Icma.az
close
up
RU
İcraçı direktor: ABŞ şirkətləri Zəngəzur dəhlizi ilə bağlı tenderlərdə təkliflərini məmnuniyyətlə verəcəklər

İcraçı direktor: ABŞ şirkətləri Zəngəzur dəhlizi ilə bağlı tenderlərdə təkliflərini məmnuniyyətlə verəcəklər

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"ABŞ şirkətləri Zəngəzur dəhlizi ilə bağlı layihələrdə iştirak etmək, tenderlərdə öz təkliflərini vermək imkanını məmnuniyyətlə qarşılayacaqlar".

Oxu.Az "Report"a istinadən xəbər verir ki, ABŞ İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) icraçı direktoru Kennet Angell deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı bir sıra geosiyasi amillər var:

"Bir tərəfdə Rusiya, digər tərəfdə İran bu dəhlizin açılmasını istəmir. Türkiyə isə dəhlizin açılmasını dəstəkləyir. Ermənistanda bunu görmək istərdi, çünki onlar marşrutdan keçən yüklərə görə rüsum toplamaq imkanını bir üstünlük kimi görürlər. Hesab edirəm ki, bu proses müəyyən təhlükəsizlik zəmanətlərini, həmçinin diplomatiyanı tələb edəcək. Amma bu, iqtisadi inkişafdan fərqli bir məsələdir".

Kennet Angell əlavə edib ki, hazırda "Tramp marşrutu" hələ erkən mərhələdədir:

"Amma yol açılıb fəaliyyətə başladıqdan sonra ABŞ şirkətləri layihələrdə iştirak etmək, tenderlərdə öz təkliflərini vermək imkanını məmnuniyyətlə qarşılayacaqlar. Hansı şirkətin ən yaxşı təkliflə çıxış etməsi isə o zaman məlum olacaq".

Qazaxıstanda Amerika Ticarət Palatasının icraçı direktoru Ceff Erliç isə bu məsələ ilə bağlı vurğulayıb ki, ABŞ şirkətləri dünyanın aparıcı şirkətləridir:

"ABŞ texnologiyasına, kapitalına, bacarıqlarına və məhsullarına böyük tələbat var. Ümid edirəm ki, bu sahədə də müəyyən imkanlar olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see182

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri