Icma.az
close
up
RU
Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib FOTO

Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib FOTO

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gədəbəy İcra Hakimiyyəti növbəti tenderini elan edib.

Tribunainfo.az xəbər verir ki, Gədəbəy şəhərində küçələrin asfalt örtüyünün əsaslı təmirini əhatə edən tenderin qalibi müəyyənləşib.

Məlum olub ki, bu işləri “İS.M.M.” MMC həyata keçirəcək. Bu işlərin müqabilində isə İcra Hakimiyyəti şirkətə 309 min 246 manat ödəyəcək.

Tribunainfo.az-ın araşdırmasına görə, sözügedən İcra Hakimiyyəti “İS.M.M.” MMC ilə son bir ildə iki dəfə anlaşıb. Belə ki, 13.06.2024-cü ildə də eyni şirkətlə Gədəbəy şəhərində yolların əsaslı təmiri işlərinin satın alınmasını reallaşdırıb. Sadəcə, bu ildən fərqli olaraq, ötən il “İS.M.M.” MMC-yə 713 min 456 manat verib.

Araşdırma zamanı o da bəlli olub ki, Fədəbəy İcra Hakimiyyəti bundan əlavə ötən il daha 5 tender keçirib. Belə ki, Gədəbəy şəhərində və digər yaşayış məntəqələrində abadlıq işlərinin satın alınması ilə bağlı “M-HOUSE CONSTRUCTİON” MMC ilə anlaşan dövlət qurumunu, 416 min 507 manat xərcləyib.

Gədəbəy şəhərində abadlaşdırma işlərini isə bölgədə əksər tenderlərin qalibi olmuş “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə 894 min 929 manata həyata keçirib.

“TOPXANA LAYİHƏ İNŞAAT” MMC ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasının arxa hissəsində olan avtomobil qarajlarında, inzibati binanın arxasında və qonaq evinin həyətində əsaslı təmir işlərinin satın alınmasını reallaşdıran sözügedən qurum bunun üçün 158 min 751 manatlıq tender keçirib.

Bu tenderlərin sonuncusu isə Gədəbəy şəhərində işıqlandırma və piyadaların hərəkəti üçün səkilərin salınması işlərindən ibarət olub. “ELVİ.M.M. SERVİCES GROUP” MMC ilə bağlaınılmış müqavilənin dəyəri 233 min 980 manat olub.

Xatırladaq ki, Gədəbəyin icra başçısı Mürsəlov Orxan Çingiz oğludur. Maraqlıdır ki, bu şəxs İcra Hakimiyyətinin rəsmi saytında (http://gedebey-ih.gov.az/az/aparatin-strukturu.html) özünü “Dövlət qulluğunun ixtisas dərəcəsi” bölməsində  “siyasi rəhbər” olaraq qeyd etdirib. Hərçənd “Dövlət qulluğunun ixtisas dərəcəsi”ləri arasında “siyasi rəhbər” vəzifəsi və ya dərəcəsi mövcud deyil. Bu ixtisas dərəcələrinə yalnız “dövlət qulluğu müşaviri” mövcuddur. Görəsən, Orxan Mürsəlov bu “siyasi rəhbər” titulunu və ya ixtisa dərəcəsini haradan icad edib.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Aprel 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri