Icma.az
close
up
RU
İcra başçısı özü özünü ifşa edib... Foto

İcra başçısı özü özünü ifşa edib... Foto

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zaman-zaman bəzi icra başçılarının atdığı addımlar cəmiyyətdə müzakirələrə səbəb olması ilə yanaşı, bəzən qıcıq da yaradır. Bəziləri özünü yaxşı işləyən məmur kimi təqdim etməyə çalışsa da, sonradan bunun heç belə olmadığını görmüşük.

Məsələn, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov “Ay Laçın” şeirini elə bağıraraq deyirdi ki, fikirləşirdik, bundan vətənpərvəri yoxdur. Amma sonra rüşvət və korrupsiyaya görə tutuldu...

“Qafqazinfo”nun məlumatına görə,  4 il əvvəl DTX icra başçılarına qarşı əməliyyat keçirdiyi ərəfədə Kürdəmirin icra başçısı Ceyhun Cəfərov rayonda iclas keçirib demişdi ki, “Əgər bu məsələlər kimdəsə varsa, tamamilə yığışdırılsın. 5 ay ərzində DTX tərəfindən icra başçıları həbs olunub. Mən istəməzdim bizim rayonumuzda da belə hallar baş versin”.

Qısa müddət sonra DTX Ceyhun Cəfərovu da saxladı. Səbəb yenə eyni idi - rüşvət, korrupsiya, mənimsəmə...

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin də adını əlavə edib siyahını uzatmaq olar, amma mövzumuz tutulan rayon rəhbərləri deyil, onların əməlləridir.

Bir müddət əvvəl Qaxın icra başçısı Musa Şəkiliyev də vətəndaş qəbulu ilə bağlı gündəmə gəlmişdi. Rayon rəhbəri özü oturub ağacın kölgəsində, vətəndaşları isə sınıq-saxlaq stullarda günün altında saxlamışdı.

Özünü şah, müavinlərini vəzir hesab edən Musa bəy günün istisində insanların sağlamlığını heçə sayaraq, onlara vətəndaş kimi yox, qultək yanaşmışdı.

Belə təfəkkürdə olan bir məmurun təbii ki, rüşvət almadan, korrupsiyaya bulaşmadan işləməsinə heç kim inana bilməz. Demək olar ki, özlərini öz əməlləri ifşa edir.

Elə bunun nəticəsidi ki, Dövlət Təhlükəsizliyi Xidməti bu dəfə də Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevi saxlayıb. Barəsində korrupsiya və digər vəzifə cinayətləri ilə bağlı araşdırma aparılan 66 yaşlı məmur indi daha sərin yerdə DTX-nin inzibati binasındadır...

Sail Ağasəlim


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 İyun 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri