Icma.az
close
up
RU
İcra başçısını ilk məhkəmədə udmuşdu Bu dəfə cəzalandırıldı

İcra başçısını ilk məhkəmədə udmuşdu Bu dəfə cəzalandırıldı

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ona böhtan atmaqda ittiham etdiyi kəndliyə budəfəki məhkəmədə qalib gəlib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsi icra başçısının şikayətini təmin edib.

Belə ki, Asif Hüseynov Uzunboyad kənd sakini Vüsal Muradovu bundan əvvəl Xaçmaz Rayon Məhkəməsinə vermişdi. Məsələ isə ondan ibarətdir ki, Vüsal sosial şəbəkələrdəki paylaşımlarda icra başçısına dəyəri 10 min manat olan 10 ton arpanı nisyə satdığını, pulunu ala bilmədiyini iddia edib.

Kəndli şikayətini ictimailəşdirdikdən sonra pulunu ala biləcəyinə ümid edib, lakin qarşı tərəfin etirazı ilə üzləşib. İcra başçısı şikayət ərizəsində kəndlinin böhtan atdığını və ona borcu olduğunu yalan dediyini bildirib. Həmçinin Vüsalın bu əməlini qardaşı Rafiqin bələdiyyə sədri vəzifəsindən azad edilməsinə qıcıqlanması ilə əlaqələndirib.

Birinci instansiya məhkəməsi icra başçısının şikayətini əsaslı hesab etməyib. Kəndlinin böhtan atması sübuta yetirilmədiyindən ona bəraət verilib.

Bu günlərdə isə apellyasiya məhkəməsi icra başçısının şikayəti əsasında həmin hökmü ləğv edib. Hakim Rəşadət Ağayev yekunda qənaətə gəlib ki, kəndli icra başçısına dələduzluq etməsi ilə böhtan atıb, buna görə də cəzalandırılmalıdır.

Qərara əsasən, Vüsal Muradov Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.

Sail Ağasəlim

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Noyabr 2026 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri