzifəni lazımı formada icra etməmək olmaz. Rayon rəhbərliyi sənə tapşırılıbsa, burada baş verən bütün neqativ məsələlərə görə məsuliyyət daşıyırsan və sən çalışmalısan ki, ən azından səni vəzifəyə təyin edənlərin etimadını doğruldasan".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Noyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri