Icma.az
close
up
RU
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi Uduzdu Xəbər saytı Son xəbərlər və Hadisələr

İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi Uduzdu Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, onun təqdim etdiyi şikayətə Şirvan Şəhər Məhkəməsində baxılıb.

Vəzifəli şəxs Sabirabadın Qəzli kənd sakini olan 1970-ci il təvəllüdlü Arif Məmmədovun Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Araşdırmalar zamanı məlum olub ki, 2023-cü ildə də H.Həsənov vətəndaşdan məhkəməyə şikayət edib. H.Həsənov A.Məmmədovun ictimaiyyət arasında onu təhqir etdiyini bildirib. Həmin vaxt Sabirabad Rayon Məhkəməsi işə baxıb və proses zamanı Arif Məmmədov vəzifəli şəxsdən məhkəmədə üzr istəyib. Bunu əsas götürən Sabirabad Rayon Məhkəməsi işə xitam verib. Lakin Həsən Həsənov Qəzli kənd sakini olan Arifin ictimaiyyət arasında - hamının qarşısında ondan üzr istəməsini də tələb edib. A.Məmmədov da bununla razılaşıb.

Bu səbəbdən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Quruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və Qəzli kənd sakinləri ilə keçirilən səyyar görüşünün vaxtı 2023-cü ilin noyabrından 2024-cü ilin 5 fevralına keçirilib. O tarixdə Quruzma kəndindəki şadlıq evlərindən birində icra başçısının sakinlərlə səyyar görüşü keçirilib və bütün rayon rəhbərliyi də orada olub. Arif Məmmədov görüşdə iştirak etsə də, mikrofonu götürərək icra başçısının birinci müavinindən üzr istəməyib.

Səyyar görüşdən sonra H.Həsənov Arif Məmmədovun onu yenidən təhqir etməsi iddiası ilə növbəti dəfə məhkəməyə üz tutub. O, akt tərtib etdirərək A.Məmmədovun insanlar arasında onu söydüyünü bildirib. Akta bir sıra vəzifəli şəxslər, eləcə də İcra Hakimiyyətinin əməkdaşları imza atıblar.

Eyni məzmunlu şikayətə bu dəfə Şirvan Şəhər Məhkəməsində baxılıb. Lakin məhkəmə A.Məmmədovun icra başçının müavinini yenidən təhqir etməsi iddiasını təsdiq edən sübutların yetərsiz olmasını əsas gətirərək ona bəraət verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 Noyabr 2024 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri