Icma.az
close
up
RU
İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? Eksppert

İcra hakimiyyətlərində islahatlar: Nələr dəyişməlidir? Eksppert

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bu fonda yerlərdə bələdiyyələrin funksiyalarının da genişləndirilməsi, yəni Türkiyə variantına keçilməsi məsələsi də meydana çıxır".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli yerli icra hakimiyyəti strukturlarında islahatların gözlənildiyi barədə məlumatları şərh edərkən deyib.

Qulamhüseyn Əlibəyli bildirib ki, sonuncu dəfə 2011-ci ildə yerli icra hakimiyyəti orqanları haqqında əsasnamə qəbul olunub. Bu əsasnamə yeni olsa da, mahiyyət etibarı ilə yerli icra orqanları ilə bağlı keçən sərin 90-cı illərin əvvəllərindəki sistemi olduğu kimi saxlayıb: 

"Amma cəmiyyət inkişaf etdikcə, hakimiyyətin təşkili mexanizminin təkmilləşdirilməsinə də ehtiyac var. O cümlədən, yerlərdə icra hakimiyyəti strukturları da təkmilləşdirilməlidir. Hazırda bir sıra rayonlarda həm icra hakimiyyəti aparatı, həm də Prezidentin səlahiyyətli nümayəndələri fəaliyyət göstərir. Onlar isə mahiyyət etibarı ilə faktiki olaraq yerlərdə icra hakimiyyətilə bağlı əsas funksiyaları həyata keçirir. Belə olan şəraitdə xüsusən işğaldan azad olunmuş rayonlarda yerli icra hakimiyyəti orqanları ilə Prezidentin səlahiyyətli nümayəndələrinin fəaliyyəti arasında müəyyən uyğunsuzluq meydana çıxa bilər. Məlum olmur ki, yerli icra hakimiyyəti orqanları hansı funksiyaları həyata keçirir".

Həmsöhbətimiz hesab edir ki, yerli icra hakimiyyət orqanları ilə bağlı islahatlar ilk növbədə icra hakimiyyətlərinin sistemilə bağlı olan məsələdir:

"Həmin məsələ Prezidentin səlahiyyətinə aid olduğundan konstitusion dəyişiklik tələb etmir. Amma bu fonda yerlərdə bələdiyyələrin funksiyalarının da genişləndirilməsi, yəni Türkiyə variantına keçilməsi məsələsi də meydana çıxır. Onun mahiyyəti də odur ki, yerlərdə əsas səlahiyyətlər Prezidentin səlahiyyətli nümayəndəsi və yaxud yerli icra hakimiyyəti orqanlarına deyil, bələdiyyələrə verilir. Düzdür, bələdiyyələrin səlahiyyətinə nəzarətlə əlaqədar müəyyən risklərin olacağı da güman olunur. Çünki bir sıra bələdiyyələr bəzi hallarda qanunsuzluğa yol verir. Lakin bələdiyyələrin fəaliyyətinə nəzarət etmək üçün yerli icra hakimiyyətinin funksiyasını artırmaq olar".


Ekspertin fikrincə, müdafiə, təhlükəsizlik, sərhəd mühafizə məsələləri yerli icra hakimiyyəti orqanlarına həvalə edilə, sosial, iqtisadi, mədəni, təsərrüfat məsələləri səlahiyyəti isə bələdiyyələrə verilə bilər: 

"Lakin bələdiyyələr üzərində nəzarət ciddi olmalıdır. Təkcə Ədliyyə Nazirliyinin inzibati nəzarətilə bitməməli, həm də Prezidentin səlahiyyətli nümayəndəsi kimi yerlərdə icra hakimiyyəti orqanları da fəaliyyət göstərməlidir".

Qulamhüseyn Əlibəyli düşünür ki, bu istiqamətdə islahatlar keçirilsə sahə üzrə mövcud problemlərin köklü həllinə dəstək olacaq:

"Düzdür, bütün hallarda həmin sahə üzrə problemlər tam aradan qalxmayacaq".

Qeyd edək ki, mətbuatın yazdığına görə, icra hakimiyyətlərində struktur islahatlarına başlanılacaq və nəticədə bir sıra qurumlar ləğv ediləcək İslahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə son qoyulacağı, funksionallığını itirmiş idarələrin ləğv ediləcəyi bildirilir. 

Qeyd olunur ki, islahatların məqsədi qərarların qəbulu prosesini sürətləndirmək, bürokratik əngəlləri aradan qaldırmaq və yerli icra hakimiyyətlərinin daha çevik və effektiv fəaliyyətini təmin etməkdir. O da vurğulanır ki, hazırda məsələ ilə bağlı aidiyyəti qurumlarda texniki və hüquqi hazırlıq işləri aparılır. Rəsmi qərar və dəyişikliklərin payız aylarında təqdim ediləcəyi gözlənilir. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 İyul 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri